Gazelli Group
GAZELLI GROUP - Azərbaycanın ilk təbii kosmetika istehsalçısı. GAZELLI GROUP -
Первый производитель натуральной косметики в Азербайджане.
17/01/2025
Dərin hüzn hissi ilə bildiririk ki, Gazelli Group-un təsisçisi və prezidenti, şirkətimizin ilham mənbəyi və qəlbi Zərifə Həmzəyeva dünyasını dəyişib. ⠀
Gazelli Group heyəti adından onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onun şirkətimizin inkişafı və uğuru üçün verdiyi töhfələri əvəzsizdir. İşinə olan sevgi və fədakarlığı həmişə hamımız üçün bir nümunə olacaq. Zərifə xanımın sonsuz müdrikliyi və həyata sevgisi qəlblərimizdə silinməz iz buraxıb.
Əminik ki, Zərifə xanımın qoyduğu dəyərlər və irs bizim yolumuzu hər zaman işıqlandıracaq və onun işığı bizi daim istiqamətləndirəcək.
Sevgi və hörmətlə anırıq!
__________________________
С глубокой скорбью сообщаем, что основатель и президент, душа и сердце компании Gazelli Group Зарифа Гамзаева ушла из жизни.
⠀
От лица всей команды Gazelli Group мы выражаем свои искренние соболезнования все семье и близким. Ее вклад в развитие и успех нашей компании невозможно переоценить. Ее безграничная мудрость и любовь к жизни оставили неизгладимый след в наших сердцах.
⠀
Мы глубоко верим, что ценности и наследие, заложенные Зарифой ханум останутся главным ориентиром на нашем пути, а ее свет будет всегда направлять нас.
С любовью и уважением будем всегда хранить память о ней.
06/01/2025
Bu gün “Gazelli Group” şirkətinin prezidenti, yaradıcısı Dr. Zərifə Həmzəyevanın Doğum Günüdür. Gazelli Group heyəti adından Zərifə xanımı səmimi-qəlbdən təbrik edir, sağlam və xoşbəxt ömür arzulayırıq.
31/12/2024
31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İliniz mübarək! 2025-ci il xalqımıza sevinc, xoşbəxtlik və bol uğur gətirsin!
26/12/2024
Gazelli Group şirkəti Aktau yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həyatını itirənlərə rəhmət, yaxınlarına başsağlığı diləyir.
Arzu edirik ki, xəsarət alan hər kəs ən qısa zamanda sağlamlığına qovuşsun.
04/07/2024
“Gazelli Group” şirkəti 24-26 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “5-ci Yerli şirkətlərin tanıtım sərgisində” iştirak edib.
150 – dən çox yerli şirkətin məhsul və xidmətlərinin sərgisində Gazelli Skincare, Gazelli Expert, Pilot 65 və digər brendlərlə təmsil olunan “Gazelli Group”un stendinə böyük maraq göstərilib. Stendimizin ziyarətçiləri artıq bir çox brendlərimizi sınadıqlarını və keyfiyyətlərindən razı qaldıqlarını bildiriblər.
16/06/2024
Gazelli Group şirkəti 15-16 iyun tarixlərində Qəbələdə keçirilən möhtəşəm “LAVANDA FESTİVALINDA” iştirak edib. Şirkətimiz Qəbələ sakinlərini və festivalda iştirak edən xarici vətəndaşları məhsullarımızla tanış edib. “Bütün zərflər gözəlliyə açılır..” aksiyası festivala bir ayrı maraq qatıb. Hər 30 azn civarında məhsul alışı zamanı müştəriyə Gazelli Group məhsullarından hədiyyələr təqdim olunub.
15/06/2024
Ölkəmizin taleyini dəyişən zəfər tarixi!
01/06/2024
Bu gün sizin gününüzdür!
Gazelli Group balaca soydaşlarımızı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edir.
24/04/2024
Gazelli Group əməkdaşı Yuriy Kompanets “Uğur Yolu” adlı tədbirdə “İlin Brend Meneceri” mükafatına layiq görüldu.
Həmkarımıza daha böyük uğurlar və nailiyyətlər arzulayırıq.
🇦🇿
22/04/2024
Gazelli tarixində daha bir uğurlu səhifə!
Bu gün Gazelli Group şirkətinin prezidenti və təsisçisi Dr. Zərifə Həmzəyeva Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatında fəal iştirakına və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafında xüsusi xidmətinə görə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xocalı rayon bölməsi Rəyasət heyətinin FƏXRİ FƏRMANI ilə təltif olunub.
18/04/2024
Bu gün Gazelli Group şirkətinin qonaqları Süleyman Rüstəmov adına Xarici Dillər Təmayüllü Gimnaziyasının şagirdləri oldu. Ekskursiya zamanı şagirdlər istehsalat prosesi və Elmi-Sınaq Departamentinin fəaliyyəti ilə tanış oldular. Gazelli Group-un laboratoriya əməkdaşları şagirdlərə bir sıra maraqlı eksperimentlər nümayiş etdirərək, analizlər haqqında məlumat verdilər. Sonda şagirdlərə şirkətimizin istehsal etdiyi məhsullardan hədiyyələr təqdim olundu.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
28 May Küç. 4/4
Baku
AZ1000
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |