Isn group
Saglamliq ve eczaçı
25/07/2025
ELISVAQ N5 125 ml flakon
✅Göstərişlər:
• Müxtəlif mənşəli vaginal xəstəlikləri və profilaktikası
• Vulvaginal kandidoz
• Bakterial vaginoz
• Xronik ekzo və endoservositlər
• Ginekaloji əməliyyatlara,abortlara hazırlıq zamanı
• Uşaqlıqdaxili spiralın qoyulmasından əvvəl və sonra
✅Əks göstərişlər:Preparatın tərkib hissəsinə fərdi həssaslıq.
✅İstifadə qaydası:Gün ərzində 1 flakon çalxalandıqdan sonra istifadə oluna bilər.
✅Buraxılış forması:125 ml 5 flakon.
✅İstehsalçı ölkə: Türkiyə.
23/06/2025
Göstərişlər :
• Yüksək sinir oyanıqlığı
• Əsəb gərginliyi, yuxu pozğunluğu, yuxusuzluq
• Simpatik aktivlik fonunda sıx ürək ritmi
• Həyəcan və özünə güvənməmə halları
• Xroniki və psixi yorğunluq
• Asteniya, ağrı və əzələ spazmı
• Gastrointestinalspazm
• Xroniki yorğunluq zamanı
Əlavə təsirləri: Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq
İstifadə qaydası: 12 yaşdan yuxarı və böyüklər doza gün ərzində 1 tablet 1dəfə qəbul olunur.
Buraxılış forması: № 30 tablet
İstehsalşı ölkə: Türkiyə
28/05/2025
28 may .Azerbaycan Respublikasi Musteqillik gunu.🇦🇿
06/04/2025
RESTVIT forte N30. Tərkibi:
Maqnezium (oksid) - 150 mq
Vitamin B6 - 1,5 mq
Passiflora ekstraktı - 150 mq
Yemişan yarpaqlarının və güllərinin ekstraktı - 150 mq
Melissa yarpaqlarının ekstraktı - 100 mq
Farmakaloji qrup : Sedativ
Xüsusiyyətləri: Maqnezium – bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib bir elementdir. Hüceyrələrin həyata vacib bir elementi kimi maddələr mübadiləsinin bütün reaksiyalarında iştirak edir. Maqnezium defisiti orqanizmdə tremor, tetaniya, ataksiya, yüksək reflektor oynaqlıq, yuxu pozğunluğu, ürək ritmi pozğunluğu, mədə-bağırsaq pozğunluğu və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur.
B6 vitamini- koferment kimi bütün mübadilə proseslərində iştirak edir, sinir toxumasının maddələr mübadiləsinin tənzimlənməsini həyata keçirir.
Passiflora esktraktı - - təbii sakitləşdirici komponentdir. Tərkibinə askorbin turşusu, pektin, amin turşuları və viteksin daxildir. Heç bir yan təsir vermədən yuxunu yaxşılaşdırır və oyandıqda gümrahlıq hissini təmin edir. Passiflora ağrıkəsici, iltihabəleyhinə, spazmolitik və qıcolmaəleyhinə təsir göstərir, yaddaşı yaxşılaşdırır.
Yemişan yarpaqlarının və güllərinin ekstraktı - flavonoidlər, xolin, asetilxolin, fitoserinlərlə zəngin olduğundan bütün damarlara spazmolitik təsir göstərərək hipotenzif effektin əldə olunmasını təmin edir. Beləliklə , beyin və koronar qan dövranını yaxşılaaşdıraraq beyin və ürək hüceyrələtinin metabolizmini gücləndirir. Beyin damarlarının genişlənməsi və mediator balansın bərpa edilməsi nəticəsində isə sedative effekt əldə edilir.
Melissa yarpaqlarının ekstraktı - güclü sedativ təsiri, spazmolitik təsiri və antibakterial, virus əleyhinə, antiallergik təsirləri ilə əsasən tanınır ki, bu təsirlər ardıcıl olaraq tərkibinə daxil olan sitronellanın, geraniollanın və fenilpropanoidlərin hesabına baş veriri. Həmçinin antidepresant və hamilə qadınlarda ürəkbulanmanı aradan qaldırmaq kimi təsirlərə malikdir. Yuxunu normallaşdırır, əhval-ruhiyəni yaxşılaşdırır.
Göstərişlər :
• Yüksək sinir oyanıqlığı
• Əsəb gərginliyi, yuxu pozğunluğu, yuxusuzluq
• Simpatik aktivlik fonunda sıx ürək ritmi
• Həyəcan və özünə güvənməmə halları
• Xroniki və psixi yorğunluq
• Asteniya, ağrı və əzələ spazmı
• Gastrointestinalspazm
• Xroniki yorğunluq zamanı
Əlavə təsirləri: Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq
İstifadə qaydası: 12 yaşdan yuxarı və böyüklər doza gün ərzində 1 tablet 1dəfə qəbul olunur.
