Ağstafa RMX PHŞ

Ağstafa RMX PHŞ

Share

Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Photos from Ağstafa RMX PHŞ's post 26/02/2024

Ağstafa RMX-sı PHŞ-in rəhbərliyi tərəfindən 26 Fevral Xocalı soyqırımı münasibəti ilə tədbir kecirilmişdi.
Tədbirdə ilk öncə Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdi. Çıxışçılar Xocalı hadisələrini törədənlərin əməllərini pisləmiş,insanlığa qarşı olan vəhşılıyə hələdə göz yumulduğunu,hec bir hüquqi qiymət verilmədiyini bildirmişlər.
Daha sonra kollektiv üzvülərinin iştirakı ilə şəhidlər xiyabanı ziyarət olunmuş,şəhidlərin qəbri üzərinə və onların əziz xatirəsinə həsr olunmuş abidənin önünə çıçəklər qoyulmuşdu.

Photos from Ağstafa RMX PHŞ's post 26/02/2024

24.02.2024-cü il tarixində Ağstafa Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin rəhbərliyi tərəfindən xəstəxananın həkim və orta tibb heyəti üçün “Tənəffüs və Ürək Dayanmalarında Təməl Həyata Dəstək tədbirləri üzrə Amerika Ürək Assosiasiyasının BLS protokolu üzrə təlim" keçirildi.
Təlimdə “Medic School Training Center” təlim mərkəzinin “Amerika Ürək Assosiasiyanın” beynəlxalq sertifikatlı təlimçiləri körpələrdə və böyüklərdə huşun qiymətləndirilməsi, ürək dayanmalarında CPR (ürək ağciyər reanimasiya) tədbirləri, AED (avtomatik xarici defibrilyator) cihazından istifadə qaydaları, effektiv komanda işi, tənəffüs dayanmalarında ilkin müdaxilələr, döş ağrıların idarə olunması və s. mövzular üzrə iştirakçılara geniş və ətraflı məlumat verdilər.
Tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə İştirakçılar tərəfindən maraqla qarşılanan intensiv praktiki bacarıqlarını dahada təkmilləşdirmək üçün xüsusi protokollara cavab verən müassir tibbi avadanlıqlardan istifadə olundu.
Sonda təlim mərkəzi tərəfindən xəstəxanaya təşəkkürnamə, iştirakçılara isə sertifikatlar təqdim edildi və xatirə şəkilləri çəkildi.

Photos from Ağstafa RMX PHŞ's post 20/01/2024

20 yanvar şəhidlərimizin xatirəsinin dərin ehtiram və hörmətlə yad edilməsi günüdür ! Vətənin müstəqilliyi və bütövlüyü uğrunda mübarizəyə təkan vermiş şəhid qəhramanlarımızın anım günüdür ! Xalqımız, Dövlətimiz, hər bir Azərbaycanlı üçün müqqədəs gündür ! Vətən torpağına sevginin, şəhidlərin ruhuna hörmətin və Vətən sevgisinin daimi olmasına səfərbər olmanın vacibliyini şərtləndirən gündür !44 günlük Vətən müharibəsi, 19 sentyabr 2023 – cü ildə keçirilən antiterror əməliyyatı ilə doğma Azərbaycan dövlətinin suverenliyinin tam təmin edilməsi şəhidlərimizin ruhuna, onların mübarizələrinə ən layiqli töhvədir! Ağstafa Rayon Mərkəzi Xəstəxanasının kollektivinin üzvüləri Ağstafa rayonunda şəhidlərin abidələrini ziyarət etmiş, hörmət və ehtiramlarını bildirmişlər. 20 yanvar şəhidi Habil Əzizovun Ağatafa rayonunun Vurğun qəsəbəsindəki məzarı da ziyarət edilmişdir.

