diyetoloq_afaq
�Sağlam qidalanma rəhbərinizlə xüsusiyyətinizə uyğun fərdi və qrupla diyet edərək sağlam şəkildə incəlin
�Sağlıqlı reseptlər-məsləhətlər sizlər üçün
23/09/2022
ailəniz və özünüz üçün rahat asan dadlı və sağlam yemək axtarışındasınızsa bu resept sizin üçündür
sobada tərəvəzli nahar
⭕RESEPT⭕
qiymə
pomidor
göbələk
kartof
bibər
⭕hazırlanması⭕
-qiyməyə soğan və ədviyyatlar vurulub yoğrulur yumru kotlet forması verilir
-tərəvəzlər lay-lay doğranır
-pomidor-kotlet-göbələk-kartof və yenidən pomidor-kotlet-göbələk-kartof yığılır
-bibərlər doğranır aralarına və üstünə səpilir
-tomat-zeytum yağı-ədviyyatlar-su qarışdılır və su ərzaqların üstünə tökülüb sobada bişirilir
tərəvəzlər mövsümü bitmədən hazırlayın❤️
21/09/2022
səhifənin açılışının 1 yaşının şərəfinə😊
⭕ Detoks+Diyet+Sağlam qidalanmadan ibarət hazırlanmış xüsusi proqram
⭕ ciddi yanaşma+nəzarət
⭕ motivasiya+ məsləhətlər
⭕müddət:1ay
⭕son qeydiyyat tarixi: 30.09.2022 12:00
⭕ödəniş: 10 azn
⭕qeydiyyat üçün: dm və ya 050 979 94 29 whatsapp
05/09/2022
Kiçik nüanslara diqqət edərək çox yemə istəyinizin qarşısını ala bilərsiniz, sola çevirin oxuyub, yaddaşda saxlayın❤️❤️❤️sağlam şəkildə qidalanaraq çəki vermək üçün isə müraciət edə bilərsiz😊😊
29/08/2022
möhtəşəm nəticələrimizdən❤️
yaş:60+
müddət: 2ay yarım
03/08/2022
Mən menyu tərtib edərkən o olmaz bu olmazlar üzərində deyil sağlamlığa faydalı və günlük ağız dadına uyğun qidalra üstünlük verirem. Təbiiki çəki vermək üçün müəyyən məhdudiyyətlər, düşünülmüş kalori defisiti olmalıdır. xanımlarımın menyusundan bəzi qidaları bölüşüm siz də baxın😍
23/07/2022
Çəkiniz yüksəkdir? Özünüzü peşəkara hevalə edin❤️
22/07/2022
Şokolad və çiyələk sevirsinizsə bu reseptə bayılacaksınız😍😍
Çiyələkli Enerji bombası
1st fındıq
10əd xurma
2x/q süd
kakao
çiyələk
Hazırlanması: fındıq və xurmaya südü əlavə edib blenderdə üyüdürük, yumşaq ələ yapışan kütlə alınır. 1x/q bu kütlədən əlimizə alıb içinə çiyələk qoyuq sonda kakaoya bulayırıq
bu qədər sadə amma bir o qədər də dadlı
çayın yanına isə çox yaraşır amma günlük iki ədədi keçməyin diyetik olan hər bir qidanın kalorisi olduğunu unutmayaq❤️
daha çox paylaşım üçün bəyənməyi və səhifəni izləməyi unutmayın dostlar❤️
20/07/2022
Əməköməcilər sinfinə mənsub xüsusi rəngi və dadı olan el arasında məkkəgülü kimi tanınan Hibiskus çayının sağlıq üçün saysız hesabsız faydası var:
Sidikqovucu, ödqovucu, antibakterial vasitə kimi tətbiq edilir
Tərkibində C vitamininə görə immun sistemini möhkəmlədir
Faydasız qidalanmanın səbəb olduğu iç orqanların yağlanmasını azaldır və orqanların düzgün fəaliyyətini bərpa edir
Tərkibində yüksək maqneziyum olduğuna görə həzmi asanlaşdırır, şişkinliyi aradan qaldırır və mədəni rahatladır
Tərkibindəki flavonoidlərə görə əsəb və gərginliyi götürür, depresiyaya köməklik göstərir
