AltaiMaral BioProducts

AltaiMaral BioProducts

Share

Фирма «АltaiMaral Bioproducts» занимается реализацией 100% эколог Pantohematogen -- Altay maralının sümükləşməmiş buynuzu olan pantın içindəki qan cövhəridir.

2018-ci ildən fəaliyyət göstərən “AltaiMaral BioProducts” MMC Azərbaycanda sağlam qida və təbii kosmetika məhsullarının satışı ilə məşğuldur. Rusiya Federasiyası, Altay diyarı, Biysk şəhərindəki “Alteya” OOO və “DveLinii” OOO istehsalçılarının ölkəmizdəki rəsmi nümayəndəsi olan “AltaiMaral BioProducts”, 40-dan çox məhsul çeşidi ilə, qısa müddət ərzində, yerli alıcıların rəğbətini qazana bilmişdir. Dünyanın ekoloji cəhətdən ən təmiz bölgələrindən biri sayılan Altayın bitki örtüyü və digər təbii sərvətlərindən, yüksək texnoloji metodlarla alınmış bu məhsulları, əsasən 3 qrupa bölmək olar:
1. Sağlam qidalanma proqramına aid -- soyuq sıxma yolu ilə əldə edilmiş, “Alteya” bitki yağları;
2. Mineral, quru kosmetikaya aid – “Planet SPA Altai” dəniz duzları və gillər.
“Alteya” bitki yağları, soyuq sıxma metodu ilə istehsal edildiyindən, bitkinin tərkibindəki faydalı maddələr maksimum qorunub saxlanılır, alınan məhsul xoş dada və ətirə malik olur. Bioaktiv birləşmələrlə zəngin olan bu yağlar, orqanizmdə gedən mübadilə proseslərinə müsbət təsir göstərdiyindən, müxtəlif xəstəliklərin profilaktikasında və müalicəsində, həmçinin, kosmetologiyada baxım prosedurları zamanı geniş istifadə edilir. Yüksək dad keyfiyyətlərinə və gözəl ətirə malik “Alteya” bitki yağları, sağlam qidalanma ilə yanaşı, özəl ləzzət arayan xanımlar üçün, mətbəxin əvəzolunmaz məhsulu rolunu oynaya bilər.

“Planet SPA Altai” Mineral, quru kosmetikaya aid məhsullar çoxsaylı minerallarla zəngin tərkibə malikdir.

“Planet SPA Altai” Dəniz duzlarından hazırlanmış vannaların qəbulu, bədəni tonuslandırır, maddələr mübadiləsini gücləndirir, ürək-damar sisteminin və sinir sisteminin fəaliyyətinə yaxşı təsir göstərir, dərinin cavanlaşmasına və elastikliyinin saxlanmasına kömək edir.

“Planet SPA Altai” Gilləri dəridə çox yaxşı absorbent rolunu oynayan bu kosmetik gillər, asanlıqla şlakları və toksinləri özünə hopdurur, yağlar mübadiləsini və duz-su balansını normallaşdırır. Bu özəlliyinə görə gillər, orqanizmin zərərli maddələrdən təmizlənməsi və artıq çəkinin azaldılması məqsədi ilə geniş istifadə edilir.

“Silapant” – pantohematogen tərkibli özəl Altay kosmetikasıdır. Pantohematogen tərkibli kosmetika, insan üçün zəruri bioloji aktiv maddələr (aminturşular, mikroelementlər, fosfolipidlər və s.) mənbəyidir. Aminturşular dərini intensiv qidalandırır, qan dövranını stimullaşdırır, hüceyrə sisteminin regenerasiyasında iştirak edir, erkən qırışların əmələ gəlməsinin qarşısını alır və dərinin qocalma prosesini ləngidir.

29/11/2022

PantoHematogen (maralın sümükləşməmiş buynuzundakı qan cövhəri) tərkibli Altay kosmetikası