Buraxılış forması: № 30 tablet
İstehsalşı ölkə: Türkiyə
09/01/2025
İSN GROUP Folidevit
Tərkibi:
Dərman zəncəfili kökümsovunun quru ekstraktı - 150 mq
Kalsium L- metilfolat - 400 mkq
Vitamin B6 - 6 mq
Vitamin D3 - 25 mkq
Xüsusiyyətləri: Folidevit – Fol turşusu və vitaminlərdən ibarət mükəmməl kompleksdir
Dərman zəncəfili kökümsovu - ürəkbulanma və qusmaəleyhinə təsirə malikdir. Qidanın sorulmasını sürətləndirir ,həzmi yaxşılaşdırır və mədə ağrılarını azaldır. Eyni zamanda zəncəfil kökü mədə-bağırsaq traktını patoloji bakteriyaların çoxalmasından qoruyur. Zəncəfilin güclü antibakterial, antioksidant və virusəleyhinə effektiv təsiri vardır.
L-metilfolat- Folat və ya B9 vitamininin 5- nəslinə aiddir. Bu vitaminin digər formalarından fərqli olaraq, L-metilfolat kalsium metilləşmiş formadadır. Bu, onun bioloji aktiv edən kimyəvi reaksiyaya məruz qalması deməkdir. İnsan folat qəbul etdikdə bədən onu hüceyrələr içərisində istifadə etmək üçün onu L-metilfolata çevirməlidir. Beləliklə L-metilfolatı qəbul edildikdə bu proses lazımsız olur. Bu, L-metilfolatı folat və ya fol turşusu kimi B9 vitamininin digər növləri ilə müqayisədə daha üstün olduğunu göstərir.
L-metilfolat -eritropoezi stimulə edir. Qan hüceyrələrinin normal çoxalması ücün vacib olan aminturşuların sintezində iştirak edir. Hamiləliyin ilkin dövrlərində dölün sinir aparatının, üz-çənə nahiyyəsinin inkişaf qüsurlarının və bətndaxili onurğa beynin yırtığının qarşısını alır. Fol turşusunun çatışmaması hüceyrələrdə DNT – nin sintezinin pozulmasına gətirir. Təsir mexanizmi fol turşusunun tetragidrofolat formasında nuklein turşularının sintezində, hüceyrələrin bölünməsində, purin və pirimidinlərin sintezində koenzim şəklində iştirakı ilə əlaqədardır. Bu, gələcək körpənin sağlam daxili orqanlara, güclü sinir sisteminə malik olmasına imkan yaradır. Fol turşusu meqoblastların normal yetişməsinə və normoblastların əmələ gəlməsində vacib rol oynayır.
B6 vitamini – hüceyrə energetikidir əqli və fiziki iş qabiliyyətini artırır, stress – protektor, detoksikasiyaedici, immunostimulyator, iltihab əleyhinə, antiaterosklerotik, hipotenziv, antianemik təsir göstərir. Beyin metabolizmini yaxşılaşdırır, antidepressant, gorməni yaxşılaşdırır, dermatotrop və.s. təsirlərə malikdir. Mərkəzi və periferik sinir sisteminin normal fəaliyyətini təmin edir.
Vitamin D3 – D vitamininin təbii formasıdır. D2 vitamini ilə müqayisədə aktivliyinin 25 %-dən yüksək olması ilə fərqlənir. O qalxanabənzər ətraf vəzin normal funksiyası üçün zəruridir. Kalsiumun və fosfatların bağırsaqdan absorbsiya olunmasında, mineral duzların nəqlində və sümüklərin kalsifikasiyasında əhəmiyyətli rol oynayır. Həmçinin kalsiumun və fosfatların böyrəklər vasitəsilə xaric olmasını tənzimləyir. D vitamini həmçinin, limfokinlərin yaranmasına təsir göstərməklə immun sistemin fəaliyyətində iştirak edir.
Göstərişlər:
• Hamiləliyə hazırlıq dövrü, hamiləlik və doğuşdan sonra yaranan fol turşusu və vitamin defisitinin profilaktika və müalicəsi
• Bətndaxili sinir sisteminin, ətrafların və ürəyin inkişaf qüsurlarının yaranmasının profilaktikası
• Hamiləliyin I-II trimestrində yaşanan toksikoz əlamətlərinin ( ürəkbulanma , qusma ,mədə pozğunluqları) aradan qaldırılmasında
• Müxtəlif səbəblərdən yaranan fol turşusu və vitamin çatışmazlığı zamanı
• Periferik nevropatiyalar
• Xroniki yorğunluq, yaddaşın pozulması
• Yeniyetmələrin boy artımı və cinsi yetkinlik zamanı yaranan pozuntuların profilaktikası
• Müxtəlif virus infeksiyaları
Əks göstərişlər:Preparatın tərkib hissəsinə fərdi həssaslıq.
İstifadə qaydası:Gün ərzində 1tablet yeməkdən sonra istifadə oluna bilər.
