NutriPharm

NutriPharm

Share

Здоровье. Красота. Стиль. Образ жизни. Nutrition.

+99412 597 48 10
+99450 661 09 33 Nutripharm.

+99412 597 48 09
+99450 432 4143

14/10/2019

Sizi artıq çəki narahat edir? Çəkinizin ideal olub olmadığından əmin olmaq istəyirsiniz?Bəlkə özünüzdə halsızlıq , enerji azlığı, yorğunluq hiss edirsiniz və günlük rasionunuzda dəyişiklik etmək istəyirsiniz?

- un təşkil etdiyi 1-günlük aksiya məhz sizin üçündür! Yalnız 16 oktyabr - çərşəmbə günü siz mərkəzimizdə öz çəkinizin vəziyyətini "möcüzə-tərəzi" ilə öyrənə bilər, həkim-dietoloq tərəfindən konsultasiya ala bilər və individual olaraq 4-həftəlik qidalanma planı əldə edə bilərsiniz.

Konsultasiya dietoloq Gülşən RZAYEVA tərəfindən aparılacaqdır. Tərəzidə isə siz bir neçə dəqiqə ərzində bədəninizdə piy, su,əzələ kütləsini,metabolizmanızın sürətini və orqanizminizdə baş verən başqa vacib məlumatları əldə edəcəksiniz.

❗️Aksiya ödənişlidir - 20 AZN.

‼️İştirak aşağıdakı nömrələrdə qeydiyyat yolu ilə mümkündür.

☎️(+994 12) 597-48-10
☎️(+994 50) 661-09-33

✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️

Вас беспокоит пара лишних килограммов? Хотите удостовериться, что что вас вес идеально вам подходит? Может чувствуете некоторый упадок сил и энергии, и необходимо подкорректировать свой ежедневный рацион?

Тогда именно для вас ANDOP проводит уникальную акцию #ПроверьСебя. Только в среду, 16 октября, посетив наш центр, вы сможете проверить состояние своего организма на чудо-весах, получить компетентную консультацию от врача-диетолога, и получить индивидуально подготовленную меню-программу на четыре недели.

Консультацию проведет врач-диетолог, доктор Гюльшен РЗАЕВА. А с помощью чудо-весов, вы сможете в течении одной минуты получить полную информацию о процентном соотношении жировой и мышечной массы тела, скорости обмена веществ и иной важной информации о вашем организме.

❗️Участие платное – 20 AZN.

‼️ Участие в акции строго по предварительной записи.

Наши контакты:
☎️(+994 12) 597-48-10
☎️(+994 50) 661-09-33

#Акция #КонсультацияДиетолога #ЧудоВесы

Sizi artıq çəki narahat edir? Çəkinizin ideal olub olmadığından əmin olmaq istəyirsiniz?Bəlkə özünüzdə halsızlıq , enerji azlığı, yorğunluq hiss edirsiniz və günlük rasionunuzda dəyişiklik etmək istəyirsiniz?

- un təşkil etdiyi 1-günlük aksiya məhz sizin üçündür! Yalnız 16 oktyabr - çərşəmbə günü siz mərkəzimizdə öz çəkinizin vəziyyətini "möcüzə-tərəzi" ilə öyrənə bilər, həkim-dietoloq tərəfindən konsultasiya ala bilər və individual olaraq 4-həftəlik qidalanma planı əldə edə bilərsiniz.

Konsultasiya dietoloq Gülşən RZAYEVA tərəfindən aparılacaqdır. Tərəzidə isə siz bir neçə dəqiqə ərzində bədəninizdə piy, su,əzələ kütləsini,metabolizmanızın sürətini və orqanizminizdə baş verən başqa vacib məlumatları əldə edəcəksiniz.

❗️Aksiya ödənişlidir - 20 AZN.

‼️İştirak aşağıdakı nömrələrdə qeydiyyat yolu ilə mümkündür.

☎️(+994 12) 597-48-10
☎️(+994 50) 661-09-33

✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️

Вас беспокоит пара лишних килограммов? Хотите удостовериться, что ваш вес идеально вам подходит? Может чувствуете некоторый упадок сил и энергии, и необходимо подкорректировать свой ежедневный рацион?

Тогда именно для вас ANDOP проводит уникальную акцию #ПроверьСебя. Только в среду, 16 октября, посетив наш центр, вы сможете проверить состояние своего организма на чудо-весах, получить компетентную консультацию от врача-диетолога, и получить индивидуально подготовленную меню-программу на четыре недели.

Консультацию проведет врач-диетолог, доктор Гюльшен РЗАЕВА. А с помощью чудо-весов, вы сможете в течении одной минуты получить полную информацию о процентном соотношении жировой и мышечной массы тела, скорости обмена веществ и иной важной информации о вашем организме.