19/07/2022

SPF 50+ Günəşdən qorunma spreyi "domaşnaya apteçka" 150ml
Günəşin A və B tipli Ultrabənövşəyi şüalarından (UVA/UVB) üz və bədən dərisini qoruyur. Günəş yanıqlarının qarşısını alır; Dəriyə asan yayılır, tez dəriyə hopur, ağ iz buraxmır və yapışqan hissiyat yaratmır. Suya davamlıdır və bütün növ dərilər üçün uyğundur.
Aerozolun tərkibindəki - D-Panatenol nəmləndirici, yumşaldıcı və hamarlayıcı təsirə malikdir. Dərini elastik edir, sakitləşdirir, qıcıqlanmanı aradan götürür və qabıqlanmanın qarşısını alır; Allantoin dəri hüceyrələrinin regenerasiyasına önəmli təsir göstərir. Antioksidant aktivliyə malikdir, dərini yumşaldır və nəmləndirir; Vitamin E, antioksidant özəlliyi sayəsində, dəridə hüceyrədaxili oksigen mübadiləsini stimullaşdırır, hüceyrə membranını möhkəmləndirir.
İstifadə qaydası: Əvvəlcə balon yüngülcə çalxalanır. Günəşə çıxmazdan 20-30 dəqiqə qabaq aerozol püskürdülməklə dəriyə hərtərəfli, bərabər yaxılır. Günəşdə olduğunuz müddətdə, qalıcı effektə nail olmaq üçün hər 2 saatdan bir, həmçinin, dənizdə (hovuzda) çiməndən sonra istifadə olunur.//🇦🇿
SPF 50+ Спрей солнцезашитный "domaşnaya apteçka" 150ml

Помогает предотвратить появление солнечных ожогов на коже лица и тела. Подходит для всех типов кожи, особенно светлой и чувствительной. Легко распределяется, быстро впитывается, не оставляет белых следов и ощущения липкости. Водостойкий. Обеспечивает защиту от негативного воздействия UVA/UVB лучей
Способ применения: равномерно нанести спрей на кожу за 20-30 минут до выхода на солнце. Для устойчивого эффекта наносить каждые 2 часа во время пребывания на солнце, а также после купания. Избегайте чрезмерного пребывания на солнце в период повышенной солнечной активности.
Д-пантенол обладает увлажняющим, смягчающим и разглаживающим действием. Делает кожу более эластичной, успокаивает, снимает раздражение кожи. Помогает при шелушении, раздражении.
Аллантоин оказывает выраженное действие на регенерацию клеток кожи. Обладает антиоксидантной активностью, оказывает смягчающее и эффективное увлажняющее действие на кожу.
Витамин Е обладает антиоксидантным свойством, стимулирует клеточное дыхание, укрепляет мембраны клеток//🇷🇺

07/07/2022

Çəkisinə görə ucuz!
Qiymətinə görə keyfiyyətli!

SPF 50+ Günəşdən qorunma spreyi "domaşnaya apteçka" 150ml
Günəşin A və B tipli Ultrabənövşəyi şüalarından (UVA/UVB) üz və bədən dərisini qoruyur. Günəş yanıqlarının qarşısını alır; Dəriyə asan yayılır, tez dəriyə hopur, ağ iz buraxmır və yapışqan hissiyat yaratmır. Suya davamlıdır və bütün növ dərilər üçün uyğundur.
Aerozolun tərkibindəki - D-Panatenol nəmləndirici, yumşaldıcı və hamarlayıcı təsirə malikdir. Dərini elastik edir, sakitləşdirir, qıcıqlanmanı aradan götürür və qabıqlanmanın qarşısını alır; Allantoin dəri hüceyrələrinin regenerasiyasına önəmli təsir göstərir. Antioksidant aktivliyə malikdir, dərini yumşaldır və nəmləndirir; Vitamin E, antioksidant özəlliyi sayəsində, dəridə hüceyrədaxili oksigen mübadiləsini stimullaşdırır, hüceyrə membranını möhkəmləndirir.
İstifadə qaydası: Əvvəlcə balon yüngülcə çalxalanır. Günəşə çıxmazdan 20-30 dəqiqə qabaq aerozol püskürdülməklə dəriyə hərtərəfli, bərabər yaxılır. Günəşdə olduğunuz müddətdə, qalıcı effektə nail olmaq üçün hər 2 saatdan bir, həmçinin, dənizdə (hovuzda) çiməndən sonra istifadə olunur.
Apteklərdən soruşun!

