nitq_inkisaf_merkezi

nitq_inkisaf_merkezi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from nitq_inkisaf_merkezi, Health/Beauty, Xətai rayonu. Həzi Aslanov. İlqar Zülfüqarov küçəsi, 16A, Baku.

Photos from nitq_inkisaf_merkezi's post 23/03/2026

Hörmətli valideynlər,

Loqoped baxışı ilə təqdim olunan bu məlumatlar uşaqların nitq və ümumi inkişaf göstəriciləri haqqında maarifləndirici xarakter daşıyır.

Əgər övladınızda qeyd olunan çətinliklər müşahidə olunursa, ilkin olaraq düzgün istiqamətləndirmə çox vacibdir:

🔹 İlk olaraq LOR həkiminə müraciət etməyiniz tövsiyə olunur
(çünki eşitmə problemi nitq gecikməsinin əsas səbəblərindən biri ola bilər)

🔹 Daha sonra nevroloq müayinəsi vacibdir
🔹 Növbəti mərhələdə isə ehtiyacdan asılı olaraq loqoped və ya psixoloq dəstəyi alınmalıdır

📌 Loqopedə nə vaxt müraciət etməli?
Əgər uşaqda nitq gecikməsi, söz ehtiyatının azlığı, sözləri birləşdirə bilməmə kimi çətinliklər varsa

📌 Psixoloqa nə vaxt müraciət etməli?
Əgər uşaqda ünsiyyətdən qaçma, göz kontaktının zəifliyi, sosial davranışlarda çətinliklər müşahidə olunursa

Unutmayın, erkən müdaxilə uşağın inkişafında ən önəmli addımlardan biridir 💛

Photos from nitq_inkisaf_merkezi's post 23/03/2026

Hörmətli valideynlər,

Loqoped baxışı ilə təqdim olunan bu məlumatlar uşaqların nitq və ümumi inkişaf göstəriciləri haqqında maarifləndirici xarakter daşıyır.

Əgər övladınızda qeyd olunan çətinliklər müşahidə olunursa, ilkin olaraq düzgün istiqamətləndirmə çox vacibdir:

🔹 İlk olaraq LOR həkiminə müraciət etməyiniz tövsiyə olunur
(çünki eşitmə problemi nitq gecikməsinin əsas səbəblərindən biri ola bilər)

🔹 Daha sonra nevroloq müayinəsi vacibdir
🔹 Növbəti mərhələdə isə ehtiyacdan asılı olaraq loqoped və ya psixoloq dəstəyi alınmalıdır

📌 Loqopedə nə vaxt müraciət etməli?
Əgər uşaqda nitq gecikməsi, söz ehtiyatının azlığı, sözləri birləşdirə bilməmə kimi çətinliklər varsa

📌 Psixoloqa nə vaxt müraciət etməli?
Əgər uşaqda ünsiyyətdən qaçma, göz kontaktının zəifliyi, sosial davranışlarda çətinliklər müşahidə olunursa

Unutmayın, erkən müdaxilə uşağın inkişafında ən önəmli addımlardan biridir 💛

20/03/2026

Bu gün Mələyimin ilk Novruzu, Ramazanı və 4 ayı tamam olur.
Nə yalan deyim ancaq ay izləyirəm nələri bacarmalıdır körpə öz ayında . Deməli bir loqoped olaraq 4 ayda 👇
1. Səs çıxarma və vokalizasiya
• Körpə a, u, o kimi səslər çıxarırmı
• Səslərlə oynayırmı (gülüş, qığıltı, “agu” səsləri)
• Səsə reaksiya verirmi (məsələn, valideyn danışanda cavab kimi səslər çıxarır)

2. Eşitmə reaksiyası
• Səsə tərəf başını çevirirmi
• Tanış səslərə (ana səsi kimi) fərqli reaksiya verirmi
• Ani səslərdə diksinmə varmı

3. Göz kontaktı və sosial əlaqə
• Göz təması qururmu
• Üz ifadələrinə cavab verir (gülümsəməyə qarşı gülümsəmə)
• Ünsiyyət qurmağa maraq göstərir

4. Qidalanma və oral-motor bacarıqlar
• Əmmə, udma normaldırmı
• Boğulma, çətinlik varmı
• Ağız ətrafı əzələlərin fəaliyyəti (dodaq, dil hərəkətləri)

5. Ünsiyyət niyyəti (kommunikativ davranış)
• Ağlama, səslə ehtiyac bildirmə
• Diqqət cəlb etməyə çalışırmı
• Valideynlə “ünsiyyət oyunu”na girirmi

6. Ümumi inkişafla əlaqə
• Başını saxlaya bilir
• Əllərini, üzünü kəşf edir
• Oyuncaqlara maraq göstərir

⸻

Nə vaxt narahat olmaq lazımdır?

