Zubochistka Az

Zubochistka Az

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zubochistka Az, Health/Beauty, Sabit Rəhman küç. 18/1, Baku.

06/06/2026

Diş fırçası ağız və diş sağlamlığının qorunmasında ən vacib vasitələrdən biridir. Düzgün seçilmiş və müntəzəm istifadə olunan diş fırçası dişlərin üzərində yığılan ərp və bakteriyaları təmizləyərək bir çox problemlərin qarşısını alır.

Diş fırçasının əsas önəmi

🦷 Diş çürümələrinin qarşısını alır
Qida qalıqları və bakteriyalar diş səthində toplanaraq çürümələrə səbəb olur. Fırçalama bu təbəqəni təmizləyir.

🦷 Diş əti xəstəliklərindən qoruyur
Müntəzəm fırçalama diş əti iltihabı, qanama və digər periodontal problemlərin riskini azaldır.

🦷 Ağız qoxusunu azaldır
Dil və dişlər üzərində yığılan bakteriyalar ağız qoxusunun əsas səbəblərindəndir. Diş fırçası onların təmizlənməsinə kömək edir.

🦷 Dişlərin görünüşünü yaxşılaşdırır
Ərp və ləkələrin azalmasına kömək edərək dişlərin daha təmiz və parlaq görünməsini təmin edir.

🦷 Ümumi sağlamlığa müsbət təsir göstərir
Araşdırmalar göstərir ki, ağız sağlamlığı ürək-damar xəstəlikləri və digər bəzi sağlamlıq problemləri ilə əlaqəli ola bilər. Buna görə ağız gigiyenası ümumi sağlamlığın bir hissəsidir.

Düzgün diş fırçası seçimi
Yumşaq və ya orta yumşaqlıqda tüklü fırçalar daha uyğundur.
Baş hissəsi ağızda rahat hərəkət edə biləcək ölçüdə olmalıdır.
Fırça hər 3 ayda bir və ya tükləri deformasiyaya uğradıqda dəyişdirilməlidir.

Düzgün fırçalama qaydası
Gündə ən azı 2 dəfə fırçalamaq.
Hər dəfə minimum 2 dəqiqə vaxt ayırmaq.
Dişlərin bütün səthlərini və dili təmizləmək.
Diş ipi və ağız yaxalayıcı vasitələrdən də istifadə etmək.

Sağlam və gözəl təbəssümün əsası düzgün diş fırçası seçimi və müntəzəm ağız baxımıdır. 😊

05/06/2026

Diş fırçası zamanla aşınır və tükləri effektiv təmizləmə qabiliyyətini itirir. Mütəxəssislər diş fırçasını hər 3–4 aydan bir, həmçinin tüklər əyildikdə və ya zədələndikdə dəyişməyi tövsiyə edirlər. Sağlam təbəssüm üçün fırçanızı vaxtında yeniləyin. ✨

04/06/2026

Məhsullarımızı çatdırılma ilə və ya mağaza daxili ala bilərsiniz!✨️

Ünvanlarımız:🩵

Səməd Vurğun 175
Crescent Mall 3-cü mərtəbə

31/05/2026

🌈🎈 1 İyun – Uşaqların Müdafiəsi Gününə Özəl! 🎈🌈

Balacaların sağlam və parlaq təbəssümü üçün gözəl xəbərimiz var! 😍

🦷 Curaprox-un bütün uşaq ağız baxım məhsullarına
🎉 25% ENDİRİM 🎉

Rəngarəng fırçalar, əyləncəli dizaynlar və uşaqların sevəcəyi ağız baxımı məhsulları ilə sağlam gülüşlərə dəstək olun! 💙

📅 Kampaniya yalnız 1 İyun münasibətilə keçərlidir.
🎁 Balacalarınıza sağlam təbəssüm hədiyyə edin!

✨ Curaprox ilə hər gülüş daha xoşbəxt, hər gün daha rəngarəng!

26/05/2026

✨ Bayramın ən gözəl detalı — səmimi bir gülüşdür. ✨

Qurban Bayramına özəl
Curaprox məhsullarına 20% ENDİRİM 💙🩵

Estetik qulluq, premium keyfiyyət və sağlam gülüşlər indi daha yaxın.
Özünüzü və sevdiklərinizi Curaprox-un xüsusi baxımı ilə sevindirin. 🌙

📅 27 May — 1 İyun

Bu bayram gülüşünüz hər zamankından daha parlaq olsun. ✨

18/05/2026

Yeni məhsulumuz Travel Set Kids!✨️🧸

Curaprox Enzycal Kids məcun,Curaprox Kids fırça və diş arası mini fırçalarla övladınız da artıq səyahətlərə hazırdır✨️❤️

Want your business to be the top-listed Beauty Salon in Baku?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Sabit Rəhman Küç. 18/1
Baku