Buraxılış forması: №30 Tablet
İstehsalçı ölkə: Türkiyə.
18/10/2024
URASFAT
Tərkibi:
Quş üzümü ( Granberry) – 200 mq
Lobya toxumunun ekstraktı – 60 mq
Cəfəri kökünün ekstraktı – 50 mq
Natrium Sitrat – 30 mq
Kalium sitrat – 30 mq
Adi çobanyastığı çiçəyinin ekstraktı – 20 mq
Ayıqulağı yarpağının ekstraktı – 30 mq
Farmakokinetikası: Uroseptik
Farmakoloji təsiri: İltihab əleyhinə, uroseptik, diuretik, litolitik.
Xüsusiyyətləri: Quş üzümü (Granberry)- tərkibində bir sıra bioloji fəal maddələr olan unikal bitkidir : proantosianid, ursol, benzol turşusu, fenol birləşmələri, hidroxinon törəmələri, flavonoidlər, vitaminlər( C, B1, B2, karotin) və makro, mikroelementlər (Fe, Mn, Zn, Cr, Co, Cu) .Fenol birləşmələri güclü antioksidant təsirə malik olub, oksidativ zədələnmələrin qarşısını alırlar. Proantosianidlər-bioflavonoidlər qrupuna aid maddələrdir, antiadheziv, iltihabəleyhinə, immunsitumuləedici təsirgöstərirlər. Urobakteriyaların athezin P və fimbriyalarını inhibə edərərk onların hüceyrə membranlarının strukturunu pozurlar .Urobakteriyaların (xüsusilə E.Coli-nin) sidik yollarının epitelinə yapışmasının qarşısını alır. Selikli qişada prostoqlandin, histamin, leykotrien kimi iltihab mediatorlarının sintezini inhibə edərək iltihabəleyhinə təsir göstərir və sidik yollarında olan iltihabı aradan qaldırır.Tərkibindəki hidroxinon sidik ifrazını gücləndirərək diurezin artmasına səbəb olur.
Lobya toxumunun ekstraktı - Diuritik, spazmolitik, iltihab əleyhinə təsirə malikdir. Əsasən böyrək kanalında infeksiyaları aradan qaldıraraq pH-ı normallaşdırır.
Cəfəri Kökünün ekstraktı - Diuretik və litolitik təsirə malikdir. Qalıq sidiyi qovaraq ,sidikdən gələn xoşagəlməz iyini yox edir. Həmçinin sidik yolundakı kiristalları əridir.
Natrium və Kalium sitratlar - Əsasən litolitik təsirə malikdir. Urat və fosfat daşlarında effektiv təsirə malikdir. Onları gil şəkilində sidik kanalı vasitəsi ilə xaric edir. Həmçinin qələvi və turş mühitdə yaranan duzlarıda əridir.
Çobanyastığı çiçəyinin ekstraktı - Antiseptik , antimikrob və nefroprotektiv təsirə malikdir. Çobanyastığı böyrəkdə və sidik kanalında çox güclü nefroprotektiv təsirə malikdir. Həmçinin böyrəyin və sidik kanalının spazmını aradan qaldıraraq ağrıkəsici təsir göstərir.
Ayıqulağı yarpağının ekstraktı - İltihab əleyhinə, antimikrob və sidikqovucu (diuritik) təsirlərə malikdir. Tərkibindəki arbutin və metilarbutin qlikozidlərinin arbutaza fermentinin təsiri ilə parçalanmasından əmələ gələn hidroxinon güclü antimikrob və antibakterial təsirin yaranmasına səbəb olur və hidroxinon böyrəklərdən süzülərkən yerli qıcıqlandırıcı təsir göstərərək böyrəklərin filtrasiyasını sürətləndirir və sidikqovucu effekt verir.
Göstərişləri:
• Dizurik simptomlarda ( göynəmə, qızartı, qaşınma və s.)
• Sidik-cinsiyyət sisteminin kəskin və xroniki iltihabi xəstəlikləri.
• Uretrit , sistit, pielonefrit
• Arterial II-III dərəcə ürək-damar çatışmazlığı (ürək qlikozidləri ilə birgə)
• Sidik kanalında duzların kristallaşması zamanı
• Litolitik (Böyrək daşı xəstəliyi)
• Diuretik (sidik qovucu) kimi
Əlavə təsirləri: Nadır hallarda allergik reaksiyalar, halsızlıq, dispeptik hallar.
Əks göstərişləri: Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq
Hamiləlik və laktasiya dövründə: Hamiləliyin II və III trimestrində və laktasiya zamanı istifadəsi mümkündür.
Dozalanma: Müalicə məqsədilə 1 kapsul gündə 2 dəfə yeməkdən sonra tövsiyyə olunur.
Buraxılış forması: № 30 kapsul
İstehsalçı ölkə:Türkiyə.
16/10/2024

31/12/2023
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Baku