Fetal Radiologiya
Ünvan: Fetal Mərkəz NS Genetics Klinika, Bakı. Real Tibb Mərkəzi, Sumqayit.
31/12/2025
🔴Çalışdığım klinikalarla və dostlarla bərabər keçirdiyim Yeni il bayramı. Bayramımız mübarək!
31/12/2025
🔴31 dekabr. Yenə iş başında yenidoğulmuş körpələrimizə neyrosonoqrafiya edirik. Onlar bayramın bitməsini gözləyə bilmirlər. Bu səbəbdən də biz burdayıq.
23/12/2025
🔴2026-cı il mənim üçün çox möhtəşəm bir hadisə ilə başlayacaq. 22-25 yanvarda Abu-Dhabi şəhərində keçiriləcək fetal beyin kongressində iştirak edəcəm. Bu kongressə göndərdiyim abstraktı şifahi təqdimat kimi qəbul ediblər. Onuda qeyd edim ki Beynəlxalq tədbirlərə göndərilən yüzlərlə abstraktların içindən yalnız 10-15 dənəsi oral prezentasiya üçün qəbul olunur. Təbii ki bu həm çox məhsuliyyətli həmdə qürurverici hadisədir. Çünkü mən orda tək özümü yox, həmdə ölkəmizi təmsil edəcəm. Dünyanın dörd bir tərəfindən gələn mütəxəssislərin qabağında çıxış edərək Doktor və genetik Rza Ağayevlə bərabər aşkarladığımız və indiyə qədər bu haqda məlumat olmayan yeni genetik mutasiyanı ingilis dilində danıacam. Bu Azər Dr başda olmaqla bütöv AFERG ailəsinin uğurudur. İnşallah davamlı olsun❗️
23/12/2025
🔴Medical Medianın studiyasında təsadüfən görüşdüyüm uzun illərdir kosmetoloqum və kolleqam olan Baş həkimi gözəl .gunay.
21/12/2025
🔴18.12.2025 il tarixində Qadın sağlamlığı fundamental və tətbiqi tədqiqatlar kursunun növbəti sessiyasında
“Fetal ge***al ambiquas ultrasonoqrafik diaqnostikası” mövzusunda dr. Azər Fərəcovun
“Yenidoğulmuşların ge***al ambiquas-ın cərrahi müalicəsi” mövzusunda Toğrul Ömərovun
“Neyrometobolik xəstəliklər postnatal dövrdə. Neyroradioloji yanaşmalar. Proqnoz” mövzusunda
Pərviz Səmədovun məruzələri gərçəkləşəcək.
Moderator: Fəridə Abbasova
18/12/2025
🔴Vaxilə ana bətnində izlədiyimiz Zeynəb bugün böyüyüb və şəkilləri ilə səhifəmizi bəzəyir. Gözəl balamıza atalı-analı, sağlıqlı və ruzi-bərəkətli həyat arzu edirik. Şəkillərə görə təşəkkürlər.
13/12/2025
🔴Təhsilə davam❗️OPUS kursundan bir daha yararlanmağa çalışdıq. Beyin vakalarına həsr olunmuş biri biri birindən maraqlı və təkrarsız quizləri cavablandırdıq. Davamlı olsun.
11/12/2025
06.11.2025-ci il tarixində keçirilər növbəti “Qadın sağlamlığı fundamental və tətbiqi tətqiqatlar” kursunda növbəti çıxışımı təqdim edirəm. Mövzum “Fetal beyin kistləri”dır.
30/11/2025
🔴Bir istirahət günü “Qadın sağlamlığı fundamental və tətbiqi tətqiqatlar kursu” nda lektor qismində iştirak edən kolleqalarla bərabər səhər yeməyində. Təşkilarçı “SAF” qrup, “Women’s Health Center Social group” və .qasimovaabbasova ya təşəkkürlər.
13/11/2025
🔴Dəyərli pasintimizdən geri döşüşlər çox olur. Amma bu xanım pozitiv enerjisi ilə hər zaman bizlərə müsbət aurayaradaraq, xoş təəssurat yaratmağa bacarmışdı. Hər iki övladının müayinəsini bizlərə həvalə etmişdi. Sağ salamat böyüsünlər Selcan və Turqut, ailəsinə, millətinə, xalqına dəyırli insan, övlad və vətəndaş olsunlar. 🌺❤️🙏🏻
🔴Ultrasəs müayinədində Daun sindromunu diaqnoz etmək mümkün deyil, amma onun əlamətlərini biz görə bilərik. Ən böyük əlamət - yəni hard markeri isə AV kanaldır. Bugün kinikamlzda 2 Daun sindromlu yenidoğulmuşa neyrosonoqrafiya müayinəsi icra etdim. Və hər ikisində AV kanal - birində komplete, digərində parsial növü vardı. Daunların 40-50% da bu tip ürək qüsuru olur. Deməli prenatal dövrdə Daunların aşkarlanması ürək qüsurlarının düzgün araşdırılmasından çox asılıdır. Beləliklə düzgün fetal ultrasonoqrafiya diaqnostik tezliyi kifayət qədər artırır.
08/11/2025
🔴Diafraqmal yırtıq o qədər də sıx rastlaşdığımız anomaliya deyil. Bu səbəbdən də proqnoz vermək çox çətindir.
Bizə 34 fəftədə müraciət edən pasiyent: döldə soltrəfli CDH aşkarlanmışdı. Biz müayinə edərkən cərrahın istəyi ilə proqnozlaşdırma məqsədilə həmdə xüsusi hesablamalar aparmalıyıq.
İlk fMRT-də bunu etdik. Aksial planda hər iki ağ ciyər kəsiklərinin sahəsini ( kompyuterdə xüsusi proqram təminatı vasitəsilə) ölçürük, alınan rəqəmləri toplayaraq slaysların qalınlığına, yəni 4 vururuq. Və ümumi həcmini hesablamış oluruq. Bizim əldə etdiyimiz rəqəm Total Lung Volume (TLV) =40sm3. Bu həftəyə görə həcm 75-80 sm3 olmalıdı.
O/E ( observed/expected) TLV hesablanması :
O/E (%) =(40:77.5) x100 ≈ 51.6%
34 həftədə N >60-70% sayılır
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Address
Baku