30/06/2022

Sibir sidrağacı – Pinus sibirica növü Rusiyanın Avropa hissəsindən Uzaq Şərq hissəsinə qədər ərazidə yayılmışdır. Sidr yağı Sibirdə olduqca qədim terapevtik istifadə tarixinə malikdir. Çünki sidr yağı antioksidant, antibakterial və anti-aging təsirli təbii vasitədir. Sidr yağı linol, linolen, palmitin, stearin və pinolen kimi doymamış yağ turşuları, E, F, B1, B2, B3, B4 və D vitaminləri və kalium, kalsium, fosfor, maqnezium, natrium, dəmir və yod kimi makro- və mikroelementlərlə olduqca zəngindir. Zəngin vitamin tərkibi, xüsusilə E vitamini hesabına sidr yağı dərinin elastikliyini artırır, nəmləndirir, yaşlanmasının qarşısını alır və mövcud qırışları əhəmiyyətli dərəcədə azaldır. Civzə, egzema və psoriaz kimi dəri xəstəliklərində istifadəsi məqsədəuyğundur. Sidr yağı nəyinki dəri, həm də saç və dırnaqlar üçün çox faydalıdır. Belə ki, sidr yağı saçları nəmləndirir, saç dərisi problemlərinə, saç qırılmalarına və kəpəyə qarşı olduqca effektlidir. Dırnaqları möhkəmləndirir, kutikulları yumşaldır. Sidr yağı hətta çox quru və həssas dərilər üçün istifadə oluna bilər. Mineral tərkibi ilə əlaqəli olaraq immuniteti gücləndirir, xroniki yorğunluq zamanı istifadəsi faydalıdır. Antibakterial təsiri hesabına isə yanıqların müalicəsində köməkçi vasitə kimi tədbiq olunur.

30/06/2022

Pantenol krem-aerozol "domaşnaya apteçka" Çaytıkanı yağı ilə 90ml

Aerozol Altay çaytikanı yağının effektiv regenerasiya özəlliyini və D-pantenolun sakitləşdirici təsirini özündə birləşdirməklə, dəriyə gərəkən baxım və qulluğu təmin edir.

°təbii regenerasiyanı yaxşılaşdırır;
°dərini nəmləndirir və qızartıları aradan qaldırır;
°günvurma və digər yanıqlarda dərini sakitləşdirir.

İstifadə qaydası: Balon 5-10 dəfə, yaxşıca çalxalanır, başlığı sıxılır və çıxan köpük dəriyə yönəldilir. 10sm məsafədən püskürdülməklə, krem (köpük) dəriyə hərtərəfli, bərabər yaxılır. Sutkada bir və ya bir neçə dəfə, qeyri-məhdud miqdarda istifadə oluna bilər.

03/06/2022

Maska-saç üçün "Silapant" 250ml

• Saçları nəmləndirir, yumşaldır və zədələnmiş strukturunu bərpa edir;
• Saçları qidalandırır və uclarını bərkidir;
• Saçlara həcm verir və daranmanı asanlaşdırır.

Tərkibi: sorbitol, gənəgərçək yağı, süd turşusu, D-pantenol, hidroliz olunmuş keratin, mirvari cövhəri, hidroliz olunmuş ipək, öküzotu, tozağacı, yaşıl çay, gicitkən, çobanyastığı və sürvə cövhəri kompleksi, pivə mayası, pantohematogen.

03/06/2022

Maska-saç üçün "Silapant" 250ml

• Saçları nəmləndirir, yumşaldır və zədələnmiş strukturunu bərpa edir;
• Saçları qidalandırır və uclarını bərkidir;
• Saçlara həcm verir və daranmanı asanlaşdırır.

Tərkibi: sorbitol, gənəgərçək yağı, süd turşusu, D-pantenol, hidroliz olunmuş keratin, mirvari cövhəri, hidroliz olunmuş ipək, öküzotu, tozağacı, yaşıl çay, gicitkən, çobanyastığı və sürvə cövhəri kompleksi, pivə mayası, pantohematogen.

16/05/2022

Gil-mavi Gümüş “Anti-Age” 100qr

Üz maskaları üçün nəzərdə tutulmuş bu gillər, cavanlaşdırıcı effektə malik olub, qırışların dartılmasına, dərinin daha hamar və elastik olmasına yardım edir. Dərini çox yaxşı təmizlədiyindən, piqment ləkələrinə qarşı istifadə olunur, qızartı və qabıqlanmanı aradan qaldırır.
AKTİV
KOMPONENTLƏRİ:

Gümüşü mavil gil.

Yonca cövhəri - estrogen sayağı təsirə malikdir və qocalma prosesini ləngidir və vacib vitaminləşdirici rol oynayır.
Mirvari cövhəri - təbii detoksikant olub, qocalma prosesini ləngidir.

Pantohematogen - hüceyrə sistemində qidalanma və regenerasiya funksiyasını yerinə yetirir, qan dövranını stimullaşdırır, erkən qırışların əmələ gəlməsinin qarşısını alır və qocalma prosesini ləngidir.

Limon turşusu - üz dərisinin genişlənmiş məsamələrinin yığılmasına kömək edir, dəriyə xoş və parıltısız görüntü verir.

Want your business to be the top-listed Beauty Salon in Baku?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Həsən Salmanlı 5
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 10:00 - 14:00