❗️Участие платное – 20 AZN.

‼️ Участие в акции строго по предварительной записи.

Наши контакты:
☎️(+994 12) 597-48-10
☎️(+994 50) 661-09-33

#Акция #КонсультацияДиетолога #ЧудоВесы

17/06/2019

Hörmətli həmkarlar!
Sizi 25 iyun Akademiyamızda keçiriləcək “Bariatrik Dietologiya” üzrə təlimə dəvət edirik.

Bariatrik cərrahiyyə günümüzdə piylənmənin müalicəsində ən effektiv metodlardan birincisidir. Bariatrik əməliyyatlardan sonrakı uzun müddətli müvəffəqiyyətli nəticə isə xəstənin ömür boyu riayət edəcəyi qida və həyat tərzi dəyişikliklərinə bağlıdır.Bu yolda pasientin onu xüsusi müşahidə edəcəyi Bariatrik Dietoloqa ehtiyacı vardır. Təlimdə sizi Bariatrik və metabolik cərrahiyyəyə müraciət etmiş pasientə multidisiplinar yanaşma, dietoloqun rolu, xəstənin izlənməsinin önəmi və əməliyyat önü və sonrakı dövrə dair bir çox mövzular geniş müzakirə olunacaq.

Təlimin aparıcısı: Həkim Dietoloq, Beynəlxalq SCOPE sertifikasiyalı
ƏSMƏR KƏRİMLİ

Təlimin keçirilmə tarixi: 25 iyun 2019, 10.00 - 15.00
Təlimin dili: Azərbaycan
Təlimin sonunda Sertifikat təqdim olunur.

Sizi maraqlandıran hər hansı bir əlavə sualınız üçün telefon vasitəsilə müraciət edə bilərsiniz:(+994 12) 597-48-10; (+994 50) 661-09-33 (whatsapp aktivdir)

20/01/2019

Sağlam qidalanma -eyni zamanda sağlam dəri deməkdir. Elə qidalarımız var ki,onların kifayət qədər tükədilməsi -dərimizin sağlamliğina ,daha təravətli ,daha cavan qalmasına səbəb olur.
Dərini gözəlləşdirən qida məhsulları :
Bolqar bibəri- tərkibindəki çoxlu miqdarda C vitamini dərini nəmləndirir və qırışların sayını azaldır.
Kök- tərkibindəki beta- karotinlər hüceyrələrin yenilənməsinə səbəb olur və dərinin zədələnməsinin qarşısını alır.
Avokado- tərkibindəki E vitamini dərini nəmləndirir və ultrabənövşəyi şüaların təsirindən qoruyur.
Soğan-tərkibindəki kvarsetin antioksidant təsirə malikdir,eyni zamanda ultrabənövşəyi şüaların yan təsirindən dərini qoruyur.
Somon balığı - omeqa-3 yağları və alfa-linolen turşusu dərinin quruluğunu azaldır , yumşaq və hamar edir,elastikliyini artırır...
Bu siyahını davam etdireceyik.
Sizə dərini gözəlləşdirən bu məhsullardan bir salat təqdim edirik:
3 portağal
3 yerkökü
2 avokado
1 deste rukkola
3 xq zeytun yaği
Duz,istiot
Hazırlanması :
2 portağalın qabığı ilə soyulub,dilimlere ayrilir,yerkökü nazik,uzunsov doğranir,avokado uzunsov dilimlere bölünür,rukkola doğranir,1 portağalin suyu+ zeytun yaği+duz+istiot qarışdırılır ,salata əlavə olunur.
Nuş olsun!

18/01/2019

Xəstəmiz gənc mühəndis ,boyu 170 sm,çəkisi 118kq -yüksək arterial təzyiq ,taxikardiya,yüksək insulindirənci ilə müraciət etmişdi,fiziki aktivliyi yox dərəcəsindədir. Heç bir dərman qəbul etmədən 4 həftəyə nəticəmiz -4 kq, bel dairəsi ölçülərində isə - 8 sm fərq alınıb .
Qanda insulinin miqdari 62,33 olduğuna görə, ona bu gündən dərman təyin etməli olduq.
Gənc mühəndisimizə bu yolda uğurlar! Bizi uzun, səbir tələb edən yol gözləyir ,çünki bu cür yüksək insulindirənci xəstənin 2-ci tip şəkərli diabetin astanasında olduğunu göstərir. Biz komandamızla ona bu yolda hər cür kömək göstərməyə hazırıq!