Böyrəkləri və öd kisəsini tənzimləyir, qaraciyərin işini yaxşılaşdırır
Arıqlamaq istəyənlərin köməkçisi olan Hibiskus çiçəyi, şirniyyat istəyinin qarşısını almağa kömək edir, həzm prosesini sürətləndirir, yağ yandırmağı dəstəkləyir və ödəm atılmasına kömək edir
Turş dadı olan çayı içərkən təzyiqə diqqət edin
0.5-1 ç/q çiçəyin üzərinə 200ml su əlavə edərək dəmləyə bilərsiniz, soyuq və ya isti halda içə bilərsiniz (Mən soyuq xoşlayıram) Faydalarından yararlanmaq üçün şəkərlə birgə istifadə etməyin, ən yaxşı halda 1ç/q bal əlavə edəbilərsiniz
Sağlam olun, Sağlıqla qalın❤️❤️
15/07/2022
aşağı çəkidə yüksək nəticə🤗🤗
artıq aşağı çəkidə nəticələrimiz danılmazdır❤️❤️❤️
11/07/2022
İstəkləri nəzərə alaraq Dəyişim marafonunu yenidən elan edirəm:
Sağlam şəkildə, ac qalmadan, yeyərək mövsümə və büdcəyə uyğun qidalarla İNCƏLİN🦋
Suallarınız və qeydiyyat üçün dm-e müraciət edə bilərsiniz
25/06/2022
Son 3-5 kilo niyə yavaş gedir? ⬇️
Gəlin düzünü deyək, son kiloları vermək çətindir. Çətindir amma imkansız deyil. İlk əvvəl bu halın normal olduğunu qəbul etmək lazımdır. Vücudumuz belə işləyir:əvvəlcə sürətli çəki itirir, daha sonra itrilən çəkilər yavaşlayır və bir müddət sonra da çəki itirmək dayanır. Bəli sağlıqlı olan da budur. Ona görə də heç vaxt dayanmamalı, səbrlə diyetimizə davam etməliyik. Çünkü bu yolla diyetlərinə davam edənlər və çəki itirənlər daha sonra normal həyatlarına, vərdişlərinə qayıtdıqları zaman üstünə 10-15kq alıb geri dönmürlər.
Əgər bizim itiriləcək 20kilomuz varsa, ilk başlarda motivasıyamız yüksək olur, maneəsiz, reseptlərə tam dəqiqliklə əməl edirik. Amma 3ay keçdikdən sonra fikirləşməyə başlayırıq: onsuzda mən 15kq vermişəm, son kiloları da verərəm və başlayırıq reseptlərə uymamağa, gizli kaloriləri rasionumuza daxil etməyə nəticədə çəki itirməyimiz yavaşlayır.
Əgər çəki vermək yavaşlayırsa uzun müddətli çəki verməyi hədəfləməlisiniz. əgər həftədə 300qr belə çəki itirsəniz bu 3 ay sonra 5kq edir və hətta bu paltar ölçüsündə bir ölçü azalmaq deməkdir. Yox əgər 300qr çəkinin çox az olduğuna fokuslansaq onda qidalanma rejimimiz pozular və hətta kilo almış olarıq.
Səbrlə yola davam etmək, bu yolda motivasiyanı itirməyərək, hansı xətalara yol verdiyinizi düşünərək və bunun fərqində olaraq son hədəfə doğru getmək lazımdır. Bu nöqtədə sizə motivasiya olacaq, sizinlə yol dostu olacaq, bütün bunları uzun-uzun danışacaq və həllini axtaracaq diyetoloqun olmağı da vacibdir. Mən Sizə peşakar yanaşma ilə dəstək olmaq üçün burdayam❤️
17/06/2022
Xanımın özü demiş, hələ tam əməl edə bilsəydi daha yaxşı nəticə əldə edə bilərdi♥️♥️♥️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Bakı
Akhmedli
Opening Hours
| Monday | 09:00 - 20:00 |
| Tuesday | 09:00 - 20:00 |
| Wednesday | 09:00 - 20:00 |
| Thursday | 09:00 - 20:00 |
| Friday | 09:00 - 20:00 |
| Saturday | 10:00 - 19:00 |
| Sunday | 10:00 - 19:00 |