Saglam Addim
�Sağlam gələcəyə, Sağlam Addımla!�
16/05/2026
“Qamət sadəcə görüntü deyil, uşağın gələcək sağlamlığıdır.”
Bu balaca pasient bizə müraciət etdikdə hiperlordoz və nəzərəçarpacaq qamət pozuntusu mövcud idi.
Cəmi 1 aylıq düzgün planlaşdırılmış müalicəvi gimnastika proqramından sonra əldə olunan dəyişiklik artıq vizual olaraq da görünür.
✔️ Bədənin duruş balansında irəliləyiş
✔️ Bel nahiyəsində yükün azalması
✔️ Daha düzgün postural düzülüş
✔️ Gündəlik hərəkətlərdə rahatlıq
Bu isə yalnız başlanğıcdır. Müalicə prosesi davam edir və məqsədimiz sadəcə görünüşü deyil, sağlam və düzgün formalaşmış qaməti bərpa etməkdir.💚
Valideynlər üçün vacib məqam:
Uşaqlarda qamət pozuntularını “böyüyəndə keçər” deyib gecikdirmək düzgün yanaşma deyil. Erkən müdaxilə gələcəkdə daha ciddi problemlərin qarşısını ala bilər.
📩 Müayinə və fərdi müalicə proqramı üçün bizə yazın.
📞077 640 84 14
Bu videoda isə ev şəraitində cəmi 2 dəqiqəyə edə biləcəyiniz sadə, amma effektiv ayaq hərəkətlərini paylaşmışıq.
Bu hərəkətlər:
• ayaq əzələlərini aktivləşdirir
• dayağı gücləndirir
• düzgün yük paylanmasına kömək edir
Amma unutmayın ki, təkcə məşq kifayət etmir. Doğru diaqnostika və fərdi yanaşma vacibdir.
📍 Əgər sizdə də:
– ayaqda içə basma
– tez yorulma
– daban və ya diz ağrıları varsa
mütləq müayinə olun.
Ayaq sağlamlığı = onurğa sağlamlığıdır.
📩 Müayinə üçün bizə yazın
📞077 640 84 14
Supinator hazırlanmazdan əvvəl uşağın ayağı mütləq müayinə olunur və ehtiyac dəqiq qiymətləndirilir.
Daha sonra ayağın ölçüsü xüsusi gips materialı ilə götürülür. Bu üsul ayağın anatomik quruluşunu tam dəqiqliklə əldə etməyə imkan verir.
Ölçü zamanı ayaq təbii vəziyyətdə saxlanılır ki, gələcək supinator uşağın ayağına tam uyğun olsun.
Proses qısa çəkir, ağrısızdır və uşaqlar tərəfindən rahatlıqla qarşılanır.
Siz də övladlarınızın ayaq müayinəsini vaxtında etdirməyi unutmayın.
Çünki ayaq quruluşundakı problemlər zamanla duruşa və onurğa sağlamlığına təsir göstərə bilər.
Erkən diaqnostika gələcəkdə daha böyük problemlərin qarşısını almağa kömək edir.
📩 Müayinə və fərdi müalicə proqramı üçün bizə yazın.
📞077 640 84 14
20/04/2026
Uşağınızın ayaq sağlamlığını standart qəliblərə qurban verməyin! 🚫 Çox vaxt “ortopedik” adı altında təqdim olunan ağır və sərt ayaqqabılar, əslində uşağınızın təbii yerişini məhdudlaşdırır və inkişafına mane olur.
Niyə ortopedik ayaqqabı yox, FƏRDİ SUPİNATOR seçməlisiniz?
Ortopedik ayaqqabıların gizli zərərləri:
Standart istehsal olunduğu üçün hər uşağın fərdi ehtiyacını qarşılamır. Ən pisi isə odur ki, bu ayaqqabılar pəncənin hərəkətliliyini dondurur, gəziş dinamikasını pozur və uşağı tək bir ağır ayaqqabıya məhkum edir. Müalicədə “standart” yanaşma olmaz!
Əsl həll yolu: FƏRDİ SUPİNATORLAR
Fərdi supinatorlar uşağınızın ayaq quruluşuna özəl olaraq hazırlanır. O, ayağı zəncirləmir, əksinə, pəncənin sərbəst hərəkətinə imkan verərək yükü düzgün balanslaşdırır. Ən böyük üstünlüyü isə çevikliyidir – uşağınız sevdiyi istənilən rahat ayaqqabının içinə qoyub sağlam addımlaya bilər.
Uşağınızın ayaqları standart deyil, özəldir. Onlara azadlıq və doğru dəstək verin! ✨
Daha ətraflı məlumat və fərdi müayinə üçün bizə müraciət edə bilərsiniz.