Əgər körpə:
• Heç səs çıxarmırsa
• Səslərə reaksiya vermirsə
• Göz kontaktı çox zəifdirsə
• Gülümsəmir və sosial əlaqə qurmaq istəmirsə

16/03/2026

Müqəddəs Ramazan ayı – Oruc bayramı münasibətilə Nitq İnkişaf Mərkəzində bir gün ərzində ödənişsiz yoxlanış keçiriləcək.

İştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyat üçün əlaqə nömrəsi:
📞 055 903 38 16

12/03/2026

Hər anımızı yaşamağa çalışırıq 👩‍🍼. Məncə qadınlar 30 yaşından aşağı ana olmamalıdır……

09/03/2026

Böyük məmnuniyyətlə bildirirəm ki, “Анализ опыта использования частных реабилитационных услуг семьями детей с особыми потребностями в Азербайджане” adlı elmi məqaləm VI Всероссийская научно-практическая конференция «Ценность каждого: системный подход к сопровождению семьи» adlı beynəlxalq iştiraklı konfransın materiallar toplusuna qəbul olunmuşdur.

Konfrans 12–13 mart 2026-cı il tarixlərində Moskva şəhərində, Rusiya Federasiyasının İctimai Palatasında keçiriləcək.

Tədbir “Ценность каждого” peşəkar təşkilatlar alyansı, Rusiya Federasiyası İctimai Palatasının demoqrafiya, ailə və uşaqların müdafiəsi üzrə komissiyası, “Особое детство” Müalicəvi Pedaqogika Mərkəzi, “Мархамат” xeyriyyə təhsil fondu və “Движение Сельских Женщин” təşkilatı tərəfindən təşkil olunur. Konfrans Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir, baş tərəfdaş isə Sberbankın “Вклад в будущее” xeyriyyə fondudur.

Konfransın nəticələrinə əsasən elmi məqalələrin elektron materiallar toplusu nəşr ediləcək və Rusiya Elmi İstinad İndeksi (РИНЦ) bazasında indeksləşdiriləcək, həmçinin eLibrary elmi platformasında yerləşdiriləcək.

Məqalədə Azərbaycanda xüsusi ehtiyaclı uşaqların ailələri tərəfindən özəl reabilitasiya xidmətlərindən istifadə təcrübəsi təhlil olunur və bu sahədə mövcud imkanlar və problemlər araşdırılır.

10/02/2026

Bu trendi çox bəyəndim və düşündüm ki , şəkili boş paylaşmayım. Hədiyyə ilə 🎁

📢 Onlayn seminar (Zoom)

📌 Mövzu:
Uşaqlarda yetkin olmama və inkişaf yolları

Seminar Zoom üzərindən keçiriləcək.
➡️ Hər kəs qatıla bilər.

📝 Qatılmaq üçün:
Rəy bölməsinə .Kxüsusitəhsil yazmağınız yetərlidir

⏰ Qeydiyyat üçün vaxt:
Bu gün saat 18:00-a qədər

⚠️ Yerlər məhduddur

📌 Seminar linki qeydiyyatdan sonra göndəriləcək.

.Kxüsusitəhsil

05/02/2026

Bəzəyə-düzəyə ehtiyacı olmayan qara qızım 🤍

Dünən bir paylaşım oxudum.
İki aylıq körpəsi fasiləsiz ağlayan, yatmayan bir ana…
Tükənmiş halda, çıxış yolu axtarırdı təcrübəli analardan.

Oxuyanda ilk övladım yadıma düşdü.
“Təki yatsın” deyə nələri qurban verməyə hazır idim…
Özümü də, gücümü də, səbrimi də.

