Mətanət Telman

Mətanət Telman

Share

Şəxsi vloq

31/03/2026

🧑‍💻Pro SMM olmaq istəyirsiniz? Artıq bu o qədər də çətin deyil🙋‍♀️

👩‍💻Gənclərlə işləmək, 25 illik televiziya təcrübəmi, təcrübə toplayarkən etdiyim yanlışları və doğruları onlarla paylaşmaq hər zaman əsas qayəm olub. 11 illik televiziya təlimçisi missiyamda da düşünürəm ki, bunun öhdəsindən layiqincə gəlmişəm. Və bu gün bir çox tələbələrim TV-lərdə aparıcı, müxbir, redaktor, produsser kimi çalışırlar. Onlarla əlbətdə ki, qürur duyuram.
💃Və xoş xəbər!
Yenidən məni bu sevdiyim təlimçi peşəmdə görəcəksiniz. Bu dəfə öyrənmək istəyənlərlə 8 illik yutub və SMM təcrübəmi paylaşacam. Həmçinin kontent yaratmaq, diksiya, səsləndirmə və canlı yayım aparıcılığını da öyrədəcəm. 3 aylıq bir kursda 10 bacarığı birdən öyrənəcəksiniz. Yəni adi, sadəcə post paylaşan SMM yox, hər şeyi bilən, universal, Pro SMM olmağı öyrənəcəksiniz. Tədris olunacaq biliklərlə siz böyük bir SMM komandasını idarə edə, həmçinin bu sahədə öz işinizi qura bilərsiniz.
Tezliklə qeydiyyat başlayır. Təlimə qoşulmaq istəyənlər, şəxsimə əlaqə nömrəsi yazsınlar, menecerimiz əlaqə saxlayıb ətraflı məlumat verəcək. Bizə də, sizə də uğurlar!

04/03/2026

Samir dayı gərək stendapçı olaydı☺️ Şəfiqə xanım sabahdan şeir əzbərləyin😁🤭

Əslində Xoşqədəm xanımın "Səni axtarıram" layihəsi çox gözəl layihədir. Rusiyanın da o üslubda "Жди меня" layihəsi vardı. Ancaq bu layihəni şouya, bazara, qurulmuş ssenarilər üzərində oynanılan səhnəyə çevirdilər. Xoşqədəm elə itənləri axtarsa çox gözəl veriliş olacaqdı. Camaatın ürəyini partlatmadan, "ağla, ürəyin getsin, sonra oğlunu göstərirəm" demədən, camaata iynə vurub iflic etmədən sadəcə layihənin adına, məqsədinə uyğun veriliş etmək lazım idi.🤷‍♀️

28/02/2026

Söyüş, təhqir, qışqırıq -Azərbaycanda qəbul olunmuş yeni ünsiyyət metodu.

Tik-tokun alqoritminin çox zaman qışqırığa, qalmaqala, həyasızlığa işlədiyini bilirdik, ancaq dövlət qurumlarının da alqoritminin tik-tokla eyni olduğunu bilmirdik.
Uzun illərdir içi mən qarışıq peşəkar televiziya işçiləri tvlərdə qeyripeşəkarlığın çiçəklənməsinin əziyyətini çəkmişik, şikayətlənmişik. Xüsusən də uzun illərdir Kamran Hesenli Vüsalə Mirzəyeva Leman Eleşrefqızı son dövrlər Saida Bekirqizi və digər dostlar televiziyaların uçuruma getdiyini bütün platformalardan, faktlarla, arqumentlərlə mədəni şəkildə çatdırmağa çalışıblar. Amma səsləri heç bir cavabdeh şəxsin qulağına çatmayıb. Biz bilmirdik ki, dövlət qurumlarının qulağı zəifdir qışqırmaq lazımdır. Peşəkarların illərlə edə bilmədiyini heç özü də efirdə at oynadanlardan fərqlənməyən Səidə Sultan həyasızlıqla, tərbiyəsizliklə, təhqirlərlə etdi və xalqın gözündə qəhrəmana çevrildi. Xalq artıq onu milli məclisdə görməyi arzulayır🤦‍♀️ İndi bu situasiyanın efirdə baş verənlərlə nə fərqi varki? Efirə çıxanlarda ağzına gələni danışır, dövlət qurumları da ağzına gələni danışanın sözü ilə hərəkət edir, xalq da ağzına gələni danışanı qəhrəman edir.
Neynək buna da dözərik təki TV-lərimiz əvvəlki hörmətini, auditoriyasını qaytarsın, biz də öz yerimizə qayıdaq...

17/02/2023

2000-ci ilin Təbriz qiyamı: Molla rejimni dinc əhaliyə atəş açır, azı 200 nəfər həbs olunur, 17 nəfər yaralanır, 2 nəfər öldürülür, Tehranın tələbələri də Təbrizə dəstək verirlər, minlərlə əsgər Təbriz ətrafında...

16/02/2023

🔈“70 yaşa çatan icra başçıları işdən azad olunmalıdır. Mən işsiz olanda 40 yaşım var idi. Hara gedirdim, deyirdilər ki, cavansan. 50 yaşdan sonra isə dedilər ki, qocalmısan, heç haraya yaramırsan. Azərbaycanda isə çox təəssüf ki, bundan çox ustalıqla yararlanırlar.
Bu gün elə nazirliklər var ki, 75 yaşındakı adamı təzədən işə götürürlər. Bu faktdır və bir neçə nazirlikdə var. Azərbaycanda da bununla bağlı olan qanunvericilikdə boşluq mövcuddur. Parlamentdəkilərin hamısı yaş həddinin özlərinə şamil olunmadığına görə, bundan bu şəkildə yararlanırlar”, - sabiq deputatı Cümşüd Nuriyev.

26/11/2018

də saç rəngini dəyişənə saç kəsimi və ukladka hədiyyə😍

Photos 09/11/2018

Təbii saç rəngini qoruyaraq saça işıq effekti verilib💃 saçın mübarək🧚

Photos 08/11/2018

Bu gün özü gözəl əl işi gözəl vizaj ustamız Nərminin ad günüdür. MT Hair Academy nin komandasi gözəlimizi təbrik edir😍💄🏵️🧚

08/11/2018

Plazmaliftinq, üzu təravətləndirir, xırda qırışları acır, üz dərisini qidalandırır. Əziz xanımlar gözəlliyinizi qoruyun😍

Photos 07/11/2018

"MT Hair Academy"nin müsabiqəsində qalib gələrək saç qulluğu və ukladka qazanan xanımlarımıza xidmət göstərdik😍 Bizim məqsədimiz xanımlara gözəl və sağlam saçlar bəxş etməkdir😍

07/11/2018

Qalibimiz da saç baxımı və ukladka hədiyyəsindən istifadə etdi😍

Want your business to be the top-listed Hair Salon in Baku?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Baku
Baku
AZ1000

Opening Hours

Monday 10:00 - 21:00
Tuesday 10:00 - 21:00
Wednesday 10:00 - 21:00
Thursday 10:00 - 21:00
Friday 10:00 - 21:00
Saturday 10:00 - 21:00
Sunday 10:00 - 21:00