📞077 640 84 14
Məhəmməd balamız 5 yaşında bizə müraciət edərkən ayaqda nəzərəçarpacaq pes planovalgus deformasiya mövcud idi. Uşaq daha öncə bir neçə cərrah və travmatoloq tərəfindən qiymətləndirilmiş və cərrahi müdaxilə tövsiyə olunmuşdu.
Müayinə və qiymətləndirmədən sonra biz konservativ yanaşma seçdik: supinator dəstəyi ilə korreksiya və paralel olaraq ayaq əzələlərinin gücləndirilməsinə yönəlmiş reabilitasiya proqramı tətbiq olundu.
Təxminən 1.5 il davam edən mütəmadi müalicə və nəzarət nəticəsində ayaq qövsündə nəzərəçarpan düzəlmə əldə edildi, valgus deformasiya korreksiya olundu və funksional göstəricilər normaya yaxınlaşdı.
Nəticədə cərrahi müdaxiləyə ehtiyac qalmadı və uşaq daha stabil, düzgün ayaq biomexanikası ilə inkişafını davam etdirir.
📩 Müayinə və fərdi müalicə proqramı üçün bizə yazın.
📞077 640 84 14
Sağlam Addım mərkəzimizdə tanınmış influencer Rufanə Əzimzadənin övladlarının ayaqlarını müayinə etdik. Nəticədə hər iki uşaqda yastıpəncəlik və ayaqlarda deformasiya aşkarlandı. Bu, uşaqların duruşunu və hərəkət keyfiyyətinə təsir edə biləcək ciddi məsələdir. Uşaqlar üçün fərdi supinatorlar hazırlandı. Bu xüsusi dəstək ayaqların düzgün formalaşmasına kömək edəcək, gəzmə və aktiv hərəkət zamanı rahatlığı təmin edəcək.
👣 Siz də övladınız üçün bir addım atın.
📩 Müayinə və fərdi müalicə proqramı üçün bizə yazın.
📞077 640 84 14
12/04/2026
Uşaqlarda ayaq sağlamlığına laqeyd yanaşmaq gələcəkdə bütün bədən quruluşunun pozulmasına səbəb ola bilər. Şəkildə gördüyünüz balaca pasiyentimiz Fatehin nəticəsi, düzgün müdaxilənin nə qədər həyati əhəmiyyət kəsb etdiyinin bariz nümunəsidir. Əvvəlki vəziyyətdə 30° və 36° olan əyrilik dərəcələri, fərdi supinatorlar və evdə mütəmadi icra edilən xüsusi məşq hərəkətləri sayəsində müvafiq olaraq 10° və 18°-ə qədər endirilmişdir.
Ayaqdakı bu növ əyriliklər sadəcə yerişin pozulması ilə bitmir. Əgər vaxtında qarşısı alınmazsa, bədənin ağırlıq mərkəzi dəyişir və bu zəncirvari reaksiya yaradaraq onurğa sütununa birbaşa təsir edir. Müalicə olunmayan ayaq deformasiyaları gələcəkdə skolioz (onurğanın yanlara əyilməsi), kifoz (qozbellik) və lordoz (bel nahiyəsinin həddindən artıq önə əyilməsi) kimi ciddi və geri dönülməz onurğa xəstəliklərinə yol açır.
Övladınızın gələcəkdə dik və sağlam duruşa sahib olması üçün təməli indidən möhkəm qoymaq lazımdır. Unutmayın ki, ayaqlar bədənimizin bünövrəsidir; bünövrə əyri olarsa, bütün bina təhlükə altındadır. Düzgün seçilmiş supinator və nizamlı məşqlərlə bu riskləri aradan qaldırmaq və uşaqlarımıza sağlam bir gələcək bəxş etmək mümkündür.
📩 Müayinə və fərdi müalicə proqramı üçün bizə yazın.
📞077 640 84 14
Supinator SağlamAddım
07/04/2026
Ayaqda gün ərzində yığılan yorğunluq və ağrı sadəcə narahatlıq deyil, bu, bədənin sizə verdiyi bir xəbərdarlıqdır. Xüsusilə uzun müddət ayaq üstə işləyən, çox gəzən və ya düzgün ayaqqabı seçməyən insanlarda bu problem daha tez-tez müşahidə olunur. Zamanla bu hallar ayaq quruluşunda dəyişikliklərə, diz və bel ağrılarına qədər irəliləyə bilər.
Fərdi supinatorlar isə ayağın təbii formasına uyğun hazırlanaraq yükün düzgün paylanmasına kömək edir. Bu, sadəcə ağrını azaltmaqla kifayətlənmir, eyni zamanda gündəlik hərəkətlərinizdə rahatlıq yaradır, yorğunluğu minimuma endirir və duruşunuzu düzəldir.
