IDPM

IDPM

Share

İNNOVATİV DAMAR VƏ PODİATRİYA MƏRKƏZİ

21/08/2025

Varikoz damar xəstəliyi tez-tez dəri quruluğu da yaradır . Tək müalicə ilə 2 fərqli xəstəliyin yaxşılaşmasını izləyə bilirik

16/08/2025

16/08/2025

Mərkəzimizin fleboloq-cərrahı İsmayıl Əsgərov tərəfindən EVLA əməliyyatı

16/08/2025

Endovenoz lazer ablasiya əməliyyatı, İDPM-in fleboloq-cərrahı İsmayıl Əsgərov tərəfindən

16/08/2025

Ayağın anjio müayinəsi sonrası xəstənin qızdırması 39-40 dərəcəyə kimi qalxır. Hesab edilir ki, ayaqdakı yara qanqrena ilə fəsadlaşıb. Ancaq elə deyildi. Yara - qaralma səthi idi. Bəs təsadüfdən baş verən bu qızdırmanın səbəbi nə idi

14/08/2025
08/08/2025

3 il öncə müraciət etmişdi. İllərdi ayağın altında davam edən yara , 2 və 3-cü barmaqların sümüklərini bərpası mümkün olmayacaq qədər geniș formada çürütmüşdü - osteodestruksiya . İrin toplusu - abses əmələ gəlmişdi . Əgər o zaman məcburi əməliyyat etməsə idik , bütün ayaq , bəlkə də xəstənin həyatı itiriləcəkdi . İndi isə tam sağalma baş verib . Rahatlıqla o ayaq üzərində gəzir . Təəssüf ki , hələ də pəhrizsiz , kontrolsuz şəkərli diabet davam edir . Şans həmişə belə gətirmir .

05/08/2025

Qarpızdan zəhərlənmə bir neçə əsas səbəbdən baş verə bilər. Bunlar aşağıdakılardır:
✅ 1. Nitrat zəhərlənməsi
Ən çox rast gəlinən səbəblərdən biridir.
• Qarpızın böyüməsini sürətləndirmək üçün torpağa və ya suya normadan artıq nitrat gübrələri verilə bilər.
• Nitratlar orqanizmdə nitritlərə çevrilərək qan zəhərlənməsinə (methemoglobinemiyaya) səbəb ola bilər.
• Xüsusilə uşaqlar və yaşlılar bu cəhətdən daha risk altındadır.
Əlamətlər:
• Başgicəllənmə
• Ürəkbulanma, qusma
• Halsızlıq
• Bəzi hallarda göyərmə (hipoksiya)
✅ 2. Mikroblarla çirklənmə
Qarpızın kəsilməsi zamanı çirklənməsi və ya p*s şəraitdə saxlanması:
• Əl və ya bıçaq vasitəsilə bakteriyalar (məsələn, Salmonella, E. coli) qabıqdan iç hissəyə keçə bilər.
• Soyudulmadan uzun müddət saxlanan kəsilmiş qarpızda mikroblar sürətlə çoxalır.
Əlamətlər:
• Qarın ağrısı
• İshal
• Qusma
• Bədən temperaturunun yüksəlməsi
✅ 3. Kimyəvi maddələrlə təmas
• Qarpızların parlaq görünməsi üçün bəzi hallarda kimyəvi maddələrlə silinməsi mümkündür.
• Bu maddələr yeyildikdə qida zəhərlənməsi verə bilər.
✅ 4. Çürük və ya bayat qarpız
• Qarpızın içində görünməyən çürümə prosesi başlaya bilər (xüsusilə ortası yumşaqsa).
• Bu zaman mikotoksinlər (göbələk zəhərləri) və digər zərərli maddələr orqanizmdə mənfi təsir yarada bilər.
🟠 Zəhərlənmədən qorunmaq üçün:
• Qarpızı etibarlı yerdən alın.
• Qabığını yaxşı yuyun, kəsməzdən əvvəl.
• Kəsilmiş qarpızı soyuducuda saxlayın və 24 saatdan artıq saxlamayın.
• İçi çox parlaq qırmızı və çox yumşaqsa, şübhəli ola bilər.
• Əgər şirin dad yerinə acımtıl dad varsa, istifadə etməyin.
Əgər zəhərlənmə baş veribsə və ciddi əlamətlər varsa, mütləq təcili tibbi yardıma müraciət edin

05/08/2025

Hazırda varikoz damarları yox edən məlhəm yoxdur. Əczaxanalarda və ya internetdə satılan məlhəmlər varikozu müalicə etmir, sadecə:
Ağrını, şişkinliyi,
Ağırlıq hissini,
Qaşınmanı azalda bilər.
Başqa sözlə, simptomatik rahatlıq verir.

Want your business to be the top-listed Beauty Salon in Baku?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Ataturk Prospekti, 140
Baku

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00