Cefakeş hekimler

Cefakeş hekimler

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cefakeş hekimler, Health/Beauty, Baku-Baladshary.

Ömrümü pediatriyaya sərf etdim, qısqanclıqla istirahət günlərini, boş zamanı gözləyən bir şairəni içimdə sıxdım, bəzən yollarda doğuldu misralar, bəzən 2 bənd arasına xəstə girdi, şeirlərim çilik-çilik oldu…
Bu sənəti elə sevdim, elə sevdim ki…

17/05/2026
17/05/2026

Yenidoğulmuşun pemfiqusu

22/04/2026

Hal-hazırda uşaqlar arasında qastroenterit siptomları ilə gedən mədə-bağırsaq xəstəliyi yayılmışdır. Vaxtında müdaxilə edildikdə tezliklə müalicəyə tabe olan bu xəstəliyin törədicisi daha çox noravirusa oxşayır. Uşaqların tez-tez qusması valideynləri panikaya salır. Vaxtında pediatra müraciət etmək, uşağın bədənində su-duz itkisi nəticəsində yaranan eksikoz, toksikoz vəziyyətinin formalaşmasına imkan verməmək lazımdır.
Xoşbəxtlikdən bizə müraciət edənlər tez vəziyyətdən çıxır, ambulator müalicə bəs edir, torədicinin bahalı analizlərlə axtarılmasına ehtiyac qalmır.
Profilaktika müalicədən daha ucuz və asan başa gəlir. Xəstələrlə təmasdan çəkinin, gigiyena qaydalarına əməl edin!
Sağlam olun!!!

26/02/2026

OTUZCA İL YAŞADIM
(Jurnalist Səriyyə Müslümqızı “Etiraf” verilişində göynəyə-göynəyə dedi ki, daha xocalılar doğulmur.)

Ömrümün sabahını qaraldan o gecəni,
Onsuz dar köynəyimi daraldan o gecəni
Ömrün son anınacan unudarammı, Allah?
Şəhidlər arasında mən də varammı, Allah?

O gecə itirmişəm, tapmayıram özümü,
Gülüş yağan üzümü, sevinc yağan gözümü.
O ağrılı gecəni unutmaq olmaz əsla,
Onda dünya boşaldı, bu boşluq dolmaz əsla...

O gecənin səhəri açılmayıb hələ ki,
Al günəşin şəfəqi saçılmayıb hələ ki.
O ağrılı gecədən çıxmamışam hələ mən,
Sevincimin əlini sıxmamışam hələ mən.

Göz yaşım ulduz-ulduz səpilər o gecəyə,
Heç bir qəlbdə bağlanmaz qapılar o gecəyə.
Ömrümün sonunacan uzanacaq gecəm, ah!
O dəhşətli gecədən mən bir heçəm, heçəm, ah!

Bir gecənin içində özümdən aralandım,
Qəlbimdən nişanlandım, ruhumdan yaralandım.
Nə şəhid tanınıram, nə ölü, nə diriyəm,
Yarımcanın biriyəm, yarımruhun biriyəm.

Ömür bitər-tükənər, o gecə bitə bilməz,
Bir şəhər yer üzündən silinib itə bilməz.
O gecə al şəfəqin telləriylə boğulmur,
O gecədən bu yana Xocalılar doğulmur.

O gecədən sonrakı görünənlər röyadır,
İllər boyu zülmətə bürünənlər röyadır.
Bir gecədə tükəndi mənim gücüm, qüdrətim,
Bir gecədə tükəndi mənim şanım-şöhrətim.

O dəhşətli gecədə tükəndi al səhərim,
Gündüzümə son qoydu bağrı qanlı şəhərim.
O namərd güllələri ruhumu dəldi keçdi,
Ondan bəri başımdan, ah, nələr gəldi keçdi.

Canımda hifz etdiyim şirin cana toxundu,
Hələ işıq görməyən bir fidana toxundu.
O ağrılı gecədə oxlandıq ana-bala,
Tükənən gündüzümün qisasını kim ala?

Analara vurulan güllə sinəmdən keçdi,
Körpələrə toxunan qurğuşun məndən keçdi.
Qocalara tuşlanan güllələr ürəyimdə,
Gəncləri al-qan edən silahlar kürəyimdə.

Bu qədər güllələrin qəlpələri başımda,
Bu sözlər yazılacaq bir gün sinə daşımda:
“Mən dünyadan doymadım, axı doyaydım necə,
Otuzca il yaşadım, bir də zülmət bir gecə...”

31. 03. 2008

Photos from Cefakeş hekimler's post 23/02/2026

Hiperxolesterinemiyada müalicə müddəti nə vaxta kimi davam etdirilir?

Category

Website

Address

Baku-Baladshary
1017

Alerts

Be the first to know and let us send you an email when Cefakeş hekimler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Baku-Baladshary.