Referans Wellbeing Center

Referans Wellbeing Center

Share

By Referans Medical Group

18/09/2026

18 sentyabr – Milli Musiqi Günüdür. 🎶

Azərbaycan musiqisi xalqımızın zəngin mədəni irsini, milli-mənəvi dəyərlərini və tarixini yaşadan mühüm sənət sahələrindən biridir. Əsrlər boyu formalaşan milli musiqimiz özünəməxsusluğu ilə Azərbaycan mədəniyyətində xüsusi yer tutur.

Bu zəngin irs milli musiqi mədəniyyətimizin ayrılmaz hissəsi olmaqla yanaşı, ölkəmizin mədəni həyatında özünəməxsus yerini qoruyur və yeni nəsillərə ötürülür.

Milli Musiqi Günü münasibətilə bütün musiqisevərləri təbrik edir, Azərbaycan musiqisinin daim yaşamasını və inkişaf etməsini arzulayırıq.

Photos from Referans Wellbeing Center's post 17/09/2026

Mədə turşuluğunun tənzimlənməsində qastrin hormonunun rolu nədir?

Mədə turşusunun ifrazı müxtəlif mexanizmlərlə tənzimlənir. Bu prosesdə qastrin hormonu mühüm rol oynayır və mədə turşusunun ifrazını stimullaşdırır.

Qastrin testi qanda qastrin hormonunun səviyyəsini müəyyən edir. Bu analiz mədə turşuluğunun artmasının səbəbini araşdırmaq üçün istifadə olunur.

Slaydları sürüşdürərək Qastrin testi haqqında ətraflı məlumat alın! ➡️

📍 Referans Klinik Laboratoriya Mərkəzi: Nərimanov ray., M. Məmmədzadə küç. 8A
📞 Çağrı Mərkəzi: *0033
📱 WhatsApp: +994 70 653 00 33

Photos from Referans Wellbeing Center's post 15/09/2026

Davamlı yorğunluğun səbəbini öyrənməyin vaxtıdır...

Gündəlik həyatın bir hissəsi kimi qəbul etdiyiniz bəzi dəyişikliklərin arxasında metabolik səbəblər dayana bilər.

Özünüzü əvvəlki kimi enerjili hiss etmirsinizsə, qidalanmadan sonra ağırlıq və yuxululuq yaranırsa və şirniyyata ehtiyacınız artıbsa, metabolik göstəricilərinizi dəyərləndirməyin zamanı ola bilər.

Referans Wellbeing Center-də endokrinoloq konsultasiyası ilə sağlamlıq göstəriciləriniz kompleks şəkildə dəyərləndirilir və ehtiyacınıza uyğun fərdi yanaşma müəyyənləşdirilir.

Səbəbi təxmin etməyin — mütəxəssislə birlikdə araşdırın.

📍 Referans Wellbeing Center
Hüceyrə səviyyəsində yanaşma...

📍 Nəsimi ray., M. Kaveroçkin küç. 13
📞 Əlaqə: +994 77 409 00 33
☎️ Çağrı Mərkəzi: *0033

15/09/2026

Hansı genetik test nə vaxt?

Genetik müayinələrdə doğru testin seçilməsi diaqnostik prosesin vacib mərhələsidir. Bəs hansı vəziyyətdə hansı genetik testə müraciət etmək lazımdır?

Boy qısalığı, təkrarlanan düşüklər, talassemiya daşıyıcılığı şübhəsi, Daun sindromu, autizm spektr pozuntusu və ailəvi xərçəng hallarında uyğun genetik müayinələri Tibbi Genetika uzmanı Dr. Arzu Quliyeva izah edir.

📍 Referans Klinik Laboratoriya Mərkəzi
Nərimanov ray., M. Məmmədzadə küç. 8A
📞 Çağrı Mərkəzi: *0033
📱 WhatsApp: +994 70 653 00 33

15/09/2026

15 sentyabr Limfoma ilə Mübarizə Günüdür.

Limfomanın əlamətlərini vaxtında tanımaq və həkimə müraciət etmək sağlamlığın qorunması baxımından vacibdir. Boyun, qoltuqaltı və ya qasıq nahiyəsində ağrısız limfa düyünlərinin böyüməsi, uzun müddət davam edən halsızlıq, səbəbsiz hərarət, gecə tərləmələri və çəki itkisi diqqətdən kənarda qalmamalıdır.

Bu əlamətlər hər zaman limfoma ilə əlaqəli olmaya bilər. Lakin belə şikayətlər uzun müddət davam edərsə, səbəbinin müəyyənləşdirilməsi üçün həkimə müraciət etmək və müayinədən keçmək vacibdir.

Bədəninizin müxtəlif nahiyələrində yaranan dəyişikliklərə diqqət yetirin, sağlamlığınızı təxirə salmayın və şübhəli əlamətlər zamanı vaxtında həkimə müraciət edin.

