saglam_geleceye
Saglamliq sizin seçiminizdir. Xəstəliyin qarşınını almaq onu müalicə etməkdən daha asan və ucuzdur.
29/11/2019
Ana olmağa hazırlaşan və ana olmağı düşünən xanımlar, gənc qızlar və dəyərli qadınlar – həftənin 6cı və bazar günləri sizləri cərrah-mama-ginekoloq Kəmalə Əhmədovanın konsultasiyasına dəvət edirik. İldə bir dəfə mütləq ginekoloqun müayinəsindən keçməyiniz önəmlidir. Xəstəliklərin vaxtında aşkarlanması daha böyük fəsadlardan qoruyur. Ginekoloji problemləriniz varsa, hamiləliyinizlə əlaqədar suallarınız varsa, müayinəyə yazıla bilərsiniz. Həkimimiz haqqında ətraflı məlumat sonda qeyd olunub və həmçinin instagram səhifəsindən izləyə bilərsiniz. .
Yazılmaq üçün instagram DM və 070 872 56 10 nömrəsinə zəng edə bilərsiniz.
PS: Konsultasiya ödənişsizdir.
Xahişimizi qəbul etdiyi üçün Kəmalə xanıma təşəkkür edirik. Qəbul, Nərimanov r-nu, Məmməd Araz küç, 2-ci Ceyhun Hacıbəyli döngəsi ünvanında, Forever Livingin rəsmi ofisində həyata keçiriləcək.
2006-2012 ali təhsil – Azərbaycan Tibb Univeristeti- müalicə işi fakultəsi
2012-2017 rezidentura təhsili – Mamalıq-ginekologiya institutu
2014-2015 Ankara Atatürk eğitim araştırma hastanesi – təcrübə
Türkiyə və Azərbaycanda bir çox təcrübə programlarında iştirak edib.
İş yeri- İnternational Medical Center 1 və 4 saylı doğum evi
İcra etdiyi müalicə istiqamətləri:
Bütün ginekoloji xəstəliklərin müayinə və müalicəsi
Sonsuzluğun müalicəsi
Təbii doğuş
Cərrahi doğuş
Vaginoplastika
Labioplastika
Kista və miomaların açıq və qapalı üsulla cərrahi müalicəsi
Laparoskopik əməliyyatlar
Aşılama
Riskli hamiləliklərin aparılması
Uşaqlıq sallanmasının bərpası
Spiralların qoyulması
29/11/2019
Uşaqlarımızın zehni fəaliyyəti getdikcə aşağı düşür. Oxumağa həvəsləri azalır, yorğunluq, tənbəllik, xəstəliklərə qarşı həssaslıq artır. Günümüzün qorxulu bəlası, az dəyərli qidalanma, mədəmizə doyma hissi versə də, günlük vacib ehtiyaclarımızı ödəyə bilmir. Bunlardan biri də omeqa3 və omeqa 9 yağ turşularıdır. Faydası haqqında çox eşitdiyimiz “balıq yağı” – nın orqanizm üçün olan faydaları həddən artıqdır. Qısa olaraq omega3, omega6, omega9 yağ turşularının çatışmazlığı, tarazlığının pozulması ürək-damar xəstəlikləri, mədə-bağırsaq problemləri, vaxtında əvvəl doğum halları, şizofreniya, əsəb xəstəlikləri, xərçəng, şəkərli diabet, piylənmə, alzeymer, görmə zəifliyi, xroniki yorğunluq sindromu, artrit, psoriaz, eqzema, immun çatışmazlıqlar, təzyiq yüksəkliyinin, allergiyalar və sair xəstəliklərinin yaranmasının səbəbkarı ola bilirlər. Əvvəlki dövrlərdə omega6:omega3 nisbəti 1:1 olaraq qidalanma üstünlük təşkil etsə də, hazırda bu nisbət 50:1 olaraq dəyimişdir. Bu isə dünyada xərçəng, infarkt, insult, alzeymer kimi xəstəliklərin sayının dəfələrlə artmasına gətirib çıxarmışdır. Omega yağ turşularının faydalı tərəfləri isə böyük bir mövzudur. Onu deyə bilərəm ki, hər kəs həftəfə ən azı 3-4 dəfə sağlam yetişdirilmiş və yağda qızardılmadan və una batırılmadan bişirilən balıq yeməlidir. Bunu isə ölkəmizin bəzi zonalarından başqa çox insan edə bilmir. Ona görə də qida əlavələrinin qəbul edilməsi çox vacibdir. Forever Living şirkətinə məxsus, Amerika istehsalı, “FOREVER ARTKTİKA DƏNİZİ- SUPER OMEGA-3” balıq yağı omega 3 və əlavə olaraq omega 9 yağ turşularının ideal nisbəti ilə balanslaşdırılmış qida əlavəsidir. Hər gün özünüz və uşaqlarınız mütləq şəkildə qəbul edin. Sifarisi facebook ve whatsapp nomresi vasitesile ede bilersiniz.
