SprintFit.az

SprintFit.az

Share

5-14 yaş uşaqlar üçün atletika məşqləri
•Sürətin, gücün, dözümlülüyün inkişafı
•Ümumi fiziki hazırlıq
•Yarışlara hazırlıq

01/06/2026

Ən gözəl qələbə – xoşbəxt uşaqlıqdır!🏆

SprintFit ailəsinin dəyərli üzvləri, əziz idmançılarımız! Sizi 1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə ürəkdən təbrik edirik.

Hər birinizin həyat yolu sevinc, sağlamlıq, uğur və yeni nailiyyətlərlə dolu olsun. Gülüşünüz heç vaxt əskik olmasın, xəyallarınız isə sizi daim yeni zirvələrə aparsın!

Bayramınız mübarək!🩵

Photos from SprintFit.az's post 31/05/2026

Komandamızdan möhtəşəm nəticə!🏆

SprintFit komandasının idmançıları 31 may 2026-cı il tarixində keçirilən Kids Athletics Run yarışında uğurla çıxış edərək yüksək nəticələr əldə etdilər!

🏃‍♂️ 1000 m üzrə (oğlanlar)
🥇 Nahid Qədimov – 1-ci yer
🥈 Osman Aslanov – 2-ci yer

🏃‍♀️ 800 m üzrə (qızlar)
🥇 İnci Səlimova – 1-ci yer

🏃‍♂️ 800 m üzrə (oğlanlar)
🥇 Ümid İbrahimli – 1-ci yer
🥈 Hatəm Əbdurəhmanlı – 2-ci yer

🏃‍♀️ 600 m üzrə (qızlar)
🥇 Bahar Əhədli – 1-ci yer
🥉 Ayan Vəlizadə – 3-cü yer

🏃‍♀️ 400 m üzrə (qızlar)
🥇 Kamilla Babayeva – 1-ci yer

🏅Komandamız yarışda ümumilikdə 8 medal qazanıb: 5 qızıl, 2 gümüş və 1 bürünc medal.

Hər bir idmançımızı göstərdikləri əzm, zəhmət və uğurlu çıxışlarına görə təbrik edirik. Yeni qələbələrə doğru birlikdə irəliləyirik!🩵

Photos from SprintFit.az's post 09/05/2026

08–09 may tarixlərində keçirilən Bakı Çempionatında SprintFit komandasının idmançıları uğurla çıxış etdilər!
400 metr məsafədə idmançımız Tağıyev Nihad 49.57 nəticə göstərərək Fransada keçiriləcək Avropanın Kiçik Ölkələrinin Çempionatına lisenziya qazandı. 🇫🇷👏
Eyni zamanda idmançımız İsrafili Loğman 800 metr məsafədə 1:58.27 nəticə göstərərək şəxsi rekordunu yenilədi və yarışın 2-ci yerinin sahibi oldu. 🥈🔥
Mərdanov Nurlan isə 400 metr məsafədə 51.62 nəticə göstərərək şəxsi rekordunu yenilədi. 💪✨
Bu möhtəşəm uğurlar münasibətilə idmançılarımızı və onların inkişafında böyük əməyi olan, daim dəstəyi, motivasiyası və peşəkarlığı ilə komandanı uğura aparan məşqçi Anar müəllimi ürəkdən təbrik edirik! 👏🏆🇫🇷

02/05/2026

Sprintfit komandası Bakı birinciliyi yarışının 2-ci günündə də uğurla çıxış etdi 💪🔥

Nəticələrimiz:
🏃‍♂️ 200 metr (oğlanlar) – Qasanov Roman 🥇 1-ci yer
🏃‍♀️ 200 metr (qızlar) – Səlimova İnci 🥈 2-ci yer
🏃‍♂️ 800 metr (oğlanlar) – Qədimov Nahid 🥉 3-cü yer

🏃‍♀️🏃‍♂️ 4x100 estafet (qarışıq) – 🥈 2-ci yer
Komanda üzvləri:
✨ Heydərova Xədicə
✨ Səlimova İnci
✨ Ələkbərli Sənan

