By.Gunel
Korean Beauty Influencer
21/12/2023
Gözəl xanıma güvəni və paylaşıma icazə verdiyi üçün təşəkkürlər❤️
11/03/2023
Növbəti gənc xanımımızın nəticəsini sizlərlə paylaşıram(albomu vərəqləyin)🫠Xanıma tətbiq olunan xüsusi rutinlə qısa zamanda çox gözəl nəticə əldə etdik🥹Paylaşıma icazə verdiyi üçün xanıma təşəkkür edirəm
Sevgilər❤️
18/11/2022
Rutin tərbiq edilən növbəti 50+ xanımımız❤️
09/11/2022
Baxımlı dəriyə sahib olmaq öz əlindədir😈
Xanımın istəyilə yalnız gözaltı qaralar və çillərə rutin tətbiq edilib
Cəmi 3 məhsulla aldığımız nəticə:
✅Dəri toparla
✅Rəng bərabərsizliyi aradan qalxıb
✅Ağızətrafı sallanmalar azalıb
✅Gözaltı qaralar azalıb
✅Qırışlarda azalma müşahidə olunur
✅Çillər solub
10/09/2022
Söz verdiyim kimi İsntree markasına aid olan CİCA Relief Cream haqqında sizlərlə fikirlərimi bölüşəcəm.İlk olaraq qeyd edim ki, indiyə kimi istifadə etdiyim ən yaxşı sakitləşdirici kremdir.Həssas dəriyə sahib xanımlar məni anlıyacaqlar.Tərkibində yüksək konsentrasiyada 10% Centella Asiatica, Asiaticoside var ki qıcıqlanmış dərini sakitləşdirir, qızartıları aparır və zədələnmiş dərini bərpa edir.Məhsulun tərkibində həmçinin 3 növ Peptid var bu da yaşlanmaya qarşı güclü təsir göstərir,dərini sıxlaşdırıb elastikliyi artırır.Vitamin C, Retinol ve ya Asit (turşu) istifadə etdiyiniz zaman krem olaraq bu məhsuldan yararlana bilərsiz.Bütün dəri tipləri rahatlıqla istifadə edə bilərlər.Qarışıq, həssas dəriyə sahib xanımlar məhsula aşiq olacaqlar❤️
beauty
#
31/07/2022
Manyo Factory markasının Cleansing Soda Foam məhsulu həm tərkibinə həm də təmizləməsinə görə bəyəndiyim məhsullar sırasına daxil oldu.Əslində ilk istifadə etdiyimdə məhsulu sevməmişdim dərim qıcıqlanmağa başlamışdı lakin sonradan anladım ki dərimi qıcıqlandıran retinol imiş həmin dönəm retinol istifadə edirdim.Və burdan bu nəticəyə gəlmək olar ki retinol istifadəsi zamanı məhsul dərini qıcıqlandıra bilər.
Məhsul bütün dəri tipləri üçün nəzərdə tutulsa da məncə yağlı və qarışıq (yağlıya meyilli) dəri tiplərinə daha uyğundur.
Tərkibi əsasən soda və çobanyastığı,yaşıl çay, qırmızı ginseng kimi bitkilərdən ibarətdir.Qırmızı ginseng-in faydalarını say-say bitməz.Dəridə kollagen istehsalını və elastikliyi artırır, dərinin sıxlaşmasına yardımçı olur.
Həm makiyaj qalıqlarını həm də artıq sebumu asanlıqla dəridən təmizləyir.Qara nöqtələrin də təmizlənməsində faydası danılmazdır.Tərkibində mineral yağ, sintetik konservantlar, süni boya və ətir yoxdur❤️
.beauty
13/07/2022
Söz verdiyim kimi Manyo Factory markasına məxsus çox bəyəndiyim Pure Cleansing Oil məhsulu hqaqqında yazmaq istədim.Tərkibi inanılmaz möhtəşəmdi.Amin turşuları, yağ turşuları, vitaminlərlə zənginləşdirilmiş
əsl orqanik məhsuldur. Soya, Fındıq, Üzüm çəyirdəyi kimi qidalandırıcı yağlar və vitaminlərlə zəngin olan bu təmizləyici yağ məsamələri dərindən təmizləyir, davamlı istifadədə sızanaqları və qara nöqtələri müalicə edir.Dəri tonunu bərabərləşdirməyə yardımçı olur.Özüm həssas və allergik dəriyə sahib biri olaraq deyə bilərəm ki, məhsul mənim üçün istehsal olunub😈Məhsul ekonomikdir(200 ml),üzdən asanlıqla yuyulur,heç bir allergik təsiri yoxdur.Bütün dəri tipləri üçün uyğundur, göz allergiyası olan xanımlar da rahatlıqla istifadə edə bilərlər❤️beauty
Yeni əldə etdiyim sifarişlərlə yay gecə baxım rutinim💆🏻♀️
İstifadə etdiyim məhsullar:
1.Manyo Factory/ Pure Cleainsing Oil
2.Manyo Factory/ Cleansing Soda Foam
3.Klairs/ Supple Preparation Unscented Facial Toner
4.Isntree/ TW-Real Bifida Ampoule
5.Klairs/ Fundamental Nourishing Eye Butter
6. Isntree/ Cica Relief Cream
7. Bepanthol/ Dudak Bakım Krem
A little bit aesthetic ✨
21/05/2022
Bu dəfəki postum COSRX markasınanın intensiv nəmləndirici kremi haqqında olacaq.Yüksək konsentrasiyalı Hialuron Turşusu və Çaytikanı birləşməsindən ibarət olan bu krem ilə dərini dərindən nəmləndirə, balans və möhkəmlik yarada bilərsiz.Məhsulun tərkibində aktiv maddələrdən olan Sodium Hyaluronate və ya Hialuron Turşusu molekulu suda öz ağırlığının 1000 qatına qədərini saxlaya bilir, dərinin ən dərin təbəqəsinə nüfuz edir və dərin nəmləndirmə ilə təmin edir, onun təbii nəm saxlama qabiliyyətini maksimum dərəcədə artırmağa kömək edir.
Digər aktiv maddələrdən biri olan Hippophae Rhamnoides Water və ya Çaytikanı iltihab əleyhinə və antibakterial təsiri ilə günəş yanıqlarından qıcıqlanmış dərini sakitləşdirən və iltihabı azaldan,eyni zamanda bir çox dəri problemlərində istifadə edilən antioksidan bir tərkib hissəsidir. Özündə bir portağaldan (2000mq) daha çox C vitamini ehtiva edən bu tərkib sızanaq izlərindən qurtulmağa kömək edir , dəri tonunu açır, hamarlaşdırır və kollagenin istehsalını sürətləndirir.
Məhsulun teksturasl qatı krem şəklindədir, lakin ən çox sevdiyim özəllik də məhz bu qədər qatı olmasına rəğmən dəridə yağlılıq hissi buraxmadan maksimim nəmləndirmə və asanlıqla hopmasıdır.Çox bərəkətli bir məhsuldur bitmir ki bitmir😁Heç bir tərəddüd etmədən dəfələrlə ala biləcəyim məhsuldur.Quru həssas dəriyə sahib tanımlar məhsula aşiq olacaqlar.Bu məhsulu konsultasiya zamanı bir çox xanıma tövsiyyə etmişəm, məhsul haqqında fikirlərinizi rğy bölməsində qeyd etsəniz şad olaram❤️
beauty