29/11/2019
Əllərimizi gündə neçə dəfə yuyuruq? Yəqin ki, əllərini yumağa tənbəllik edənlərin xoşuna gəlməyəcək bu yazı. Çünki tanıdığımız insanların 80%-i əllərini yumağa gərək görmürlər. Hətta ayaqyolundan sonra əllərini sadəcə su ilə isladan insanlar var. Odur ki, biri ilə əl görüşdükdən sonra və ya başqasının telefonunu əlinizə aldıqdan sonra bir də düşünün, əgər əllərini yumayıbsa...? Çantamda hər zaman 70%li spirt daşıyıram, avtobus və metrodan istifadə etdikdən sonra mütləq spirtlə dezinfeksiaya çox önəm verirəm. Belə bir misal deyim. Sizdən öncə metro tutacağından minlərlə insan istifadə edib və onların arasında əllərini ağzına tutaraq öskürən vərəm xəstəsindən tutmuş, ayaqyolundan sonra əllərini yumayan insanlar var. Və siz də həmin tutacaqdan tutduqdan sonra əlinizi üzünüzə, ağzınıza vura bilirsiniz, dolayısı ilə vərəm xəstəsinin üzünüzə öskürməklə əlinizi üzünüzə vurmaq arasında bir fərq qalmır. Əllərimizi yumağa çox diqqətlə yanaşmalıyıq. Ən çox mikrob daşıyan əşya isə telefonlarımızdır. Çünki nəqliyyat vasitələrində telefon həmişə əlimizdədir və hətta yemək yeyərkən də əlimizdə olur. Məncə açıqlamağa ehtiyac yoxdur. Odur ki, hər gün telefonlarınızı 70%li spirt ilə dezinfeksiya etməyi unutmayın. Bəs əl vasitəsilə hansı xəstəliklər yayıla bilir:? Vərəm, qrip, Hepatit A, bağırsaq çöpləri, dizenteriya, qurd yumurtaları, göbələk kimi hətta ölümə səbəb ola biləcək bu xəstəliklər təmiz olmayan əllər vasitəsilə yayılır. Unutmayın kirli əllər həyatı önəm daşıyır. Və əsla unutmayın ki, əlllər sabun vasitəsilə yuyulmalıdır. Adi su ilə mikroblar əllərinizdən təmizlənmir. Mütləq, qida qəbul etdikdən əvvəl, tualeti istifadə etdikdən sonra (tualet tutacaqları əsas mikrob mənbəələridir), çiy ət, toyuq, balıq və yumurtaya toxunduqdan sonra, asqırma, öskürmədən sonra, nəqliyyat vasitələrindən istifadə etdikdən sonra, p**a toxunduqdan sonra, ortaq telefon və komputer istifadəsindən sonra, it, pişiyə toxunduqdan sonra, işdən, məktəbdən evə girən kimi, əllərimizin təmiz olmadığı digər hallarda əllər sabunla yuyulmalıdır.
