Qrizzly
Turizm avadanlığı və aktiv istirahət malları internet mağazası. August 11, 2017 Bakı şəhərində çatdırılma bir gün ərzində pulsuz həyata keçirilir. WWW.QRIZZLY.COM
QRIZZLY turizm avadanlığı inernet mağazasında siz, turist çantaları, hər mövsümə və hava şəraitinə uyğun yataq kisələri, çadırlar, tentlər, əşyalarınız üçün sukeçirməyən torbalar, eləcə də müxtəlif turist döşəkləri, turist ayaqqabıları, fənərlər, qaz və maye yanacaq üçün ocaqlar, bir sğzlə turizm və aktiv istirahət üçün lazım olan hər şeyi tapa bilərsiniz.
22/11/2021
Nazik balaklava
Balaklava başınızı günəş, toz, soyuq və külək kimi amillərdən qoruyur. Neylon material əla nəfəs alma qabiliyyətinə malikdir, asanlıqla yuyulur və çox tez quruyur.
Velosiped, motosiklet, xizək, snoubord həvəskarlarından tutmuş hərbi-taktiki tədbirlərə qədər müxtəlif sahələrdə istifadə edilə bilər. Universal ölçüyə malik balaklava elastikliyinə görə istənilən ölçüdə uzanır, çıxarıdlıqdan sonra orijinal formasına qayıdır. Yastı tikişlər narahatlıq yaratmır və sürtmür.
Daha ətraflı www.qrizzly.com saytımızda
10/09/2021
Trekkinq ayaqqabılarına qulluq
Trekkinq ayaqqabıları sərt şəraitdə istifadə üçün yaradılıb və palçıq, qum, toz və nəmə davamlıdır. Ancaq bu o demək deyil ki, istifadədən sonra onları sadəcə rəfə qoymaq kifayətdir.
Ayaqqabıların təmizlənməsi və onlara lazımi qulluq ayaqqabıların ömrünü xeyli uzadacaq.
Marşrutdan dərhal sonra
Ayaqqabılarınız palçıqla örtülübsə, ən yaxşısı onları dərhal təmizləməkdir. Palçığın qurumasını gözləməyin, çünki onu sonradan yumaq daha çətin olacaq.
Marşrutun sonunda su hövzəsi varsa, dayaz bir yerdə bir az addımlamaqla palçığın əsas hissəsini yuya bilərsiniz.
Yaxınlıqda su yoxdursa, çəkmələrinizi çıxarıb bir-birinə vurmaqla palçığın bir hissəsini çırpmaq mümkündür.
(ardı var)
https://t.me/qrizzlybaku/138
06/09/2021
Kompas olmadan səmtləri müəyyən edə bilirsiniz?
20/05/2021
Dostlar,
Üç ay əvvəl turizm, aktiv istirahət və həyatda qalma mövzularının həvəskarları üçün Telegram kanalımızı başladıq. Ümid edirik ki, mövzular sizin üçün maraqlıdır və kanalın işindən razısınız. Sizin üçün müxtəlif maraqlı mövzular hazırlamışıq və məmnuniyyətlə paylaşmağa davam edəcəyik.
Sizdən istədiyimiz tək şey daha çox aktiv olmaq, turizm və aktiv istirahət mövzuları ilə maraqlanan dostlarınızı, tanışlarınızı, qohumlarınızı kanala dəvət etməkdir.
QRİZZLY kanalına abunə olmaq üçün: https://t.me/qrizzlybaku
Kanalın linkini dostlarınızla da paylaşa bilərsiniz:: https://t.me/joinchat/VchgCQ8LudezC2Sq
20/03/2021
Hamınızı Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayırıq!
Bizi telegramda izləyin t.me/qrizzlybaku
________________________________________
Искренне поздравляем всех с праздником Новруз и желаем каждому из вас весеннего настроения, крепкого здоровья и счастья!
Читайте нас в телеграмм t.me/qrizzlybaku
26/02/2021
📣 Telegram kanalımıza hələ qoşulmamısınız?
QR kodu skan etməklə və ya https://t.me/qrizzlybaku linki vasitəsilə kanalımıza keçib abunə ola bilərsiniz.
Telegram kanalımızı bərpa etdik. Sizi Telegram kanalımıza qoşulmağa dəvət edirik https://t.me/qrizzlybaku
24/02/2021
Axır ki Bakıya da qar yağdı. Yollarda ehtiyatlı olun!
11/02/2021
Telegram kanalımızı bərpa etdik. Sizi Telegram kanalımıza qoşulmağa dəvət edirik https://t.me/qrizzlybaku
11/01/2021
Bura Qrindelvalddır, İsveçrə. İndi təsəvvür edin ki, bizim Azərbaycanda belə bir yer yaratmaq üçün real fürsətimiz var, daha dəqiq desək Kəlbəcərdə!
Nə düşünürünüz, sizcə mümkündür?
01/06/2020
Artıq məhsullarımız haqqında saytımızda rəyləriinz yazmaq mümkündür. Bunun üçün WWW.QRIZZLY.COM saytına keçib, məhsul səhifəsində fikir və rəyləriniz digər alıcılar ilə bölüşə bilərsiniz.
05/04/2020
Çətin vaxtlarda belə müştərilərimizlə daim təmasda olmağa çalışırıq və bunun üçün bütün mümkün əlaqə vasitələrindən istifadə edirik.
Daha rahat ünsiyyət üçün yeni Telegram qrupumuzu açdıq. Burada sizi satışda olan məhsullar ilə tanış edəcək, avadanlıq seçiminizi asanlaşdırmaq üçün rəy və məqalələr paylaşacaq, müzakirələr edəcəyik.
Abunə olun, paylaşın, dostlarınızı dəvət edin! Sizi online mağazamızda, facebook və instagram səhifəmizdə və yeni telegram qrupumuzda hər zaman görməyə şadıq. Qrupa buradan daxil ola bilərsiniz -->>
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Baku
AZ1000
Opening Hours
| Monday | 10:00 - 19:00 |
| Tuesday | 10:00 - 19:00 |
| Wednesday | 10:00 - 19:00 |
| Thursday | 10:00 - 19:00 |
| Friday | 10:00 - 19:00 |
| Saturday | 10:00 - 16:00 |