15/09/2026

📚 15 Sentyabr – Bilik Günü münasibətilə bütün şagirdlərimizi və valideynləri təbrik edir, yeni tədris ilində hər bir uşağa sağlam, uğurlu və bol nailiyyətlər arzulayırıq!

Yeni tədris ilinə sağlam başlamaq üçün nələrə diqqət etməliyik? 🩺

Bu videoda həkimlərimiz uşaqların məktəbə hazırlığı ilə bağlı vacib tövsiyələrini bölüşürlər. Ümumi sağlamlıq müayinəsindən qidalanma və yuxu rejiminə, peyvənd təqvimindən məktəb dövründə sağlamlığın qorunmasına qədər önəmli məqamları həkimlərimizin dilindən dinləyə bilərsiniz.

🎥 Videonu izləyin, həkimlərimizin tövsiyələrini dinləyin və yeni tədris ilinə sağlam başlayın!

Çünki sağlam tədris ili sağlam başlanğıcdan başlayır. 💙

15/09/2026

Hər böyük gələcək kiçik bir öyrənmək həvəsi ilə başlayır. ✨

Bilik uşaqların arzularına yol açır, gələcəklərinə işıq tutur. Sağlamlıq isə bu yolda onların ən dəyərli dayağıdır.

Referans Medical Group olaraq inanırıq ki, sağlam böyüyən, öyrənən və kəşf edən hər bir uşaq daha güclü gələcəyin başlanğıcıdır.

📚 15 Sentyabr – Bilik Günü münasibətilə bütün şagirdləri, müəllimləri və valideynləri təbrik edirik.

Yeni tədris ili sağlamlıq, uğur və yeni nailiyyətlərlə yadda qalsın! 💙

Photos from Referans Wellbeing Center's post 14/09/2026

Bronxial astmada yalnız simptomları deyil, iltihab prosesini də qiymətləndirmək vacibdir.

Eozinofil Kationik Protein (ECP) testi eozinofillərin aktivliyi və eozinofilik iltihab haqqında əlavə məlumat verə bilər.

ECP xüsusilə bronxial astmanın qiymətləndirilməsi ilə yanaşı, allergik rinit, atopik dermatit, eozinofilik qastroenterit, eozinofilik pnevmoniya və digər eozinofillə əlaqəli vəziyyətlərdə də əhəmiyyətli ola bilər.

📌 ECP testi haqqında daha ətraflı məlumat üçün karuseli nəzərdən keçirin.

📍 Referans Klinik Laboratoriya Mərkəzi: Nərimanov ray., M. Məmmədzadə küç. 8A
📞 Çağrı Mərkəzi: *0033
📱 WhatsApp: +994 70 653 00 33

Photos from Referans Wellbeing Center's post 11/09/2026

Yenidoğulmuşda keçməyən və ya ağır sarılıq diqqətdən kənarda qalmamalıdır.
G6PD çatışmazlığı zamanı bəzi dərmanlar, infeksiyalar və fava paxlası (Vicia faba) qırmızı qan hüceyrələrinin parçalanmasına — hemolizə səbəb ola bilər.
Bu isə anemiyaya və bilirubinin artmasına, yenidoğulmuşlarda çox yüksək bilirubin zamanı isə beyin zədələnməsinə səbəb ola bilər.
📌 G6PD çatışmazlığını əvvəlcədən bilmək risklərdən qorunmaq və müalicəni daha təhlükəsiz planlaşdırmaq üçün vacibdir.
📍 Referans Klinik Laboratoriya Mərkəzi: Nərimanov ray., M. Məmmədzadə küç. 8A
📞 Çağrı Mərkəzi: *0033
📱 WhatsApp: +994 70 653 00 33

09/09/2026

Yediyiniz qida sizdə narahatlıq yaradır? Bəs bunun səbəbi qida allergiyasıdır, yoxsa qida həssaslığı?

Bu iki vəziyyət eyni deyil və orqanizmdə fərqli reaksiyalarla özünü göstərə bilər.

Allergiya şübhəsi zamanı — ALEX³ və digər IgE əsaslı panellər
Qida həssaslığının qiymətləndirilməsində — FOX və IgG əsaslı panellər

Şikayətlərinizin səbəbini təxmin etmək əvəzinə, uyğun müayinədən başlayın.

📍 Referans Klinik Laboratoriya Mərkəzi: Nərimanov ray., M. Məmmədzadə küç. 8A
📞 *0033 | 📱 WhatsApp: +994 70 653 00 33

Want your business to be the top-listed Beauty Salon in Baku?
Click here to claim your Sponsored Listing.

Category

Address


Nəsimi Ray. , M. Kaveroçkin Küç. 13
Baku
AZ1000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00