29/11/2019
Dərimiz gözəlliyimizin birinci təməlidir. Amma bəzən dərimiz yağlanır və ya quruyur. Səpkilər yaranır, həssaslaşır. Sizin üçün Forever Living şirkətinə məxsus, Amerika istehsalı “Üz və bədən dərisi üçün avokadolu sabunu” təqdim edirəm. Sabunlar üzərində həmişə qeyd olunur, yağlı və ya quru dəri üçün olması. Lakin “Avokado sabunu” həm yağlı, həm də quru dəri üçün uyğundur, çünki tərkib olaraq vitaminlər, əvəzolunmaz yağ turşuları, fitosterinlərlə zəngin olan 100%-lik avokado yağı ilə dərinizi sağlamlaşdırır, 5,5 PH dəyəri ilə ətraf mühitin zərərli təsirlərinə qarşı qoruyan ideal vasitədir. Avokado yağı qiymətli kosmetik təsirə malikdir, istənilən növ dəriyə sağlam və parlaq görünüş bəxş edir, məsamələri sıxlaşdırır, yağlı dərini ehtiyatla təmizləyir, tez bir zamanda quru dərini yumşaldır və həssas dərini sakitləşdirir. Dərini qidalandırır, nəmləndirir, elastikliyini artırır, dəridə əmələ gələn səpkiləri aradan qaldırır. Dərinizə xoş təravət və təmizlik hissi bağışlayacaq. Həcmi böyük olan bu sabunu uzun müddət istifadə edə biləcəksiniz. Sifarişi facebook və whatsapp nömrəsi vasitəsilə edə bilərsiniz.
29/11/2019
"Allergiya" – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının təsiri ilə orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Qapalı iş yerləri, iş yerlərində havalandırma sistemləri və xalça döşəmələr, siqaret istifadəsinin artması, qatqı maddələri ilə istehsal olunan hazır qidalar, evdə heyvan saxlamağın dəb halına gəlməyi, kosmetik məhsulların istifadəsinin artması allergik xəstəliklərin də dövrümüzdə artması paralellik təşkil edir. Allergik reaksiyalar törədən allergenlər tozlar, dərmanlar, bitki tozcuqları, qidalar, tük, ev gənəsi, həşərat sancmaları və s.-dir. Orqanizmə bu allergenlər qida, tənəffüs, selikli qişalardan daxil ola bilir və bu zaman immun sistem qabarıq formada reaksiya verir, nəticədə, dəridə səpkilər, boğulma, asqırma, öskürmə, göz yaşı axması, qaşınma, ödem, hətta analilaktik şok və ölümə gətirib çıxara bilir. Bir çox uzun müddət davam edən müalicə növləri tətbiq olunur, lakin çox zaman allergenin növünü təyin etmək mümkün olmur və müalicə də çətinləşmiş olur və ya effekt alınmır. Forever Living şirkətinə məxsus, Amerika istehsalı “FOREVER ARI TOZCUĞU” tərkibində olan vitaminlər, minerallar, fermentlər, aminturşuları kimi 96 elementlə zəngin olmaqla, sizi allergiya tutmalarından tamamilə xilas edəcək. Arı tozcuğu arılar tərəfindən bala arıların və arı südü istehsal edən işçi arıların qidalandırılmasında istifadə olunur. Arı tozcuğu zəngin tərkibi ilə immun sistemin fəaliyyətini normallaşdıraraq, orqanizmin müqavimətini artırır. Sifarisi facebook ve whatsapp nomresi vasitesile ede bilersiniz.