Sonra illər keçdi, oxudum, öyrəndim.
Məlum oldu ki, yol çox vaxt bir imiş:
Ana nə qədər stresli, əsəbi və gərgin olarsa, körpə də bir o qədər narahat olur.
Çünki körpə hələ sözləri anlamasa da, ananın bütün hisslərini hiss edir.
Bu artıq təkcə ana təcrübəsi yox, elmi olaraq da sübut olunmuş bir həqiqətdir:
körpələr ananın emosional vəziyyətinə güzgü kimi reaksiya verirlər.

Buna görə də…
Övladını təkbaşına, köməksiz böyüdən analara eşq olsun.
Onlar güclüdür, amma bu, köməyə ehtiyacları olmadığı anlamına gəlmir.

O analara məsləhət vermək yox, sadəcə kömək etmək lazımdır.
Çünki kənardan deyilən hər söz yükü azaldmır, bəzən daha da ağırlaşdırır.

Ana sakitdirsə, körpə də sakitləşir.
Bəzən ən böyük dəstək “mən buradayam” deməkdir.

Photos from nitq_inkisaf_merkezi's post 03/02/2026

Bu bir çağırış deyil sadəcə mütəxəsis və 3 uşaq anası kimi fikrimdi .
Son vaxtlar bir çox ailə məndən peyvəndlərlə bağlı suallar verir. İxtisasım bu mövzuda susmağıma imkan vermir, çünki uşaqlarda sonradan yaranan dəyişiklikləri araşdıran və protokol üzrə qeyd edən tərəflərdən biri də bizik.

Təəssüf ki, peyvənddən sonra uşağında dəyişiklik gördüyünü deyən ailələr az deyil və bu mövzu hələ də birmənalı cavabı olmayan mövzulardandır.

Mən bunu yalnız mütəxəssis kimi yox, bir ana kimi də yaşamışam. 2008-ci il təvəllüdlü oğlumda peyvənddən ( akadeis) sonra ciddi dəyişikliklər oldu: gəzməyi dayandırdı, nitqdə geriləmə yaşandı. Gəzinti bərpa olunsa da, nitq çox gec toparlandı. 2 yaşında cəmi 3–4 söz deyirdi.

İkinci övladım Minayə Türkiyədə peyvənd olundu və şükür ki, heç bir problem yaşanmadı. Lakin orda peyvənddən imtina etmək ixtiyarın yoxdu. Az qala gəlib evində peyvənd edəcəkdilər o qədər bezdirmişdilər… Lakin 6 yaşından sonra Bakıda bütün peyvəndlərdən imtina etdim. Üçüncü övladım Mələk üçün isə Azərbaycanda rəsmi şəkildə peyvənddən imtina etdim. Düzü araşdırıram hansı özəl xəstəxanada və hansı peyvənd güvənilirdi deyə.

Bu paylaşım çağırış deyil. Sadəcə həm mütəxəssis, həm də ana olaraq şəxsi təcrübəmi və fikrimi bölüşürəm. Hər kəsin qərarı fərdidir.

25/01/2026

Körpəni qucağa öyrəşdirmisən” — elmi əsası olmayan iddiadır.

Tez-tez eşidirik:
“Uşağı yerə qoy, ehtiyacı olanda ağlayar.”
“Özün qucağa almasan, öyrəşməz.”

Bu cümlələri körpəsi olub da eşitməyən ana varmı?
Məncə, yox.

Açığı, mən hələ elə körpə görməmişəm ki,
“uzadım, ehtiyacı olanda ağladı” prinsipi ilə böyüsün.

Üstəlik, mən sadəcə “romantik ana” deyiləm —
2 uşaq böyütmüşəm, təcrübəm var.

Əslində isə çox sadə bir həqiqət var:
körpə 9 ay dar, isti, təhlükəsiz bir yerdə — ana bətnində olur.
Dünyaya gələndə onun üçün ən tanış, ən təhlükəsiz yer
yenə ana qucağıdır.

Buna görə anaları günahlandırmaq yox,
dəstək olmaq lazımdır.

Bu paylaşım mənim kimi körpəsi olan,
yorulan, amma qucağından vaz keçməyən analara gəlsin 💛
Siz tək deyilsiniz.
Və qucağınız “vərdiş” yox — sevgi və təhlükəsizlikdir.

✅ Bu romantika deyil elmdir!

Category

Telephone

Address


Xətai Rayonu. Həzi Aslanov. İlqar Zülfüqarov Küçəsi, 16A
Baku
AZ1129