Əgər günün sonunda ayaqlarınızda ağırlıq hiss edirsinizsə, addım atarkən narahatlıq yaşayır və ya tez yorulursunuzsa, bu problemi gecikdirmədən həll etmək vacibdir. Çünki sağlam addımlar, sağlam həyatın əsasını təşkil edir.
Rahatlıq bir seçim deyil, ehtiyacdır. Ayaqlarınıza dəyər verin ki, onlar sizi daha sağlam və enerjili sabahlara aparsın.
📩 Müayinə və fərdi müalicə proqramı üçün bizə yazın.
📞077 640 84 14
Ayaqda başlayan problem çox vaxt yalnız ayaqla məhdud qalmır.
Bu videoda gördüyünüz kimi, ayaq deformasiyası olan bir uşaqda onurğa da mütləq qiymətləndirilməlidir. Çünki bədəndə tarazlıq pozulduqda yük düzgün paylanmır və bu, zamanla onurğaya təsir göstərir.
Müayinə zamanı yüngül assimetriya müşahidə olundu — bu, hələ skolioz deyil. Amma artıq “nəzarətdə saxla” siqnalıdır. Bu mərhələdə əsas məqsəd xəstəliyi gözləmək yox, qarşısını almaqdır.
Ayaq müayinəsində pes valqus və pes kavus əlamətləri aşkarlandı. Bu kimi hallarda düzgün yanaşma edilməzsə, gələcəkdə skolioz, kifoz və lordoz kimi problemlərə zəmin yarana bilər.
Bu səbəbdən:
– Ayaqda deformasiya varsa, onurğa müayinəsi gecikdirilməməlidir
– Erkən mərhələdə sadə tədbirlər (əzələlərin gücləndirilməsi, səbəbin aradan qaldırılması) kifayət edir
– Gecikdikdə isə daha ciddi problemlərlə qarşılaşmaq mümkündür
Unutmayın: erkən aşkarlanan problem daha asan həll olunur.
📩 Müayinə və fərdi müalicə proqramı üçün bizə yazın.
📞077 640 84 14
28/03/2026
Bu nəticə sadəcə vizual dəyişiklik deyil 👇
Lordoz (bel çökəkliyi) və önə çıxan qarın probleminin arxasında düzgün olmayan bədən biomekanikası dayanır.
2 ay ərzində əldə olunan nəticə:
✔️ bel çökəkliyinin azalması
✔️ önə çıxan qarının yığılması
✔️ daha düzgün və balanslı duruş
Necə?
✔️ supinator istifadəsi – ayaqdan başlayan düzgün dəstək bədənin ümumi balansını bərpa edir
✔️ xüsusi hazırlanmış idman proqramı – əzələlər düzgün şəkildə aktivləşdirilir və gücləndirilir
✔️ müntəzəm nəzarət və fərdi yanaşma
📍 Sağlam Addım Mərkəzi olaraq biz problemi gizlətmirik, səbəbini aradan qaldırırıq.
📞 +994 77 640 84 14
📍 Yasamal rayonu, Şərifzadə küç. 393 (2 saylı tibb kolleci ilə üzbəüz)
Uşaqların tez-tez etdiyi “qurbağa oturuşu” (ayaqların yana açıldığı W forması) çoxlarına normal görünür.
Amma bu vərdiş zamanla problemlərə səbəb ola bilər.
❗ Niyə vacibdir?
Bu oturuş:
– ayaqların və budların yanlış mövqeyinə öyrəşməsinə
– əzələ yaddaşının bu formada formalaşmasına
– gələcəkdə yeriş pozuntularına səbəb ola bilər
Uşaq bu vəziyyətə nə qədər çox alışsa, duranda və yeriyəndə də ayaqlar eyni istiqamətdə qalmağa başlayır.
✅ Nə etmək lazımdır?
✔ Qurbağa oturuşuna icazə verməyin
✔ Uşağı düzgün oturuşa yönləndirin
✔ Bardaş quraraq oturmağı vərdiş halına gətirin
📌 Gündəlik rutinə əlavə edin:
– oyun oynayanda
– televizora baxanda
– yemək yeyəndə
Əgər uşağınızda yeriş və ya duruşla bağlı şübhələriniz varsa, vaxt itirmədən mütəxəssisə müraciət edin.
📞077 640 84 14
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Yasamal Ray, Şərifzadə Küç 393. 2 Saylı Tibb Kolleci Ilə üzbəüz. Araz Marketin Yanı
Baku
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 10:00 - 17:00 |