29/11/2019
Sistit – tez-tez, az-az, ağrılı sidik ifrazı ilə xarakterizə olunan sidik kisəsinin iltihabi xəstəliyidir. Qadınlarda kişilərə görə daha çox rast gəlinir. Əsasən bakteriyalar tərəfindən törədilir və müalicə tez başlamazsa xəstəlik xronik formaya keçərək, uzun müddət sizi narahat edəcək və hətta ömür boyu fasiləli xəstəliyin kəskinləşməsi ola bilər. Bu zaman sidiyin ümümi analizində leykositlərin çox olması, bakterial infeksiyaya sübhə yaradır. Sidiyin mikrobioloji analizi ilə mikrobun növü və uyğun antibiotik ilə qısa müddətdə müalicə olunur. Lakin sistitin bir digər növü olan "ağrılı sidik kisəsi sindromu" adlandırılan interstityal sistitdə isə xəstəliyin yaranma səbəbi tam bilinmir. Bu zaman da tez-tez, az-az və ağrılı sidik ifrazı ilə xəstələr ciddi narahatçılıqlar keçirir və müxtəlif müalicələr tətbiq olunur və aparılan müalicələr bəzən effekt vermir. Sistitə səbəb ola biləcək səbəblərin içərisində sidik yollarında olan daş, şiş, sidik kisəsinin sinir tənziminin pozulması, prostat böyüməsi, sidik kisəsi sallanması, qəbizlik kimi faktorlar da ola bilər. Göründüyü kimi elə də sadə xəstəlik deyil və sidik kisəsi cərrahi əməliyyatlarına qədər gətirib çıxara bilir. Buna görə də ilk əlamətlər başladığı dövrdən sizlər üçün xüsusilə interstitial sistit formasında Forever Living şirkətinə məxsus, Amerika istehsalı “ALOE GİLƏMEYVƏ NEKTARI”nı təqdim edirəm. Aloe Vera xərçəngəleyhinə, mikrobəleyhinə, antioksidant, iltihabəleyhinə, şəkərəleyhinə, qaraciyərqoruyucu, immun sistemi gücləndirən, yaraəleyhinə, dərini qoruma və nəmləndirmə, yaş əleyhinə, diş sağlamlığı və başqa təsir xüsusiyyətlərinə görə əvəzsiz vasitədir. Tərkibində 75 qida komponentini özündə cəmləşdirən “təbii həkim” adlandırılan stabilləşdirilmiş aloe vera geli, tərkibinə quşüzümü və alma şirəsi əlavələri daxil edilməklə, qeyd olunan xassələr ilə birlikdə həm də sidik-cinsiyyət sisteminin əsas qoruyucusuna çevrilir. Aloe giləmeyvə nektarı sistit əlamətlərini qısa müddətdə aradan qaldırır. Aloe ilə sağlam olun. Sifarisi facebook ve whatsapp vasitesile ede bilersiniz.
22/11/2019
Bildiyimiz çox şeyi yalnış bildiyimizi bilirsiniz mi? Məsələn, “saç ucu qırıqları” yoxsa “saçqıranlar” ? Xanımların ən çox dəyər verdiyi özəlliklərdən biri saçlarıdır. Çox xanım da saçlarında olan “saçqıranlardan” bezib. Amma onlar saçqıran deyil. Saçqıran tibbi adı ilə “alopesiya areata” adlanan xüsusilə baş dərisində saçların dairəvi olaraq tökülməsidir. Və həkimə müraciət olunmalıdır. Saç uclarında olan qırıqlar isə xəstəlik deyil. Saçlarımız da dərimiz kimi qulluq sevir, əgər ona lazım olan qulluğu etməsək, onunla sərt davransaq, uclardan başlayaraq kövrəlir və qırılır. Saç uclarında olan qırıqların yaranma səbəbi, saç tipinə uyğun olmayan, tərkibi keyfiyyətsiz olan saç şampunlarının istifadəsi, fenlərin tətbiqi, saç boyaları, düzgün seçilməmiş daraq, saçları sıx şəkildə yığmaq və digər zərərli təsir göstərən amillərdir. Saç uclarında olan qırıqlardan xilas olmaq çox asandır. Onlara qulluq edin. Yuxarıda sadalanan amilləri azaltmağa çalışın, hər dəfə duşdan sonra saç uclarına kondisioner və saç kremləri tətbiq edin, saç uclarını qidalandıran yağlardan(arqan yağı, jojoba yağı) istifadə edin. Və düzgün qidalanın, saç kökü nə qədər sağlam qidalanarsa, saç quruluşu da möhkəm olacaqdır.
