Yaşıl Formul
100% təbii bitkilərdən hazırlanmış məhsullarla sağlam həyatı qarşıla!
11/09/2026
Aybaşı zamanı ağrı olur — bəli, bu mümkündür.
Amma ağrı həyatınızı dayandıracaq qədər güclüdürsə, hər ay ağrıkəsici və ya iynəyə ehtiyac yaranırsa, bunu “normaldır” deyib keçmək olmaz. 🩸
Aybaşı pozulmasının və güclü ağrıların müxtəlif səbəbləri ola bilər: hormonal dəyişikliklər, dəmir çatışmazlığı, qalxanabənzər vəz problemləri, PCOS, endometrioz və s.
💡 Ən vacibi isə ağrını hər dəfə sadəcə susdurmaq yox, səbəbini araşdırmaqdır.
Gənc xanımların hər ay ağrıya dözməsi məcburi deyil. ❤️
📌 Bu paylaşımı bir gənc xanımla paylaşın. Bəlkə də onun yaşadığı problem “sadəcə aybaşı ağrısı” deyil.
08/09/2026
NOVOMİN — orqanizmin antioksidant müdafiəsinə dəstək 🌿
Gündəlik həyat, stress, ətraf mühit və müxtəlif amillər orqanizmdə oksidləşdirici stressi artıra bilər.
Novominin əsasını A, C və E vitaminləri təşkil edir. Bu vitaminlər antioksidant müdafiədə iştirak edir və hüceyrələrin oksidləşdirici təsirlərdən qorunmasına kömək edir.
✨ 1 kapsulda:
• C vitamini — 180 mq
• E vitamini — 40 mq
• A vitamini — 1,52 mq
Novomin dərman deyil, qida əlavəsidir.
05/09/2026
Uşağınızda bu əlamətlərdən biri varsa, dərhal vitamin almağa tələsməyin. 🌿
Yorğunluq, diqqət dağınıqlığı, iştahasızlıq, tez-tez xəstələnmək və yuxu problemlərinin arxasında müxtəlif səbəblər dayana bilər.
Ən doğru yol:
🔎 səbəbi araşdırmaq
🩸 lazım olduqda analiz etdirmək
🌱 ehtiyaca uyğun dəstək seçməkdir.
Çünki hər uşağın ehtiyacı fərqlidir. ❤️
Vitamin seçərkən əlamətə yox, ehtiyaca əsaslanın.
30/08/2026
Bəzən düşünürük ki, “vitamin içirəmsə, deməli hər şey qaydasındadır”… 🤔
Amma hansı vitamin, hansı formada və həqiqətən ona ehtiyacımız olub-olmaması çox önəmlidir.
Bədəninizə nə verdiyinizi bilmədən sadəcə vitamin qəbul etmək həmişə doğru yanaşma deyil. 🌿
Sizdə də olubmu: vitamin qəbul etmisiniz, amma gözlədiyiniz nəticəni görməmisiniz? 👇
Mövzunun davamını istəyirsinizsə, “+” yazın. 🤍
27/08/2026
Bu yola başlayanda, bu qədər gözəl insanlar qazanacağımı təsəvvür etmirdim. 🌿
Sağlamlığıma daha çox diqqət, gözəl dostluqlar, güvəndiyim insanlar, dəstək olan rəhbərlər, özümə inam, inkişaf və əlavə gəlir… 🤍
Bu gün Siberian Wellness-in 30 illiyini qeyd edərkən, mən də öz 2 illik hekayəmə baxıram və deyirəm:
Yaxşı ki, başlamışam. 💚
Bəzən bir qərar həyatımıza düşündüyümüzdən daha çox şey gətirir.
23/08/2026
Üzünüzdə qırışdan daha çox dəyişiklik hiss edirsiniz?
Yeni gələn 4 anti-age məhsul fərqli ehtiyaclara yönəlib:
✨ Multipeptid zərdab — qırış, elastiklik və nəmlik
✨ Anti-qravitasiya kremi — sıxlıq, möhkəmlik və üz ovalı
✨ V-Shape krem — şişkinlik, ikinci çənə və üz konturu
✨ Göz ətrafı krem-korrektor — tünd dairə, torba və göz ətrafı qırışları
Sənə hansı daha çox lazımdır?
20/08/2026
Fast-foodu tamamilə həyatımızdan çıxarmaq şərt deyil. Problem onun arada bir seçim olmaqdan çıxıb gündəlik qidalanmaya çevrilməsidir.
Çünki bədən yalnız kalori deyil, zülal, lif, vitamin, mineral və keyfiyyətli yağlara da ehtiyac duyur. 🌿
Bəzən “niyə tez acıram?”, “niyə enerjim düşür?”, “niyə daim şirin istəyirəm?” suallarının cavabı qidalanma vərdişlərimizdə ola bilər.
❤️ Özünü günahlandırma.
Sadəcə daha yaxşı seçimləri çoxalt.
Sən fast-foodu həftədə neçə dəfə yeyirsən? 👇
16/08/2026
Bəzən özümüzü sadəcə yorğun, stressli və ya “iradəsiz” hesab edirik… amma bədənimiz başqa siqnal verir. 🧠
😴 Yuxusuzluq
🔋 Daimi yorğunluq
🍫 Şirniyyat istəyi
📈 Çəki artımı
Stress və yuxu pozuntuları kortizolun təbii ritminə təsir edə bilər. Əsas məsələ kortizolu “sıfırlamaq” yox, onun sağlam ritmini qorumaqdır. 🌿
Siz kortizolunuzu heç yoxlatmısınız?
13/08/2026
Beyin sağlamlığı yalnız beyindən başlamır.
Nə yediyimiz, bağırsaq mikrobiotamız və ümumi qidalanmamız beyin sağlamlığı ilə əlaqəli ola bilər. Buna bağırsaq–beyin oxu deyilir. 🦠↔️🧠
Neyroqidalnma da məhz bu əlaqəyə və beynin ehtiyaclarına daha çox diqqət yetirir. 🌿
💬 Sizcə, beyninizi kifayət qədər yaxşı qidalandırırsınız?
Fikrinizi şərhdə yazın 👇
10/08/2026
🩸 Ferritin sadəcə bir rəqəm deyil — bədənin dəmir ehtiyatı haqqında vacib məlumat verir.
Yorğunluq, saç tökülməsi, halsızlıq və üşümə kimi şikayətləriniz varsa, səbəblərdən biri dəmir çatışmazlığı ola bilər.
Amma təkcə ferritin nəticəsinə baxaraq diaqnoz qoymaq olmaz. Səbəbi müəyyən etmək üçün digər analizlər və ümumi vəziyyət də nəzərə alınmalıdır.
💚 Özünüzü necə hiss etdiyinizi deyil, bədəninizin nə dediyini də dinləyin.
Sizdə ferritin neçədir?
Category
Website
Address
Baku