Bu uğurlarda əziyyəti böyük olan məşqçimiz Yusifov Anarı da xüsusi olaraq təbrik edirik 👏

Bütün idmançılarımızı ürəkdən təbrik edirik! 👏
Əzminiz, zəhmətiniz və komanda ruhunuz sizi daha böyük qələbələrə aparsın 🚀🏆

28/02/2026

Möhtəşəm nəticə 💪 🔥

Yarışda ümumi medal sayı: 14🏅💥

28 fevral 2026-cı il tarixində keçirilən 🏆 FCHAIN STAR CUP yarışında 2013, 2014, 2015 və 2016-cı il təvəllüdlü idmançılar güclərini sınadılar!

🏆 FCHAIN STAR CUP yarışının medal statistikası:

🥇 Qızıl medal: 7
🥈 Gümüş medal: 4
🥉 Bürünc medal: 3

Bütün idmançılarımızı ürəkdən təbrik edirik! 👏
Zəhmətiniz, əzmkarlığınız və mübariz ruhunuzla qürur duyuruq!

Sprintfit komandası olaraq daha böyük qələbələrə doğru inamla irəliləyirik!🩵

Photos from SprintFit.az's post 18/02/2026

İdmançımız İsrafil Loğman Türkiyənin İstanbul şəhərində keçirilən olimpik sınaq yarışında – yarışdan kadrlar 🇹🇷📸

Photos from SprintFit.az's post 17/02/2026

Türkiyənin İstanbul şəhərində keçirilən Ruhi Sarıalp Beynəlxalq Tullanmalar Kubokunda idmançımız Aliyev Abdulla möhtəşəm uğura imza atıb!

U-20 kateqoriyasında uzunluğa tullanma növü üzrə 6.75 metr nəticə göstərərək bütün rəqiblərini geridə qoyub və birinci yerin sahibi olub! 🥇🔥

Bu möhtəşəm qələbə münasibətilə ilk növbədə əziyyəti danılmaz olan məşqçisi Anar Yusifovu, eləcə də qürur mənbəyimiz olan idmançımızı ürəkdən təbrik edirik! 👏

Bu uğur zəhmətin, əzmkarlığın və məqsədyönlü çalışmanın parlaq nəticəsidir!
İnanırıq ki, qarşıda daha böyük zirvələr, daha möhtəşəm qələbələr var! 🇦🇿✨

Photos from SprintFit.az's post 16/02/2026

🇹🇷Türkiyədə keçirilən Salon Olimpiya sınaq yarışlarında Sprintfit komandasının idmançıları mübarizəyə qoşulublar. Davam edən yarışlarda komandamıza uğurlar arzulayırıq!💪

25/01/2026

SprintFit komandamızın idmançısı Səlimova İnci bu il göstərdiyi nəticələrə görə, yaşının 13 olmasına baxmayaraq, 16 yaşlılardan ibarət Azərbaycan yığma komandasının heyətinə daxil olmuşdur. Gələcəkdə beynəlxalq yarışlarda uğurlar arzulayırıq 👏🇦🇿

Photos from SprintFit.az's post 11/01/2026

Zəhmətin bəhrəsi, əzmin nəticəsi!
2021-ci ildən etibarən idmançımız, futbolçu Əli Bəşirov sürətini, çevikliyini və dözümlülüyünü inkişaf etdirmək üçün məşqçimiz Anar Yusifovun rəhbərliyi altında atletika məşqlərinə başladı. Gecə-gündüz çalışmaq, intizam və inam onu bu gün böyük uğura apardı.

Əli Bəşirov artıq “Qarabağ” FK-nın əsas heyətinə dəvət alıb! Bu qürurverici nailiyyət münasibətilə Əlini səmimi qəlbdən təbrik edir, ona meydanlarda daha böyük uğurlar, parlaq oyunlar və davamlı qələbələr arzulayırıq! 🏆⚽✨

Want your business to be the top-listed Beauty Salon in Baku?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Respublika Olimpiya Mərkəzi
Baku