Parfum City

Parfum City

Share

Premium parfumeriya və kosmetika butiki.

Photos from Parfum City's post 22/05/2026

LEN Fragrance Last Call to Ibiza - Gecə bitir, amma hisslər unudulmur. Azadlıq, yay gecələri və unudulmayan anların enerjisini daşıyan bir kompozisiyadır. Parlaq meyvə notları, günəşli çiçək akkordları və isti musk toxunuşu birlikdə canlı, cəlbedici və ehtiraslı bir aura yaradır. Bu ətir musiqini hiss edən, spontan qərarlar verən və həyatın ritmi ilə yaşayanlar üçündür. 🌴🍑

Photos from Parfum City's post 15/05/2026

Scentologia Syn.ergy. - Fərqli notların harmoniyasından doğulan müasir və cazibədar kompozisiyadır. Parlaq açılış akkordları, zərif çiçək toxunuşları və isti, dərin baza birlikdə güclü, amma balanslı bir aura yaradır. Bu ətir qarşılıqlı enerji, cazibə və görünməyən bağ hissini əks etdirir hiss olunan, amma izah edilməyən bir təsirdir. 🥭🌱

30/04/2026

Bond No.9 FiDi - şəhərin ritmidir. Şüşələrdə əks olunan işıqlar, gecə küçələri və sürətli addımlar. Açılışda enerji kimi təmiz və kəskindir. Şəhər oyanır, sən artıq oyundasan. Bu ətir sakitlik üçün deyil. Bu hərəkət, ambisiya və küçə ruhudur. Küçələrimizin atmosferini bu ətirlə hiss et.

Photos from Parfum City's post 22/04/2026

Carolina Herrera Good Girl - Bu, gecə, küçələrdə səslənən dabanların ritmidir. Əvvəl özünə inam, badam və qəhvə paxlaları diqqəti cəlb edir. Sən artıq bilirsən, bu gün diqqət mərkəzində sənsən. Sonra kontrast yer alır. Yasəmən yumşaq, lakin cəsarətli açılır. Good girl ruhunda bad girl xarakteri hiss olunur. Baza isə asılılıqdır, isti vanil, kakao və tonka paxlaları. Sürət, işıqlar, hərəkət və çiyin üzərindən bir baxışdır. Fərqli olmağın gücüdür. Çünki, bu ətir p*s olmaq üçün həddən artıq möhtəşəmdir. 🔥

Photos from Parfum City's post 20/04/2026

Alfred Ritchy Urban - Şəhərin enerjisidir. Şəhərin nəbzi, küçələrin azadlığı və sonsuz hərəkətin ritminə qoşul. Burada küçələr heç vaxt yatmır, sən də dayanma. Ətir müasir səyahətçilər üçün yaradılıb. Lakonik stil, hay-tek estetikasının soyuqluğu və hər döngədə hiss olunan dinamika. Hazırlaş və bu ritmə sən də qoşul.

Sənin şəhərin,sənin qaydaların, sənin ətrin. 📳

Photos from Parfum City's post 17/04/2026

1. Səhərini .az -dan güllərlə başla — günün tonunu özün müəyyən et.
2. Yeni obrazını .boutique -də kəşf et — stilini yenidən hiss et.
3. Nahar üçün -ya üz tut — dadın həzzini yaşa.
4. ⁠.az -da saçlarına yeni həyat ver — görünüşünü tamamla.
5. Və günü .az -da niş ətirlərlə bitir — öz imzanı seç.

〰️〰️〰️〰️〰️

1. Начни утро с цветов в .az — задай тон своему дню.
2. Открой новый образ в .boutique — почувствуй свой стиль заново.
3. Загляни на обед в — насладись вкусом момента.
4. Освежи прическу в .az — доведи образ до совершенства.
5. И заверши день в .az — выбери аромат как свою подпись.

10/04/2026

HFC Paris Dancing Queen - Bu ətirin hər istifadəsi səhnəyə çıxış kimi hiss olunur. Enerjisi, azadlığı və diqqət mərkəzində olma hissini yaşadan kompozisiyadır. Parlaq meyvə notları, zərif çiçək akordları və isti, cazibədar baza birlikdə hərəkətdə olan, canlı və unudulmaz bir aura yaradır. Bu ətir öz ritmi ilə yaşayan, parıldamaqdan çəkinməyən qadınlar üçündür. Hər anınınızı öz səhnə çıxışınıza çevirmək istəyirsinizsə, Dancing Queen bunun üçün əla seçimdir.💫

Photos from Parfum City's post 09/04/2026

Gucci Flora Gorgeous Orchid - Zəriflik bəzən ən güclü ifadə formasıdır. Günəşli əhval-ruhiyyəni və müasir qadın enerjisini əks etdirən parlaq kompozisiyadır. Vanilin yumşaq istiliyi, orxideya çiçəyinin zərifliyi və işıqlı çiçək notları birlikdə romantik, amma eyni zamanda müasir bir aura yaradır. Bu ətir azad ruhu, özünə güvəni ilə həyatın gözəl anlarından həzz almağı sevən qadınlar üçündür. 🌼

Photos from Parfum City's post 05/04/2026

Prada Paradoxe Intense - Qadınlığın əksi hər gün dəyişir, inkişaf edir və hər dəfə özünü yeni tərəfdən göstərir. Bu ətir məhz bu ideyanın davamıdır. Daha dərin, daha cəsarətli və daha ifadəlidir. Açılışda parlaq çiçək notları, ürəyində isti amber akkordu və yumşaq vanil toxunuşu ilə güclü, amma zərif bir iz yaradır. Bu ətir kontrastların harmoniyasıdır: incəlik və güc, klassika və müasirlik, sadəlik və cazibə.✨

Photos from Parfum City's post 30/03/2026

Paradis des Sens Xanadu - Adını qədim poeziyada təsvir edilən ideal cənnət məkanından, Xanadudan alır. Brend bu ətirlə insanı sakitlik, harmoniya və xəyalvari gözəllik hissinə aparmaq istəyir. Bu ətirlə Paradis des Sens bizə “Bəzən xoşbəxtlik uzaqda deyil sadəcə hiss etməyə icazə vermək lazımdır” deyir. Yumşaq meyvə və incə çiçək notları sizə cənnəti dərinizdə hiss etdirəcək. 🫐

26/03/2026

Burberry Goddess - özünəinamın və zərifliyin simvoludur. Vanilin üç fərqli notunun harmoniyası və lavandanın təravəti sizi hər addımda izləyəcək. Sən bir ilahəsən və bunu dünyaya göstərməyin vaxtıdır. Öz daxili gücünüzü yeni çalarlarda kəşf edin. ✨

Want your business to be the top-listed Beauty Salon in Baku?
Click here to claim your Sponsored Listing.

Website

Address


Nizami 111
Baku
AZ1010

Opening Hours

Monday 10:00 - 21:00
Tuesday 10:00 - 21:00
Wednesday 10:00 - 21:00
Thursday 10:00 - 21:00
Friday 10:00 - 21:00
Saturday 10:00 - 21:00
Sunday 10:00 - 21:00