22/11/2019
Qrip adlandırdığımız “zökəm”in tək müalicəsinin “su” olduğunu bilirsiniz mi? Tibbi adı kəskin nazofaringit olan, yaranma səbəbinin soyuqdəymə olduğuna inanılan və yalnış olaraq antibiotiklərlə müalicə edilməyə çalışılan bu yoluxucu xəstəliyi əslində viruslar yaradır. Əsasən rinoviruslar tərəfindən törədilən zökəm xəstə şəxsdən asqıraq, öskürək, burun axıntısının havadan və ya təmas vasitəsilə digər şəxsə yoluxur. Soyuq vaxtlarda xəstəliyin çox yayılmasına səbəb soyuqdəymə deyil, qapalı məkanların havasının az dəyişildirilməsi və burun selikli qişasının soyuqdan qurumağa meyilli olaraq virusların yaşaması üçün əlverişli şəraitin yaranmasıdır. Xəstəliyin gizli dövrü 3 gün, sağalma dövrü 10 günə qədər davam edir. Burunun selikli qişasında iltihab törədir. Orqanizm virusu özündən uzaqlaşdırmaq üçün müdafiə olaraq çoxlu miqdarda burun axıntısı yaradır. Əsasən burun tutulması, burun axıntısı, əzələ oynaq ağrıları, öskürək, qulaq ağrısı, bəzən temperaturun yüksəlməsi ilə xarakterizə olunur. Zökəmin dərman müalicəsi yoxdur. Heç bir halda antibiotik qəbul etmək olmaz. İmmuniteti zəif olan insanlarda, körpələrdə və yaşlılarda xəstəlik bakterial infeksiya ilə ağırlaşaraq orta qulaq iltihabı, sinuzit, faringit yarada bilər. Bu halda yalnız mikrobun növünə və həssaslığına müvafiq antibiotik müalicəsinə başlamaq olar. Zökəmin əsas müalicəsi çoxlu miqdarda su qəbul etməkdir. Gün ərzində orta çəkili bir insan 3-5 litr su və çay qəbul edərək xəstəlik əlamətlərini azalda və sağalma müddətini qısalda bilər. Su bütün bədənimiz boyu dövr edərək, virusu orqanizmdən təmizləyir. İnsan kütləsinin çox olduğu yerlərdə tibbi maskalardan istifadə etmək qoruyucu ola bilər. Xüsusilə uşaqlarımıza nəqliyyat vasitələrində, kafe və qapalı oyun yerlərində diqqətlə davranmalı, əllərini tez tez yumağa nəzarət etməliyik.
20/11/2019
“Bal tortundakı (medok) zəhər” - bal tortunu çoxumuz sevirik. Amma istifadə edilən “bal” ilə həm də özümüzü zəhərləyirik. Bal tərkib olaraq qlukoza və fruktoza ilə zəngin faydalı bir məhsuldur. Temperatur yüksəldikdə isə fruktoza parçalanaraq HMF(hidroksimetilfurfurol) adlanan təhlükəli maddəni əmələ gətirir. HMF-nin isə həm genotoksik (genetik dəyişikliklər) həm də tumorstumuləedici (xərçəng yaradıcı) təsiri vardır. “Bal xarab olmur” - əslində belə deyil. Balı doğru şəraitdə saxlamadıqda bal da keyfiyyətini itirir və xarab olur. Müəyyən müddətdən sonra bal donur, bu balın keyfiyyətsizliyindən xəbər vermir. Bu halda balı donmuş halda istifadə etmək lazımdır, çünki bal qızdırldıqda tərkibində olan sağlığa faydalı fermentlər(diastaza, invertaza, qlukooksidaza) aktivliyini itirir. Həmçinin öncə də qeyd edildiyi kimi zərərli maddə olan HMF əmələ gəlir. Odur ki, balı şüşə bankada mühafizə edərkən günəş şüalarından və temperaturun təsirindən qorumaq lazımdır.
20/11/2019
Özünüzü yorğun və stressli mi hiss edirsiniz? Açıq havaya çıxın və dərindən nəfəs alın və özünüzü Mycobacterium vaccae mikrobu ilə yoluxdurun .. ! Açıq havada gəzmək stress, xərçəng, immun zəiflik, bronxial astma, eqzema, psoriaz, dermatitlərdə müalicəyə dəstək ola bilir. Niyə mi? Mycobacterium vaccae adlanan mikrob sayəsində. Patogen olmayan (xəstəlik törətməyən) bu mikrob növü torpaqda yaşayır və yaşıllıq, torpaq olan sahələrdə yürüyüş, qaçış, idman edərkən, nəfəs yolları vasitəsilə orqanizmimizə daxil olur. Digər mikroblardan fərqli olaraq xəstəlik törətmək əvəzinə bizlərə fayda verir. Açıq havada özümüzü daha yaxşı hiss edirik, yorğunluğumuz azalır, zehni fəaliyyətimiz artır. Həkimlər xəstələrə həmişə açıq havada qalmağı təklif edirlər. Bu mikrob növü neyronları stimulyasiya edərək, serotonin hormonunun ( xoşbəxtlik hormonu) ifrazını artırır. Nəticədə isə yuxusuzluq, iştahsızlıq, stress, yorğunluq, cinsi istəksizlik, zehni fəaliyyətin azalması, tənbəllik kimi xoşagəlməz halların yaranmasının qarşısını alınır. Övladlarımızı, valideynlərimizi, nənə-babalarımızı tez-tez yaxın ərazilərdə olan parklarda gəzintilərə aparaq. Sağlamlıq ətrafımızdadır, onu qazanmaq lazımdır arzulamaq deyil.
