Minoxidil Hair Solutions Azerbaijan

Minoxidil Hair Solutions Azerbaijan

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Minoxidil Hair Solutions Azerbaijan, Beauty, cosmetic & personal care, Baku.

Photos from Minoxidil Hair Solutions Azerbaijan's post 27/08/2026
Photos from Minoxidil Hair Solutions Azerbaijan's post 06/06/2026

Daha bir möhtəşəm nəticə
Xanımın saç tökülməsi dayanıb və tökülən saçları yenidən çıxıb. Androgenic alopecia üçün minoxidil təsdiq olunub tibbdə qadınlar üçün də. Ona görə tibb nəyi təsdiq edibsə səbrlə istifadə edib yaxşı nəticə ummaqdan başqa heç bir şansı yoxdu insanın bugünki gündə.

Nəticədə bu məhsulları istifadə edib heç bir kömək görməmək də mümkündür. Amma ehtimal çoxdur ki, kömək edəcək bu və ya digər şəkildə. Ya tökülməni yavaşladacaq, ya tökülən saçları çıxaracaq. Əsas odur ki, erkən başlanılsın və daimi istifadə edilsin. Nəticədə dayandıran kimi androgenic alopecia öz işini görməyə qaldığı yerdən davam edir və çıxan saçlar yenidən tökülür.

5% köpük minoxidil istifadə olunub və 2 ay müddətində bu nəticə əldə olunub. İstifadəçi də anlayır ki, bu daimi istifadə olunmalıdır yoxsa saçlar yenidən tökülməyə başlayacaq.

Photos from Minoxidil Hair Solutions Azerbaijan's post 25/05/2026

Şəkilləri sağa çevirin və mətni diqqətlə oxuyun, zəhmət olmasa. Sizi maraqlandıra biləcək suallar cavablandırılıb.

İstifadə olunan məhsul:

5 aydır ki, Topical HIMS spray — ikisi birində 6% Minoxidil və 0,3% Finasteride istifadə olunur və nəticə çox yaxşıdır. Nəticə göstərir ki, finasterid və minoxidilin birlikdə istifadəsi onların hər hansı birinin tək istifadəsindən daha effektiv ola bilər.

Müddət: 5 ay

5 ay ərzində aqressiv tökülmə dayanıb, mövcud saçlar güclənib, tökülən bəzi saçlar yenidən çıxıb və androgenik alopesiya nəzarət altında saxlanılıb.

Məhsul tez quruyan spreydir.

Gündə bir dəfə — 4 klik — baş dərisinə, yəni saçların kökünə vurulur. Minimum 4 saat başda qalmalıdır. Bu şəxsdə saç tökülməsi çox olduğu üçün hər gün 4 yox, 6 klik istifadə edilib.

Tərkibi:

Təsiredici maddələr:
0,3% finasterid, 6% minoksidil, ketokonazol, biotin.

Aktiv olmayan maddələr:
Spirt — etanol, propilen qlikol, limon turşusu.

Finasterid baş dərisində DHT-ni — dihidrotestosteronu — azaltmaqla kişilərdə saç tökülməsinin qarşısını almağa kömək edir. DHT testosterondan yaranan androgen hormondur və onun saç follikullarını kiçildərək kişilərdə saç tökülməsinə səbəb olduğu düşünülür.

– Bəs saçların çıxacağına zəmanət verirsiniz? 100 faiz saç çıxarır?

Xeyr. Bu elektrotexnika deyil ki, talonla zəmanət verilsin. Saç tökülməsi pul verib zəmanət ala biləcəyiniz bir şey deyil. İstifadə edirsiniz və nəticəni görürsünüz. Çünki tibb deyir ki, kömək etmə ehtimalı yüksəkdir, amma 100 faiz zəmanət yoxdur.

– İstifadəyə başladım və yaxşı nəticə verdi. Dayandırsam, çıxan saçlarım töküləcək?

Bəli, tökülə bilər. Əgər dayandırdıqdan sonra saçlar tökülməsəydi və problem bir dəfəlik aradan qalxsaydı, bunun adı müalicə yox, çarə olardı.

Dayandırdıqda saç tökülməsi qaldığı yerdən davam edir. Hələlik androgenik saç tökülməsini bir dəfəlik aradan qaldıran tam çarə tapılmayıb və ixtira olunmayıb. Ona görə də nəticəni qorumaq üçün davamlı istifadə etmək lazımdır.

– Minoxidil və Finasteriddən, xüsusilə cinsi yan təsirlər daxil olmaqla, hər hansı yan təsir ola bilər?

Bəli, ola bilər. İstifadə etməzdən əvvəl trixoloqunuzla məsləhətləşin və bu mövzuda özünüzü maarifləndirin.

25/03/2026
Photos from Minoxidil Hair Solutions Azerbaijan's post 14/03/2026

3 Aylıq topical 7%Minoxidil&0.3%Dutasteride nəticəsi. Qadınlar standard minoxidil istifadəsindən uzun müddət ( 1 ay yox, 2 ay yox heç olmasa 6ay) bir nəticə görməsə. Minoxidillə bərabər 5@reductase inhibitorları yoxlaya bilər. Hamiləliyi planlaşdıran qadınlar istifadə etməməlidir. İstənilən halda istifadədən əvvəl həkiminizlə məsləhətləşin.

Telephone

Website

Address

Baku
AZ1048

Alerts

Be the first to know and let us send you an email when Minoxidil Hair Solutions Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Baku.