Dr. Lale Endokrinoloq-dietoloq

Dr. Lale Endokrinoloq-dietoloq

Share

Endokrinologiya

Arıqladıcı vasitələrin fəsadları: Bu xəstəliklərə səbəb olur – Həkimdən XƏBƏRDARLIQ 19/07/2024

https://yenicag.az/ariqladici-vasitelerin-fesadlari-bu-xesteliklere-sebeb-olur-hekimden-xeberdarliq/

Arıqladıcı vasitələrin fəsadları: Bu xəstəliklərə səbəb olur – Həkimdən XƏBƏRDARLIQ “Bəzən yaya daha fit girmək istəyən insanlar sürətli arıqladıcı vasitələrdən - dərmanlardan, kapsullardan, çaylardan istifadə edir, lakin bunların fəsadını tətil başladıqdan sonra sürətli şəkildə atdığımız çəkini elə sürətli şəkildə aldığımız zamanı şa...

Photos from Dr. Lale Endokrinoloq-dietoloq's post 20/09/2021

Hamiləlik zamanı tiroid (zob) xəstəlikləri.
Hamiləlik zamanı tiroidin az və ya çox hormon ifraz etməsi ana və uşaqda ciddi dəyişikliklər yaradır.
* Uşaqlarda- anadangəlmə inkişaf qüsurları; ağıll zəifliyi; boy qısalığı; artıq çəki və s.
* Analarda isə - erkən düşüklər; inkişafdan qalmış hamiləliklər və sonsuzluq probleminin yaranması ilə özünü göstərir.
Hamiləlik zamanı qalxanvari vəzdə olan dəyişikliklər aşağıdakılardı
* Guatr- vəzin böyüməsi
* Hipertiroid- qalxanvari vəzin çox işləməsi
* Hipotiroid- vəzin az hormon ifraz etməsi

Diqqət: Hamiləlik planlaşdırdıqdada , hamiləlik zamanıda Tiroidin ( yəni zobun) müayinə edilməsi çox vacibdir. Funksional testlərin düzgün dəyərləndirilməsi düzgün diaqnoz deməkdir.

17/09/2021

Deyin gorörək kimlər istirahətin, kalorili yeyəcəklərin, meyvələrin bol olduğu bir yay mövsümünü hansı kilolarla yekunlaşdırdı???
Dr. Şamxalova Lalə

Photos from Dr. Lale Endokrinoloq-dietoloq's post 14/09/2021

Pasient bizə artıq çəki ilə müraciət etmişdi. Pasientimiz iradəli və məqsədli olduği üçün nəticələri sizlədə bölüşürəm. Müayinələri etdik və məlum oldu ki pasientin artıq çəkisi hormonal pozulmalarla əlaqəli deyil. Və arıqlamaq üçün heç bir dərman müalicəsindən istifadə etmədən düzgün qidalanma proqramına başladıq. Və pasientin isteyi bu piyləri əzələyə çevirmək idi ona görədə biz proqramda protein çoxluğuna üstünlük verdik. Və əlavə olaraq protein yüklü koktellər proqrama daxil edildi.
Diqqət: Bu 2 ay 1 həftəyə alınmış nəticədir və təbii ki, biz davam edirik. Nəzərinizə çatdırımki, bu 2ayın sonunda deyərdim pasient faydalı qidalar seçmək üzrə mütəxəssis olub😊

13/09/2021

Yumurtalıqda olan dəyişikliklerin Ultrason görüntüsü🎞🩺🔬
16 yaşlı pasientimizin bizə müraciət etmə səbəbi- kürək, çiyin və çənəaltı nahiyədə sızanaqların əmələ gəlməsi; 1ildən çoxdur davam edən baş ağrısı; yuxu pozğunluğu; 12 yaşında mensturasiya başlasada, 1ildir ki aybaşı görmədiyini qeyd edir. Anamnez və müayinə etdik. Təxmini düşündüyümüz diaqnozu müayinələrdə təsdiqlədi.
*Dz: Autoimmun tireoidit. PKOS.*
Qeyd: Bu şikayətlərə görə pasient 4-5 aydırki, nevropatoloq və ginekoloq həkimlərdən müalicə alıb. Lakin müalicələr effektsiz olub.
Müalicədən gözlədiyimiz nəticə: Pasientin şikayətlərinin keçməsi və menstrual tsiklin bərpa olunması

11/09/2021

Dəyərli pasientlər,insan orqanizimində baş verən hər hansısa bir dəyişikliklər,yaranmış vəya yaranmağa meyilli xəstəliklərin müayinəsi və müalicəsini heç bir halda pasienti görüb müayinə etməmiş,onun analizlərini incələməmiş ona hərhansısa bir diaqnozu qoymaq,müalicə tətbiq etmək yalnış vasitədir.
İnsan sağlamlığı,məhsul satışı və alışı deyilki,onu biz “Sosial Şəbəkələr” vasitəsilə onlayn həyata keçirək.
Onlayn diet proqramı yazın müraciətini bildirirən pasientdə hələ biz qərar verə bilmirik ki,çəki problemi zəiflemiş maddeler mübadilesi metobalik sindromdan mı; tiroid vəzlə (yəni zobla); gizli şəkərlə; böyrəküstü vəzlə ; insulin hormonu ve s. endokrin səbəblərlə mi əlaqəlidir.
Bunun üçün pasient hərbir halda doktorun müayinəsində iştirak etməli,doktor olaraq pasienti müayinə etdikdən sonra ona diaqnoz və hansı müalicə metodunu tətbiq etməyimizi qərar verə bilərik.
Hər birinizə sağlam düşüncə və sağlam yaşam arzusu ilə…

