AZMAR

AZMAR

Share

AZMAR - Təbiətdən gələn keyfiyyət! AZMAR tərəfindən istehsal olunan məhsullar müxtəlif parametrlər - həcm, rəng homogenliyi, dolğu və s.

Təbii daş emalı və istehsalı sektorunda artıq bir yerli marka olan AZMAR şirkəti 2005-ci ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayıb. Müştəri məmnuniyyəti, insana və ətraf mühitə hörmət prinsiplərini daim öndə tutan şirkət hazırda fəaliyyət göstərdiyi sektorun qabaqcıl təşkilatlarından biridir. Təbiətin bizlərə mirası olan təbii daş modern texnologiyalarla yüksək keyfiyyətdə istehsal edildikdən sonra insanların istifadəsinə verilir. kimi məsələlər üzrə dəfələrlə nəzarətdən keçirildikdən sonra istehlakçıya təqdim olunur. AZMAR Mərmər, Traverten və Siyanit ocaqlarının sahibi, həm də istehsalçısı olaraq dünyanın bir çox nöqtələrinə Azərbaycan Mərmərini, Azərbaycan Traverten və Azərbaycan Siyanitini ixrac etməkdədir. Naxçıvan Muxtar Respublikasının Qarabağlar Olive, Qarabağlar Traverten, Çalxanqala Bej, Yuxarı Buzqov Nero və Siyanit ocağı ərazilərindəki zəngin yataqlardan çıxarılan traverten, mərmər və siyanit blokları emal üçün zavodlara, komplekslərə gətirilir. Komplekslərdə İtaliya istehsalı olan “Barsanti”, Türkiyə istehsalı olan “SESEMAK”,“TOKSEL”, “DEMMAK” və s. markalı avadanlıqların köməyilə “Noce Cross Cut”, “Noce Vein Cut”, “Light Cross Cut”, “Light Vein Cut”, “Classik Cross Cut” “Classik vein cut”, travertinlər, “Baige”, “Olive Maron”, “Nero” mərmər və Siyanit daşlarından müxtəlif ölçü və çeşidlərdə plitələr və mozaiklər istehsal edilir. Böyük və kiçik ölçülü traverten plitələrdən əsasən binaların fasadının və həyətyanı sahələrinin bəzədilməsində, mozaik travertenlərdən isə müxtəlif naxışlı bəzək üzlüklərin vurulmasında istifadə olunur.
Əsas hədəfimiz – istehsal etdiyimiz məhsulların keyfiyyət standartını davamlı olaraq yüksəltməklə yanaşı, xərcləri aşağı salmaqdır. Yalnız keyfiyyətli məhsul istehsalına və yüksək səviyyəli xidmətə üstünlük verən AZMAR milli müstəvidə fəaliyyətinə davam etməkdədir. Şirkət üçün əsas prioritet xaricdən asılılığı azaldaraq yerli qaynaqları hərəkətə keçirməkdir. AZMAR-ın fəaliyyətində müştəri məmnuniyyəti ana xətt hesab olunur. Buna nail olmaq üçün dəyişən müştəri tələblərini doğru təsbit etmək, uyğun qiymət vermək, məhsulu qüsursuz və tam zamanında çatdırmaq mütləq şərtdir. Vizyonumuz
AZMAR-ın vizionu keyfiyyətli məhsul təqdim etməklə həm müştərilərin, həm təchizatçıların, həm də əməkdaşların rifah halını yüksəltməkdən ibarətdir. Missiyamız
AZMAR-ın missiyası - təbii daş istehsalı sektorunda dünya miqyaslı aparıcı şirkətlərdən biri olmaqdır. Bu missiyanı qürurla yerinə yetirmək üçün əsas məqsədimiz müştərilərin gözləntilərini doğrultmaq, onlara ən keyfiyyətli məhsulu, səviyyəli xidməti vaxtında və ən əsası Azərbaycan markası ilə təqdim etməkdir.

12/11/2021
03/11/2021

☎T.: (012) 565 5554 Mob.: (055) 505 0049
www.azmar.az

12/10/2021

Azmar - Xəyalları gerçəkləşdirir.
☎T.: (012) 565 5554 Mob.: (055) 505 0049
www.azmar.az

20/08/2021

☎T.: (012) 565 5554 Mob.: (055) 505 0049
www.azmar.az

Photos from AZMAR's post 22/07/2021

Travertinin sehrini hiss et!
☎T.: (012) 565 5554 Mob.: (055) 505 0049
www.azmar.az

26/06/2021

26 Iyun Azərbaycan Respublikası Silahlı qüvvələr günüdür. Şanlı ordumuzla qürür duyuruq. Yaşasın Azərbaycan ordusu!

Want your business to be the top-listed Nail Salon in Baku?
Click here to claim your Sponsored Listing.

Address


Babək Pr-ti, Əlişir Nəvai Küçəsi 17
Baku
AZ1031

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00