30/12/2023

Dünya azərbaycanlılarının həmrəyliyi günü dövlət bayramı kimi qeyd olunur
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması haqqında qərar qəbul etmişdir.Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.Milli birliyin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Heydər Əliyev xarici dövlətlərə səfərləri zamanı həmin ölkələrdə yaşayan həmvətənpərvəzlərimizlə gürüşlərə də vaxt ayırır, onların problemləri ilə maraqlanır, təşkilatlanmaları üçün tövsiyələrini verirdi.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirildi.Məqsəd soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, azərbaycanlı icmaların mütəşəkkəlliyinin və fəallığının artırılması ilə onların təşkilatlanmasına dəstək vermək olmuşdur.Həmin qurultayda Ulu Öndər Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir.Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamları həmvətənlərimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Təşkilatlanmaya dəstək üçün 2002-ci ildə respublikamızda dövlət komitəsi yaradılmışdır.
2008-ci ildə “Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu ilə müstəqil Azərbaycanın bütün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılar üçün cazibə mərkəzi olduğunu bir daha təsdiqlədi.
44 günlük Vətən Müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlılar anti-Azərbaycan dairələrinin məkrli təxribatlarına qarşı cəsarətli etiraz aksiyaları təşkil olunmuşdur. Qələbəmiz dünya azərbaycanlılarının ən böyük istəyini təmin etməklə onların qürurunu gücləndirdi.2023-cü ildə bir günlük local antiterror əməliyyatı ilə 30 ildən çox Azərbaycan ərazisində qeyri-qanuni terror əməliyyatları keçirmiş erməni silahlı birləşmələrinin məhvi ilə Azərbaycan dövlətinin suverenliyi tam təmin olunmuş, işğal olunmuş ərazilərin azad edilməsi başa çatdırılmışdır.Tarixi şəhərimiz olan Xankəndində Azərbaycan Bayrağı ucaldılmış, Azərbaycan silahlı qüvvələrinin hərbi paradı keçirilmişdir. Xankəndi şəhər stadionunda möhtəşəm futbol oyunu keçirilmişdir. Bu qələbələr, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin tədbirlərdə çıxışları dünya Azərbaycanlılarının uzun gözlədikləri həsrətə son qoymuş və sevindirmişdir.Həmrəylik günümüz və Yeni ilimiz mübarək olsun!

24/12/2023

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, vətənimizin və dövlətimizin inkişafı, xalqımızın xoşbəxt rifahı naminə fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Tibb sahəsinə göstərdiyiniz diqqət və qayğıya görə minnətdarıq!

20/12/2023
Photos from Ağstafa RMX PHŞ's post 12/12/2023

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar bu gün Ağstafa RMX-sı PHŞəxsin kollektivi rayon ictimaiyyəti ilə yanaşı Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsini böyük ehtiramla yad ediblər. Ulu Öndərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, daim hörmətlə anılacaq.

11/12/2023

12 dekabr- Ümummilli lider Heydər Əliyevin anım günüdür. Bu gün Ulu Öndərin ruhu şaddır. 44 günlük Vətən müharibəsi nəticəsində Zəfərimizin memarı Heydər Əliyevdir. Dövlətimizin ərazi bütövlüyü tam təmin olunmuş, bütün ölkə ərazimizdə suverenliyimiz təmin olunmuşdur. Allah rəhmət eyləsin. Daimi olaraq xalqımızın qəlbində yaşayır!

Photos from Ağstafa RMX PHŞ's post 28/11/2023

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin 20 dekabr 2022 ci il PHŞ/6.89-2-2022-985 saylı məktubuna əsasən 2023 cü il ərzində “TƏBİB” –in tabeliyində olan tibb müəssisələri üzrə qanvermə aksiyalarının kecirilməsi qrafikinə uyğun olaraq 27 Noyabr 2023 cü il tarixdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin əməkdaşları tərəfindən irsi qan (talassemiya, hemofiliya) və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədi ilə qanvermə aksiyası təşkil olunub.
Aksiyaya tibb işciləri ilə yanaşı idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri könüllü olaraq qoşuldular. İştirakçılar tibb briqadasının hematoloqları tərəfindən zəruri tibbi müayinədən kecdikdən sonra qanverməyə başladılar. 100 nəfərdən artıq donorun iştirakı ilə kecirilən aksiyada, Qan xəstəliklərindən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı məqsədi daşıyırdı.Toplanan qan və onun komponentləri ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaqdır.

24/11/2023

📸 Bu paylaşıma Facebook-da bax
https://www.facebook.com/share/p/mLX5thqSbpTwMEqF/?mibextid=qi2Omg

Want your business to be the top-listed Beauty Salon in Akstafa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Akstafa