09/09/2021

Sabahlarınız xeyrə açılsın…
Dəyərli xanımlar,çəkiniz və boyunuz siyahıda olan ölçülərin hansına uyğundur?
☎️050-227-30-99whatsApp
_______________________________________

08/09/2021

Zaman bizim üzərimizdə uçur, amma kölgəsini arxada qoyur.

Время летит над нами, но оставляет свою тень позади.

Time flies over us, but leaves its shadow behind.

Dr.Şamxalova Lalə

06/09/2021

Diabetik neyropatiya nədir?
Uzun müddət davam edən kontrolsuz Şəkərli diabet xəstəliyin ağırlaşmalarından biridir. Həm Tip1 , həmdə Tip2 diabetdə rast gəlinə biıər.
Uzun müddət qanda şəkərlər yüksək olsada bədən o vəziyyətə uyğunlaşdığı üçün bu kimi ağırlaşmaları erkən hiss etmək olmur. Aşağıdakı əlamətlərdən 2və daha çoxu sizdə varsa mütləq həkim- Endokrinoloqa müraciət etməlisiniz.
* Əl və ayaqlarda səbəbsiz ağrılar( xüsusən ağrıların gecələr artması)
* Ayaq və əl barmaqlarında keyimə; pəncənin altında iynə batırma hissinin olması
* Ayaqlarda yaranmış tünd ləkələr
* Baldırın çöl hissəsində tüklərin tökülməsi
* Əl və ayaq əzələlərində zəiflik; gücsüzlük
* Ayaqlarda soyuqluq və ya istiliyin( yanma) əmələ gəlməsi
* Pəncə-topuq nahiyyəsində şişkinlik və s…
Diqqət: Neyropatiyanın qarşısı necə alınır:
* Aclıq və toxluq şəkərləri kontrolda saxlamalı
* Alkaqol və siqaretdən uzaqlaşmalı
* Təzyiqi nəzarətdə saxlamalı
* Lipid spektirə ( xolesterin balansına) baxmalı

Photos from Dr. Lale Endokrinoloq-dietoloq's post 02/09/2021

Qalxanvari vəzin diffuz böyüməsi.
Pasientin bizə müraciət etmə səbəbi ona digər kolleqa yoldaşlarımızın təklif etdiyi əməliyyatdan imtina etməsi olub.
Dərin anamnez topladıq. Əllə və Ultrasonla müayinə etdik. Məsləhət olduki Vəzin incə iynə biyopsiyası və göstərişə əsasən olan qan analizlərini verək.
Müayinə nəticələri qənaətbəxş və biyopsiya cavabıda xoş gəldiyi üçün biz pasientə nə hormonal müalicə təyin etdik nə dəki əməliyyat. Xanım pasientimiz bir şərtlə əməliyyat oluna bilərki,pasientin xarici görünüşü onu narahat etsin. Pasientimiz Kompleks etmədiyinə görə bizdə əməliyyat fikrindən uzaqlaşdıq
Diqqət: Hər qalxanvari vəzdə olan düyünlərə və vəzin özünün böyüməsinə görə əməliyyat olunması məqsədə uyğun deyil.
__

30/08/2021

Diabetli xəstələr Covid infeksiyasına qarşı niyə diqqətli olmalıdılar?
Qanda şəkər göstəricilərinin artıb-azalması və ya yüksək olması bədən immun sisteminin zəifləməsi nəticəsində olur. Buna qrip; bakterial xəstəliklər; covid və s. virus infeksiyaları səbəb olur. İnfeksiyalardan qorunmaq üçün əsas səbəb qanda şəkər səviyyəsini normada saxlaya bilməkdir. Nəticələr belə olmalıdır:
* Aclıq qan şəkəri 80-130;
* Yeməkdən 2 saat sonra(toxluq qan şəkəri)- 160 mg/dl
Məsləhətlər:
* Yuxu rejimi normal olmalı
* Mövsümünə uyğun tərəvəz və meyvələr yeyilməli
* Aclıq zamanı yemək aralarında ləpələrdən(badam; qoz; fındıq və s.) istifadə edilə bilər.
* Bol maye (adi su) qəbul etməli
* Hər gün 45 dəqiqəlik aktiv gəzinti
Diqqət: Piylənmə; Gizli diabet; İnsulim dirənci olan şəxslərdə Covid infeksiyasına yoluxduqları zaman 2ci tip şəkərli diabet xəstəliyi əmələ gələ bilər.
__

Website

Opening Hours

Tuesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00