17/01/2019

Sağlam qidalanma haqqında söhbətimizi davam etdiririk.
Sağlam qidalanma haqqında nəzəriyyələr çoxdur və hər gün yeni fikirlər, yeni tədqiqatlar gündəmə gəlir.
Bəziləri ət məhsullarından tamamilə imtina etməyi- vegetarianliği təbliğ edir, bəziləri qidanı çiy şəkildə yeməyin bütün xəstəliklərin qarşısını alan bir vasitə kimi,bəziləri qidaların bir-biri ilə uyğunsuzluğu nəzəriyyəsini tətbiq edir.
Əslində qidalanmada hər bir məhdudiyyət hamı üçün xeyirli və uyğun olmaya bilər.
Insan orqanizmi mürəkkəb bir sistemdir və onun normal funksiyasi üçün ona həm heyvani, həm də bitki mənşəli qidalar vacibdir.Heyvani məhsullarda olan lazimi maddələrin orqanizmə kifayət qədər daxil olmaması sağlamlığa çox ciddi ziyan verə bilər.
Düzgün qidalanma dedikde, kalori məhdudluğu,sərt dietalar nəzərdə tutulmur.Düzgün qidalanma orqanizmin normal fəaliyyəti üçün vacib qida maddələrinin; ət məhsullarınən, taxılların, paxlalıların, tərəvəzlərin, meyvələrin, yağların kifayət qədər mənimsənilməsidir.
Düzgün qidalanma- düzgün rasion,düzgün rejim,düzgün həyat tərzi, fiziki aktivlik... deməkdir. Əgər bütün bunlara riayət edirlərsə ,artıq çəki ,immunitetin zəifləməsi , saçların tökülməsi, dərinin vaxtından əvvəl qocalması , müxtəlif xəstəliklərin yaranması kimi problemlər yaşanmaz.
Düzgün qidalanma prinsipləri hansılardır?

15/01/2019

Bu gün sizə liflər haqqında məlumat və 1 günlük nümunəvi menyu verəcəyik.
Liflər qidamızın çox hissəsini təşkil etməlidir. Liflər əsasən bitki mənşəli olur. Karbohidratın polimeridir.Bir neçə növləri var:
-Pektin,kamedi ,bitki tarı .
-Selluloza ,liqnin
-Kraxmal
İki cürə olur
1)Həll olunan lif.Suda jele halına çevrilir . Şəkərin , xolesterinin səviyyəsini aşağı salır. Əsas almada, yulafda, kökdə, noxudda olur.
2)Həll olunmayan lif .Həzm sisteminin peristaltikasına kömək edir .Əsas tərəvəzlər ,kəpəkdə olur.

Lif bizə nə üçün lazımdır?
-Patogen mikrofloranı məhv edir, əvəzinə sağlam mikroflora yaratmağa kömək edir.
-Ödü bağırsağın divarınnan "sovurur" ,yağ qalıqları, toksinlər ilə birgə orqanizmnən xaric edir.
-Bağırsağın peristaltikasına kömək edir . Rasionda lifin az olmağı qəbizliyin səbəblərindən biridir .
-Qanda şəkərin səviyyəsinə təsir .Şəkər glukozaya gec çevrilir .
Arıqlamaq üçün böyük rolu var. Lif mədədə içdiyimiz su ilə birləşərək şişir və nəticədə doyumluq hissi yaranır . Əsasən meyvədən aldığımız lif qarın ətrafındakı piyləri əritməyə kömək edir. Sutka ərzində 25-30qram lif lazımdır.
1 günlük menyu :
Səhər
Kükü .1 alma .1 dilim çovdar çörəyi
Ara yeməyi
Kefir 1 st.Kəpək 1 x.q
Nahar
Balıq kotleti. İzqara tərəvəzlər(kabaçki ,kök, bibər) .Mərci supu.Salat -kahı ,pomidor,xiyar .
Ara yeməyi Armud duxovkada
Şam yeməyi
Salat -3 rəngli bibərlər,holland pendiri ,gavalı qurusu,qoz,izgarada bişmiş toyuq filesi ,zeytun yağı .

Photos from NutriPharm's post 14/01/2019

Dünən xəstəmiz N.xanımın ad günü idi. Bütün komandamız adından onu səmimi qəlbdən təbrik etdik. N.xanım çox məsuliyyətli xəstəmizdir, çəkisi çox getdiyinə baxmayaraq ruhdan düşmür, əzmlə dietaya davam edir. N.xanım ürək qan-damar sistemi ilə əlaqədar problemləri var, həkimlərimizin təyin etdiyi müalicə ilə artıq vəziyyəti stabildir. Fiziki aktivliyini artırıb, hər gün gün yürüyüşə çıxmağa söz verib. Ona bu işində uğurlar arzu edirik!

Want your business to be the top-listed Beauty Salon in Baku?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Səməd Vurğun 43 (World Business Center) 20 Mərtəbə
Baku

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00