Face Yoga T.G.
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Face Yoga T.G., Beauty, cosmetic & personal care, Baku.
🌿 Face Yoga TG – Natural Beauty with Turkan Gunduz
Discover the power of face yoga & massage for firm skin, a glowing appearance, and inner well-being.
📲 Try the app now and activate your natural beauty!
Qaşarası qırışlar yaranmağa başlayıbsa, onların dərinləşməsini gözləməyin. Çünki qırış nə qədər dərin olarsa, onu azaltmaq bir o qədər çətin, bəzən isə mümkün olmur. İlk əlamətləri hiss etdiyiniz anda üz yoqasına başlayın və qırışların dərinləşməsinin qarşısını alın. 🤍
Bu tək bir texnika belə çox güclüdür və digər üz yogası hərəkətləri ilə mükəmməl birləşir. ✨
Dilinizi tam şəkildə üst damağa basın, 5 saniyə saxlayın, sonra rahatlayın. Bunu 10 dəfə təkrarlayın.
💛 Bütün üzünüzü mənimlə birlikdə işlətmək istəyirsinizsə, elə bu gündən 3 günlük pulsuz sınağa başlaya bilərsiniz.
Əgər üzünüzdə artıq nəzərə çarpan asimmetriya varsa, onun zamanla daha da artmasının qarşısını almaq vacibdir. Bunun üçün üzün bütün əzələləri ilə düzgün şəkildə işləmək lazımdır.
Üz yogası məhz bunu təmin edir. Bütün üz əzələlərini balanslı şəkildə çalışdıraraq asimmetriyanın azalmasına və üzün daha harmonik görünməsinə kömək edə bilər.
Əzələləri doğru istiqamətdə çalışdırdıqda inanılmaz nəticələr əldə etmək mümkündür. Biz də məhz bunu edirik.
Məqsəd üzü dəyişdirmək deyil. Məqsəd üzdə mövcud olan əzələləri aktivləşdirərək onları gücləndirmək, üz cizgilərini daha dəqiq göstərmək və təbii konturları ön plana çıxarmaqdır.
Kiçik toxunuşlarla göz ətrafına etdiyiniz masaj düşündüyünüzdən qat-qat daha böyük təsir göstərə bilər.
Bunun üçün hər gün kifayət qədər su için, günəş kremindən istifadə edin və göz ətrafınıza yumşaq, kiçik toxunuşlarla müntəzəm masaj edin. Davamlılıq zamanla gözlə görünən fərq yaradır. ✨
Çənə xətti illərdir gənclik və gözəlliyin simvolu hesab olunur. Və bu, təsadüfi deyil. ✨
Çünki aydın və kəskin çənə xətti üzə daha gənc, daha baxımlı və daha ifadəli görünüş verir.
Üz yoqası ilə çənə xəttini tamamilə təbii üsulla formalaşdırmaq və üz əzələlərini gücləndirmək mümkündür.
Siz də elə bu gündən başlaya bilərsiniz. Tətbiqi yükləyin və 3 gün pulsuz sınaq ilə ilk nəticələrə doğru ilk addımı atın. 🤩
Kollagen kremi kollagen yaratmır. Sadəcə dərini nəmləndirir. Əsl nəticə üçün düzgün qidalanma, keyfiyyətli kollagen əlavəsi və ən əsası — üz əzələlərini gücləndirən üz yoqasıdır.
Heç bir krem üz yoqasının etdiyini edə bilməz. Çünki üzü təbii şəkildə qaldırmaq, sıxılaşdırmaq və formalaşdırmaq üçün birbaşa üz əzələləri ilə işləmək lazımdır. ✨
Qaşarası cizgilər çox dərinləşmədən onların qarşısını almaq vacibdir. Çünki dərin qırışları sonradan istər təbii, istərsə də estetik üsullarla azaltmaq daha çətin olur.
Əgər siz də təbii yollarla üz liftinqi etmək və qırışların görünüşünü azaltmaq istəyirsinizsə, tətbiqimi 3 gün tamamilə pulsuz sınaya bilərsiniz.
Dəyişikliyə elə bu gündən başlayın. 💕
15/06/2026
İllər keçir, trendlər dəyişir, amma bir şey dəyişmir:
Təbii və sağlam görünmək. ❤️
Bir zamanlar hər kəs dolğu, filtrlər və süni görünüşün arxasınca qaçırdı. Bu gün isə həmin insanların çoxu dolğularını əridir və yenidən öz təbii görünüşünə qayıtmağa çalışır.
Mən qüsursuz görünməyə deyil, özümün ən yaxşı versiyam olmağa inanıram.
Məhz buna görə üz yoqasını sevirəm. 🤍
Çünki o, səni dəyişdirməyə yox, sənə artıq aid olan gözəlliyi ortaya çıxarmağa kömək edir.
Üzün çökməsi təkcə yaşla bağlı deyil. Yanaq nahiyəsindəki əzələlər zəiflədikdə və həcm azaldıqda göz altı çuxurları, yanaqlarda çöküklük və daha yorğun görünüş yarana bilər.
Üz əzələləri üzün təbii dayağıdır. Buna görə də onları məşq etdirmək bədən əzələlərini çalışdırmaq qədər vacibdir. ✨
Tətbiqimi 3 gün ərzində tamamilə pulsuz sınayın və üz əzələlərini hədəfləyən proqramları kəşf edin.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Baku