dr.babayeva.a

dr.babayeva.a

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from dr.babayeva.a, Beauty, cosmetic & personal care, Baku.

24/06/2022

Çoxlarınız “kollagen” adını dəfələrlə eşitməyinizə baxmayaraq, onun nə olduğunu dəqiq bilmirsiniz. Nəzərinizə çatdırırıq ki, kollagen insan orqanizminin fəaliyyəti üçün çox mühüm rol oynayan bir zülaldır.

Beləki, kollagen – birləşdirici toxumanın əsasını təşkil edən sapşəkilli (fibrillar) zülaldır. Bu tərifdən belə nəticəyə gəlinirki, kollagen əzələlərin, sümüklərin, dərinin və oynaq bağlarının da əsasını təşkil edir. Daha dəqiq desək, insan orqanizmindəki bütün zülalların 30-35 %-ni məhz kollagen zülalı təşkil edir.

Birləşdirici toxumanın əsasını təşkil etdiyi üçün dəri və oynaqların elastikliyində mühüm rol oynayır.

Kollagen zülallarının zədələnməsi zamanı dəri tez qocalır, oynaq ağrıları baş qaldırır. Son tətqiqatlar isə kollagenin dəridəki qırışlarla aktiv mübarizə apardığını və hətta selülit probleminin həllində yardımçı olmasını belə sübut etmişdir.

Sutka ərzində 2500 mq kollagen qəbulu zamanı dırnaqların uzanması 12% sürətlənmiş və qırılma halları 42% azalmışdır. Bu müsbət dəyişikliklər saçların sağlamlığına və uzanma sürətinə də aid edilir.

Nəticə olaraq sağlam olmaq istəyirsinizsə, gün ərzində 2000mq-dan 5000mq-a qədər kollagen qəbul etməyiniz məsləhətdir. Bundan əlavə sutka ərzində 1000-2000mq Vitamin C qəbulu da orqanizmdə kollagen sintezini sürətləndirir.

24/06/2022

Thread lifting – yəni üzün saplarla dartılması proseduru  üz dərisinin sallanması mərhələsində həyata keçirilir. Üzün saplarla dartılması cərrahi-kosmetoloji saplar vasitəsilə həyata keçirilir. Saplar 3 yerə bölünür – mono saplar, spiral saplar və cog saplar. Sapların hər 3-ü biorevitalizassiyanın, kontur plastikasının, mezoterapiyanın verdiyi effekti verir, lakin spiral və cog saplar hem də lifting  effekti ( yəni üzün dartılması)  də verir. Sapı üzün istənilən hissəsinə qoymaq olar. Alın nahiyəsinə qaş qaldırmaq üçün qoyulur,  burun ucunun qaldırılmasında tətbiq edilir .və əsas istifadə olunma nahiyyələri yanaqlardır, yanaqları kiçikcik böyütmək üçündür və üzün aşağı 3/1 hissəsidir. Çünki sallaqqlıq əsas üzün 3/1 hissəsində özünü göstərir. Saplar ikinci buxağı aradan götürmək üçün boğaza da qoyulur. Prosedurun effekti 2 aya görünür. Çünki kollagen lifləri sintez olunmalıdır, prosedur zamanı əmələ gələn ödem aradan qalxmalıdır.

23/06/2022

🇦🇿Dodaq dolgusu proseduru.
☀️İstifadə: 1 ml Hialuronic turşusu
☀️İşləmə müddəti: 30-40 dəqiqə
☀️Şişkinlik: 3-4 gün
☀️Nəticə: prosedurdan dərhal sonra
☀️Prosedur lokal anesteziya ilə aparılır
☀️Bərpa: 2 həftə
#губы

23/06/2022

Həddindən artıq tərləməyə HİPERHİDROZ deyilir. Bu cür tərləmələr fiziki aktivlikdən və yaxud havanın temperaturundan asılıolmayaraq baş verir, normal gündəlik fəaliyyətin pozulması ilə yanaşı, sosial narahatlıq, utanc və emosional gərginlik də yaradır. Hiperhidrozun ən çox görüldüyü yerlər ovuc, ayaq və qoltuq altı, boyun, kürək və bel nahiyələridir.

Hiperhidroz əksər hallarda yeniyetmə yaşlarından başlayır.
BİRİNCİLİ (səbəbsiz) və yaxud
İKİNCİLİ (əsas xəstəliyə bağlı) olur:
Birincili hiperhidroz adətən irsi xarakter daşıyır.
İkincili hiperhidrozun səbəbləri:
• artıq çəki
• menopauza (klimaks)
• hormonal pozğunluqlar
• nevroloji xəstəliklər
• onkoloji xəstəliklər
• nikotin, marexuana, alkoqol  və s., kimi zərərli maddələrdən istifadə

MÜALİCƏSİ:
• İONOFOREZ – əllər və ayaqlar suyla dolu kasada 20-30dəq saxlanılır. Çox zəif bir elektrik cərəyanı ağrısız şəkildə sudan keçir. Bir neçə seansdan sonra tərləmələrə son qoyulur.
• BOTOX inyeksiyaları – tər vəzlərini tətiklən sinirləri bloklayır. Effektiv nəticələr əldə etmək üçün bir neçə inyeksiya tələb olunur.
• Antixolinerqik preparatlar – parasimpatik sinir impulslarının ötürülməsini maneə törədir. Xəstələr 2 həftə ərzində simptomların yaxşılaşdığını qeyd edirlər.

22/06/2022

✔️Burun dolgusu...
🇦🇿

22/06/2022

♨️Stress.

Əsəb və stress qadını çirkinləşdirir.

*Stress, qorxu, əsəb gərginliyi keçirən qadınlarda daha çox hormonal sistem və gözəllik atrubutları: dəri və saçlar sıradan çıxır.

Uzun aylar gərginlik, stres
ilk növbədə dırnaq, saç,dərinin keyfiyyətini azaldacaq.
Üzdə, bədəndə şişkinlik, üz dərinin rənginin bozarması,qırışlar, quruma,əzələlərin tonusunun düşməsi, üzdə yorğun ifadə əmələ gəlir.

Saçların yağlılığı artır,seboreya,dermatit yaranır.
Saçlar tökülür.Hormonal disbalansın pozulması nəticəsində yaşlanma sürətlənir, yuxu pozulur.

Stress davam etdikcə heç bir kosmetoloji qulluq,kremlər dəriyə kömək etməyəcək.

Bu vəziyyətdən çıxış yolu psixoterapevt, psixoloq və stresə qarşı müalicədən keçir.

Mütləq yuxu, istirahət rejimini qaydaya salıb, iş və hobbi tapılmalıdır.

Orqanizmə stresə adaptasiya olmaq və onunla baş etmək təlimi verilməlidir.

⚠️⚠️ *6-8 ay davamlı stress qadının yaşını ən azı 2 il artırıb qocaldır.

21/06/2022

✔️ Botox proseduru..

Want your business to be the top-listed Beauty Salon in Baku?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Baku
AZ 1000