20/11/2019
Aloe vera, jojoba yağı, arı mumunu özündə birləşdirən”ALOE LİPS” gigiyenik dodaq pomadası ilə qarşıdan gələn qışın soyuğundan dodaqlarınızı qoruyun. Soyuğun təsirindən dodaqlarımız quruyur, çatlar əmələ gəlir, qabığı soyulur və hətta qanayır. Sağalması vaxt tələb edən bu xoşagəlməz duruma icazə verməyin. Həm xanımların, həm bəylərin, həm də uşaqların rahatlıqla istifadə edə biləcəyi və razı qalacağı mükəmməl vasitədir. Həmçinin dodaqlarda əmələ gələn uçuqların da tezliklə sağalmasında gözəl rolu vardır. Antibakterisid, iltihabəleyhinə və uzunmüddətli nəmləndirmə xüsusiyyəti ilə həm dodaqlarınızın cazibəsini qoruyun, həm də sağlam görünümünə dəstək olun. Məhsulun istifadəsi tək dodaqlarda bitmir. Aloe gelinin yüksək yara sağaldıcı təsiri ilə əlinizin altında olan bu məhsulu, həmçinin, ani yaralanmalarda, dəri cızıqlarında, uşaqlarda olan bişməcələrdə, civzələrdə, yanıqlarda, həşərat sancmalarında, dirsəklərdə olan quru sahələrdə, dondurulmuş halda babasildə istifadə edərək gözəl nəticələr alacaqsınız. Sifarişi facebook və whatsapp nömrəsi vasitəsilə edə bilərsiniz.
20/11/2019
Əgər bir məhsulun üzərində “aloe vera” yazılıbsa və əgər “Aloe üzrə Beynəlxaql Elmi Şuranın Sertifikat nişanına” sahibdirsə o məhsulu alın. Forever Living şirkətinə məxsus və çox geniş istifadə sahəsinə sahib “ALOE VERA GELLY” – sabitləşdirilmiş aloe gelindən hazırlanmış şəffaf, sakitləşdirici, nəmləndirici maddədir. Əsasən, dermatozlar, dəri örtüyünün kəskin zədələnmələri, zədələnmiş əzələ, vətər, oynaqlar üçün təsirli maddədir. Aloe geli, antibakterisid, iltihabəleyhinə gözəl vasitədir. Civzəli səpkilərdə, impetigo, seboreya, ekzema, psoriaz, kəpək, alopesiya(dazlaşma), sklerodermiya, varikozlar, bişməcələr, dizatezlərdə xaricə istifadə kimi mükəmməl vasitədir. Bunlarla yanaşı, damaq, diş əti, burun selikli qişasının iltihabi zədələnmələrində, qadın cinsi orqanlarının xəstəliklərində, eroziya, kandidoz, normal mikrofloranın pozulmalarında, cinsi orqaların selikli qişalarına və tampon vasitəsilə uşaqlıq yolunda rahatlıqla istifadə edilə bilər. Aloe ver geli uşaqlıq yolundan axıntı, qaşınma, qıcıqlanma kimi əlamətləri aradan qaldırmağa kömək edəcək. Həmçinin dondurularaq babasildə istifadə oluna bilər. ALOE VERA GELİ mətbəxdə, vanna otağında, yolda, bağda, səfərdə -hər yerdə əlavə qayğıya ehtiyac olan hallarda həmişə sizin üçün ideal yardım vasitəsi olacaq. Sifarişi facebook və whatsapp nömrəsi vasitəsilə edə bilərsiniz.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Baku
AZ1000